Qüvvəyə minmə və qüvvədən düşmə Nümunə Maddələri

Qüvvəyə minmə və qüvvədən düşmə. 1. Bu Memorandum imzalandığı gündən qüvvəyə minir və Tərəflərdən birinin bu Memorandumu ləğv etmək niyyətindən 90 gün əvvəl bu barədə yazılı müraciəti daxil olana qədər qüvvədə qalır.
Qüvvəyə minmə və qüvvədən düşmə. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır. Bu Anlaşma Memorandumu Afina şəhərində 16 fevral 2009‐cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, yunan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Qüvvəyə minmə və qüvvədən düşmə. 1. Razılığa gələn Tərəflər hazırki Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə bir-birinə diplomatik kanallarla bildiriş göndərəcəklər. Saziş sonuncu bildirişin alınması tarixindən 30 gün sonra qüvvəyə minəcəkdir.
Qüvvəyə minmə və qüvvədən düşmə. Bu Memorandum imzalandığı tarixdə qüvvəyə minəcək və Tərəflərdən biri onu ləğv etmək niyyətinə dair 90 (doxsan) gün əvvəlcədən yazılı bildiriş verməklə ləğv edənə qədər qüvvədə qalacaqdır. Bu Memoranduma Tərəflərin müvafiq yazılı xəbərdarlığından sonra istənilən vaxt düzəlişlər edilə bilər. Bakı şəhərində 2006-cı il mayın 11-də hər biri Azərbaycan, Koreya və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun müddəalarının təfsiri zamanı fikir ayrılığı meydana çıxdığı təqdirdə, ingilis dilində xxxx mətn üstünlük təşkil edəcəkdir.
Qüvvəyə minmə və qüvvədən düşmə. 1. Razılığa gələn Tərəflər Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə bir-birinə diplomatik kanallarla bildiriş göndərəcəklər. Saziş sonuncu bildirişin alınması tarixindən 30 gün sonra qüvvəyə minəcəkdir.

Related to Qüvvəyə minmə və qüvvədən düşmə

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.