Məsuliyyət daşımır Clause Samples
Məsuliyyət daşımır. Hazırkı Müqavilə üzrə SAP və onun lisenziarları (i) Proqram Təminatı Sənədlərə uyğun olaraq istifadə olunmadığı halda; və ya (ii) nöqsana və ya məsuliyyətə Lisenziat və ya Ortaq, Modifikasiya və ya Əlavə (SAP Dəstəyi və ya zəmanət üzrə SAP Group-un şirkəti tərəfindən təchiz olunmuş Modifikasiya və ya Əlavə istisna olmaqla) və ya üçüncü tərəfin proqram təminatı səbəb olmuşdursa; və ya (iii) Proqram Təminatı Lisenziatın istifadə üçün üçüncü tərəfin satıcısından kifayət qədər hüquqlar əldə etmədiyi üçüncü tərəfin proqram təminatı ilə birgə istifadə olunmuşdursa; və ya (iv) hazırkı Müqavilə üzrə Lisenziatın icazəsi olmayan fəaliyyətlərinə görə məsuliyyət daşımır. SAP VƏ ONUN LİSENZİARLARI PROQRAM TƏMİNATININ VƏ/VƏ YA ÜÇÜNCÜ TƏRƏFİN HAZIRKI MÜQAVİLƏ ÜZRƏ LİSENZİYALAŞDIRILMIŞ PROQRAM TƏMİNATININ MAHİYYƏTCƏ TƏHLÜKƏLİ İSTİFADƏSİNDƏN İRƏLİ GƏLƏN HƏR HANSI İDDİA VƏ YA ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQ. BUNUNLA PROQRAM TƏMİNATI XÜSUSİLƏ HƏR HANSI NÜVƏ, AVİASİYA, KÜTLƏVİ TRANZİT, VƏ YA TİBBİ TƏTBİQETMƏLƏRDƏ İSTƏNİLƏN AVADANLIĞIN HƏR HANSI BİRBAŞA VƏ YA AKTİV ƏMƏLİYYATLARINDA İSTİFADƏ ÜÇÜN TƏKMİLLƏŞDİRİLMİR VƏ YA LİSENZİYALAŞDIRILMIR. TƏRƏFLƏR RAZILAŞIRLAR Kİ, MALİYYƏ TƏTBİQETMƏ MƏQSƏDLƏRİ VƏ YA BELƏ DİGƏR İNZİBATİ MƏQSƏDLƏR ÜÇÜN PROQRAM TƏMİNATINDAN İSTİFADƏ ƏGƏR ƏMƏLİYYATLARA VƏ YA BELƏ AVADANLIQLARIN SAXLANILMASINA TƏSİR ETMƏYƏCƏKSƏ, BU HALDA MAHİYYƏT ETİBARİLƏ TƏHLÜKƏLİ TƏTBİQETMƏLƏR HESAB OLUNMAYACAQDIR.
