MÜNDƏRİCAT 2
MÜNDƏRİCAT 2
ÜMUMİ ANLAYIŞLAR 3
XÜSUSİ ANLAYIŞLAR 4
BÖLMƏ 1. AVTONƏQLİYYAT VASİTƏSİNƏ DƏYƏN ZİYAN 5
1. SIĞORTA SİNİFİ 5
2. SIĞORTA PREDMETİ 5
3. SIĞORTA OBYEKTİ 5
4. SIĞORTA MƏBLƏĞİ 5
5. SIĞORTA RİSKLƏRİ 6
6. ÜMUMİ İSTİSNALAR 6
7. AVTONƏQLİYYAT VASİTƏSİNİN ŞÜŞƏ HİSSƏLƏRİNƏ DƏYƏN ZƏRƏR 8
BÖLMƏ 2. ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏTİN KÖNÜLLÜ SIĞORTASI 8
8. SIĞORTANIN SİNİFİ 8
9. SIĞORTA PREDMETİ 8
10. SIĞORTA OBYEKTİ 8
11. SIĞORTA MƏBLƏĞİ VƏ AZADOLMA MƏBLƏĞİ 9
12. SIĞORTA RİSKLƏRİ 9
13. ÜMUMİ İSTİSNALAR 9
BÖLMƏ 3. SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN FƏRDİ QƏZA SIĞORTASI 10
14. SIĞORTANIN SİNİFİ 10
15. SIĞORTA PREDMETİ 10
16. SIĞORTA OBYEKTİ 10
17. SIĞORTA MƏBLƏĞİ 10
18. SIĞORTA RİSKİ 10
19. SIĞORTA HADISƏSI VƏ ▇▇▇ ▇▇▇▇ BƏZI TƏLƏBLƏR 10
20. ÜMUMİ İSTİSNALAR 11
SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN TƏCİLİ TİBBİ XƏRCLƏRİ (BÖLMƏ 3-Ə ƏLAVƏ OLARAQ) 11
21. SIĞORTANIN SİNİFİ 11
22. SIĞORTA PREDMETİ 11
23. SIĞORTA OBYEKTİ 11
24. SIĞORTA MƏBLƏĞİ 11
25. SIĞORTA TƏMİNATI 11
26. ÜMUMİ İSTİSNALAR 12
BÜTÜN BÖLMƏLƏRƏ AİD ▇▇▇▇ ÜMUMİ QAYDALAR 12
27. SIĞORTA MÜQAVILƏSI 12
28. SƏLAHIYYƏTLI SÜRÜCÜ 12
29. SIĞORTA HAQQI 13
30. SIĞORTANIN ƏRAZİSİ 13
31. SIĞORTA MÜDDƏTİ 13
32. SIĞORTA VƏ AZADOLMA MƏBLƏĞİ 13
33. ▇▇▇▇▇▇ DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ 14
34. ŞƏRİKLİ SIĞORTA 14
35. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ 14
36. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ 15
37. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ 15
38. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 16
39. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ: 17
40. SIĞORTA HADİSƏSİNİN SÜBUT EDİLMƏSİ 17
41. ZƏRƏR MƏBLƏĞİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİ 18
42. SIĞORTA ÖDƏNİŞİNDƏN İMTİNАNIN ƏSASLARI 22
43. SUBROQASİYA HÜQUQU 23
44. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 23
45. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI 23
46. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI 23
AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TAM SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN HESABLANMASI VƏ İQTİSADİ ƏSASLANDIRILMASI (MADDİ ZİYAN, MÜLKİ MƏSULİYYƏT, FƏRDİ QƏZA) 24
AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏT SIĞORTASI ÜZRƏTARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI 26
SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN FƏRDİ QƏZA SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI 27
AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TAM SIĞORTASI ÜÇÜN ƏRİZƏ FORMASI 28
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Avtonəqliyyat vasitəsi - Sığorta müqaviləsində göstərilən, bu sığorta qaydalarına uyğun olaraq sığorta olunmuş və ya istismarı ilə əlaqədar sığorta təminatının verildiyi nəqliyyat vasitəsi;
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta ▇▇▇▇▇▇ ▇▇▇▇ sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya ▇▇▇▇▇ ▇▇▇▇, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi ▇▇▇▇ yerli hüquqi şəxs;
Nəqliyyat vasitəsinin sahibi - mülkiyyətində nəqliyyat vasitəsi ▇▇▇▇, yaxud nəqliyyat vasitəsinə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli ▇▇▇▇ şəxs. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır;
Aktuari – iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas ▇▇▇▇, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği –sığorta müqaviləsi ilə müəyyənləşdirilən sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – Qaydaların I Bölməsinə münasibətdə sığortalanan nəqliyyat vasitəsi, II Bölməsinə münasibətdə həmin nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması halı, III Bölməsinə münasibətdə isə həmin nəqliyyat vasitəsinin sürücüsü və sərnişinləri;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ▇▇▇▇ hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Sığorta təminatı müddəti – sığorta müqaviləsinin qüvvədə olduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Nəqliyyat vasitəsinin istifadəsi – Nəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı. Nəqliyyat vasitəsində quraşdırılmış, ▇▇▇▇▇ onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların (avadanlıqların) istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir;
Nəqliyyat vasitəsinin bazar dəyəri – nəqliyyat vasitəsinin bazar şərtləri ilə müəyyən edilən qiyməti;
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri.
Səlahiyyətli sürücü – Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ ▇▇▇▇ və məhkəmə qərarı ilə və ya digər səlahiyyətli oqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və adı sığorta şəhadətnaməsində qeyd olunan (sığorta şəhadətnaməsində etibarnamə əsasında avtonəqliyyat vasitəsini idarə etmək hüququ ▇▇▇▇ şəxslər sığorta olunan qismində müəyyən edildiyi təqdirdə həmin şəxslər səlahiyyətli sürücü hesab edilir) şəxs.
Xüsusi anlayışlar:
Əmək qabiliyyətinin daimi itirilməsi (əlillik) - vaxt keçdikcə tam bərpa oluna bilməyən, ümumi əmək qabiliyyətinin tam və ya qismən itirilməsi.
Bədbəxt hadisə -▇▇▇▇▇▇ ▇▇▇▇▇▇▇▇▇ və qarşısı alınmaz qüvvənin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə və ya ölümünə səbəb ▇▇▇▇ qəfil, gözlənilməz hal.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin Hüquqi şəxslərin sahibliyində ▇▇▇▇ avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydaları (bundan sonra mətn üzrə “Qaydalar”) hüquqi şəxslərin sahibliyində ▇▇▇▇ avtonəqliyyat vasitələrinin kompleks sığortalanması üzrə qaydaları müəyyən edir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, digər hüquqi normativ aktlara müvafiq olaraq işlənib hazırlanmaqla, “Azərbaycan Sənaye Sığorta” ASC- nin bağladığı bütün Hüquqi şəxslərin sahibliyində ▇▇▇▇ avtonəqliyyat vasitələrinin kompleks sığortası (bundan sonra mətn üzrə “Sığorta müqaviləsi”) müqavilələrinin ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar avtonəqliyyat vasitəsilərinin kompleks sığortası növü üzrə-avtonəqliyyat vasitələrinin sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası, sürücü və sərnişinlərin fərdi qəza sığortası siniflərini əhatə edir.
Sığortaçı və Sığortalı arasında razılaşmaya əsasən, Sığortalının seçimi əsasında sığorta müqaviləsində göstərilməklə Qaydalarda nəzərdə tutulan bir, yaxud bir neçə sığorta sinfi üzrə Qaydaların müvafiq bölmələrində müəyyən edilən şərtlərlə sığorta təminatı verilə bilər.
Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
BÖLMƏ 1.
AVTONƏQLİYYAT VASİTƏSİNƏ DƏYƏN ZİYAN
1. Sığorta sinifi
1.1. Qaydaların bu Bölməsi özündə aşağıdakı sinifi birləşdirir:
1.1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid ▇▇▇▇ əmlakın sığortası üzrə avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası.
2. Sığorta predmeti
Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsi Sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
Bu qaydalara əsasən sığorta obyekti, sığorta müqaviləsində göstərilmiş sığorta predmetinə Sığortalının sahibliyi, ondan istifadə etməsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak mənafeləridir.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
4.2. Avtonəqliyyat vasitəsinin sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə ▇▇▇▇ nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
4.3. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış avtonəqliyyat vasitəsinin tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına ▇▇▇▇ hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə ▇▇▇▇ nisbətində keçir.
4.4. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
4.5. Avtonəqliyyat vasitəsinin sığortası üzrə müəyyən olunan sığorta məbləği sığortalanan avtonəqliyyat vasitəsinin bazar dəyərindən artıq ola bilməz.
4.6. Avtonəqliyyat vasitəsi sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
4.7. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, ▇▇▇▇▇ sığorta müqaviləsi üzrə təminat qismən sığorta təminatı sayılmır.
5. Sığorta riskləri
5.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı risklər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir:
5.1.1. Toqquşma –Yol-nəqliyyat hadisəsi hesab edilməyən, istər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə ▇▇▇▇ avtonəqliyyat vasitəsinə sığortalı və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması (məsələn, avtomobil, ağac, dirək və ya divar və s.), avtonəqliyyat vasitəsinin belə cisimləri vurması nəticəsində dəyən zərər və ziyanlar;
5.1.2. Yanğın – Bu qaydalarla istisna edilən hallar nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin ildırım vurması da daxil olmaqla hər hansı səbəbdən yanması;
5.1.3. Partlayış – avtonəqliyyat vasitəsinə partlayış nəticəsində dəyən ziyan;
5.1.4. Oğurluq - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər;
5.1.5. Yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb ▇▇▇▇ hadisədir. Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar;
5.1.6. Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər;
5.1.7 ▇▇▇▇▇▇▇▇▇, qaçırma və soyğunçuluq;
5.1.8. Təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;
5.1.9. Heyvanların hərəkəti – nəqliyyat vasitəsinin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.
5.1.10. Atılmış və ya düşmüş əşya – nəqliyyat vasitəsinin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, nəqliyyat vasitəsinin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;
6. Ümumi istisnalar
6.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir:
6.1.1. Müharibə, hər cür hərbi əməliyyatlar, xarici düşmən basqını, vuruşma (müharibə elan edilib- edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərərlər.
6.1.2. Hər hansı nüvə partlayışı radiasiya və radioaktiv çirklənmələr, bununla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər nəticəsində dəyən zərərlər.
6.1.3. Nəqliyyat vasitəsinin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, əyilmə, dеşilmə, kəsilmə və ya cırılma nəticəsində şinlərin zədələnməsi;
6.1.4. Avtonəqliyyat vasitəsinin bazar qiymətinin düşməsi;
6.1.5. Avtonəqliyyat vasitəsinin vəziyyətinin onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
6.1.6. Əldən çıxmış fayda və ya digər dolayı itkilər;
6.1.7. Əgər itki və ya ziyan sığortalanmış ▇▇▇▇▇▇ nəticəsində baş vеrməmişdirsə, tədricən baş vеrən xarab olma, ayrılmaz qüsur, gizli çatışmamazlıq, hər hansı növ həşəratlardan və ziyanvеricilərdən dəyən zərər, zibillənmə, çirklənmə, adi köhnəlmə, atmosfеrin rütubətliyi və ya quraqlığı, hərarətin və ya rütubətin dəyişkənliyi, sıx ▇▇▇▇▇, dеformasiya, buxarlanma, çəkinin itirilməsi, aşınma, nəm və ya quru çürümə, rəngin, quruluşun və ya pardaqlamanın dəyişməsi və ya korlanması;
6.1.8. Əgər itki və ya ziyan sığortalanmış ▇▇▇▇▇▇ nəticəsində baş vеrməmişdirsə, donma, mеxaniki, еlеktrik və ya еlеktronik nasazlıq;
6.1.9. Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv еdilməsi və ya ▇▇▇ ▇▇▇▇▇ ziyanın dəyməsi nəticəsində yaranan zərər:
a) Bütün qapıların, pəncərələrin və digər dəliklərin istеhsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həmin vasitələrdən kənar və və/ya təhlükəsiz yеrdə saxlanılması;
b) Bu cür birbaşa maddi ziyan və və/ya oğurluq ilə əlaqəli ▇▇▇▇ hər hansı sığorta ödənişinə dair tələbin zorla daxil olmanın baş vеrməsini sübut еdən sənədlərlə əsaslandırılması;
c) Avtonəqliyyat vasitəsinin təchiz еdildiyi, quraşdırılarkən sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və/və ya avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistеmləri işlək vəziyyətdə olduğu və istifadə еdildiyi hallar;
6.1.10. Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər Sığorta şəhadətnaməsi yaxud razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya avtonəqliyyat vasitəsi üzərində qanuni sahibliyi həyata kеçirən digər şəxs tərəfindən saxlanılan avtonəqliyyat vasitəsinin qеyri-qanuni satışı, mənimsənilməsi və ya gizlədilməsi.
6.1.11. Qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət еdən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş vеrən hadisələr. Bu istisnanın məqsədləri üçün:
“Qanunsuz təşkilat” tеrrorçuluq fəaliyyəti ilə məşğul ▇▇▇▇ və Sığorta şəhadətnaməsinin ərazisində bütün vaxtlarda qanunla qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir;
“Tеrrorçuluq” cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi daxil olmaqla, siyasi məqsədlərlə zor tətbiqi dеməkdir.
6.1.12. Məcburi, qanunsuz zəbt еtmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində ▇▇▇▇ ▇▇▇▇▇▇ tərəfindən idarə еdilməsi;
6.1.13. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, avtonəqliyyat vasitəsini təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin istismarı və satışı ilə bağlı hər hansı məqsədlə istifadə еdilməsi;
6.1.14. Avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə;
6.1.15. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi;
6.1.16. Tеxniki yararsızlığı Sığortalıya əvvəlcədən məlum olduğu təqdirdə bеlə vəziyyətdə ▇▇▇▇ avtonəqliyyat vasitəsinin istifadə еdilməsi;
6.1.17. Avtonəqliyyat vasitəsinin hər hansı digər avtonəqliyyat vasitəsini yеdəkləməsi, avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsinə yüklənməsi və ya həmin nəqliyyat vasitəsindən boşaldılması və ya avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsilə daşınması zaman baş vеrən hər hansı zərər, daşıma xərci, xəsarət və ya yaranan məsuliyyət.
6.1.18. Avtonəqliyyat vasitəsinin hər hansı qеyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə еdilməsi;
6.1.19. Xidmət və ya iş vaxtı baş vеrməsindən asılı olmayaraq, avtonəqliyyat vasitəsinin Sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət еdən şəxslər tərəfindən qaçırılması, talanması və bunlara cəhd.
6.1.20. Aşağıdakı məqsədlər üçün hər hansı avtonəqliyyat vasitəsinə sahiblik, tеxniki xidmət, onun istismarı və saxlanması ilə bağlı baş vеrən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:
a) nitroqlisеrin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;
b) mayеləşdirilmiş nеftin və ya nеft məhsullarının tarasız daşınması;
c) mayе, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;
d) ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.
6.1.21. Vaxtı-vaxtında səlahiyyətli dövlət orqanları tərəfindən texniki baxışdan keçməyən avtonəqliyyat vasitələri üzrə hadisə baş verdiyi zaman, hadisənin səbəbi mövcud ▇▇▇▇ texniki yararsızlıqla (nasazlıq) bağlı olduqda;
6.1.22. Nəqliyyat vasitəsinin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmamış cihazlarının, aksesuarlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması.
6.1.23. Nəqliyyat vasitəsinin açarlarına, elektron aktivləşdirmə kartı, brelok və s. bu kimi detallarına, onların nəqliyyat vasitəsidən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması.
6.1.24. Nəqliyyat vasitəsinin banı və onun hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi.
6.1.25. Nəqliyyat vasitəsidə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açarın nəzarətsiz buraxılması və ya
nəqliyyat vasitəsinin içərisində qalması nəticəsində nəqliyyat vasitəsinin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması.
6.1.26. Nəqliyyat vasitəsinin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsal və təmir zamanı mövcud ▇▇▇▇ qüsurları.
6.1.27. Sığortalının, sürücünün və ya sərnişinlərin sığorta hadisəsinin baş verdiyi anda nəqliyyat vasitəsində ▇▇▇▇ əmlakına dəyən zərər.
6.1.28. dövlət orqanları tərəfindən avtonəqliyyat vasitəsinin daşınması, saxlanması və ya məhv edilməsi;
6.1.29. nəqliyyat vasitəsinin sığorta ərazisindən kənarda istismar olunması;
6.1.30. nəqliyyat vasitəsinin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
6.1.31. mənəvi zərər;
6.1.32. əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri;
6.1.33. Avtonəqliyyat vasitələrinin nasazlığının yağlama vasitələrinin sızması, nəqliyyat vasitəsinin daxilinə xarici əşyaların və maddələrin düşməsi (hidro zərbə və s.) nəticəsində baş verdiyi hallar da daxil olmaqla, avtonəqliyyat vasitəsinin istismarı nəticəsində onun hissələrinin, qovşaqlarının və ya aqreqatlarının sınması, sıradan çıxması və ya nasaz vəziyyətə düşməsi;
6.1.34. Tentin zədələnməsi və ya oğurlanması-▇▇▇ avtomobilləri, minik avtomobillərinin ▇▇▇ daşıyan modifikasiyaları, qoşqu və ya yarımqoşquların sığortası zamanı;
6.1.35. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin dələduzluq, mənimsəmə və ya aldatma niyyəti ilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmaq məqsədi ilə digər şəxsə könüllü verilməsi nəticəsində sığortalıya dəyən zərər;
6.1.36. Hər hansı təmir vasitəsinin və ya alətinin oğurlanması.
6.1.37. Avtonəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması zamanı yaranan zərər və ya məsuliyyət;
6.2. Bu maddədə müəyyən edilmiş hər hansı istisna və ya məhdudiyyətlər tərəflərin razılığı ilə sığorta müqaviləsi ilə sığorta təminatına daxil edilə bilər.
7. Avtonəqliyyat vasitəsinin şüşə hissələrinə dəyən zərər
7.1. 7-ci maddə sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin yalnız şüşələrinin zədələnməsi ilə nəticələnən hadisələrə şamil edilir.
7.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığоrtaçı şüşələrin zədələnməsi üzrə təminat verir və zərər ödənişini Sığоrtalıya aşağıda göstərildiyi qaydada ödəyir:
7.2.1. Ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərər dəyişmə və ya bеlə zədələnmənin təmiri qiyməti qədər оlacaqdır.
7.2.2. Hər bir avtоnəqliyyat vasitəsi üzrə ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərərin əvəzinin ödənilməsi həddi və ya limiti tərəflərin razılığı ilə sığorta müqaviləsi ilə müəyyən edilir.
BÖLMƏ 2.
ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏTİN KÖNÜLLÜ SIĞORTASI
8. Sığortanın sinifi
8.1. Qaydaların bu Bölməsi özündə aşağıdakı sinifi birləşdirir:
8.1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid ▇▇▇▇ ▇▇▇▇▇ məsuliyyətin sığortası üzrə sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası.
9. Sığorta predmeti
Bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti hesab olunur.
10. Sığorta obyekti
Bu qaydalara əsasən sığorta obyekti, sığortalının fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
11. Sığorta məbləği və azadolma məbləği
11.1. Sığorta məbləği (ümumi məsuliyyət həddi) sığorta müqaviləsi bağlanan zaman sığorta müqaviləsinin tərəfləri arasında razılaşdırılaraq müəyyən edilir.
11.2. Sığortalının üçüncü şəxlərin əmlakı və səhhətinə vurduğu zərər və bununla bağlı bütün digər zəruri xərclərin cəmi sığorta müqaviləsi üzrə Sığorta məbləğini (ümumi məsuliyyət həddini) aşmayacaqdır.
11.3. Üçüncü şəxsin əmlakına dəyən zərər üzrə azadolma məbləği icbari qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği həcmində müəyyən edilir.
12. Sığorta riskləri
12.1. Sığorta ödənişinin ödənilməsi üçün əsas ▇▇▇▇, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtonəqliyyat vasitələrinin istifadəsi zamanı üçüncü şəxslərin səhhətinə və (və ya) əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin bu Qaydaların 12.2-ci bəndi nəzərə alınmaqla yaranması faktı sığorta hadisəsi hesab edilir və sığortaçı həmin hallarla bağlı xərclərinin əvəzini ödəyir.
12.2. Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli ▇▇▇▇ hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq ▇▇▇▇ məbləğə təminat verilir.
13. Ümumi istisnalar
13.1. Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydaların 6-cı bəndində göstərilənlərdən əlavə, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
13.1.1. Avtonəqliyyat vasitəsinin yüklənilməsi və ya boşaldılması ilə bağlı yaranan məsuliyyət;
13.1.2. Sığortalının avtonəqliyyat vasitəsinin sərnişini olarkən işçisinin Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya ona bədən xəsarəti dəyməsi ilə bağlı məsuliyyət;
13.1.3. Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyəti;
13.1.4. Avtonəqliyyat vasitəsinin altında ▇▇▇▇ hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan;
13.1.5. Üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan zərərlə bağlı yaranan gəlir itkisi, əldən çıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
13.1.6. Mənəvi zərərin kompensasiya edilməsi və ya cəza, yaxud göstəriş xarakterli cərimələr üçün məsuliyyət;
13.1.7. Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri ▇▇▇▇ başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət;
13.1.8. Aerodromun, hava limanının və ya təyyarələrin enə biləcəyi hərbi bazanın hər hansı hissəsində nəqliyyat vasitəsinin istifadəsindən yaranan mülki məsuliyyət;
13.1.9. Oğurlanmış və ya qaçırılmış avtonəqliyyat vasitəsi ilə vurulan itki və ziyanlar (Yol hərəkəti haqqında qanuna görə idarə edənin məsuliyyət daşımadığı ziyanlar) və avtonəqliyyat vasitəsinin oğurlandığı və ya qaçırıldığı ▇▇▇▇▇ ▇▇▇ minən sərnişinlərə dəyən itki və ziyanlarla əlaqədar irəli sürülən tələblər;
13.1.10. Sığortalı və ya səlahiyyəti sürücünün üçüncü şəxslərin səhhətinə və əmlakına şəxsi və digər motivlərlə bağlı qəsdən vurduğu ziyan;
13.1.11. Tətil, sabotaj, qanunsuz aktlar və digər kütləvi çıxışlarda iştirakla əlaqədar sığortalı və onun səlahiyyətli sürücüsünün üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərər;
13.1.12. Avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində ▇▇▇▇ ▇▇▇▇▇▇ tərəfindən idarə еdilməsi zamanı üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən ziyan;
13.1.13. ▇▇▇▇▇▇▇▇▇▇▇▇ və ya onun etibar etdiyi səlahiyyətli sürücüsünün sığortalının və ya həmin səlahiyyətli sürücüyə məxsus digər əmlaka vurduğu zərər;
13.1.14. Avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət;
13.1.15. Bölmə 1. üzrə təminat verilməyən sığorta riskləri nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər;
13.1.16. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi ilə səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunarkən üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər;
13.1.17. Nəqliyyat vasitəsində və (və ya) onun qoşqusunda ▇▇▇▇ ▇▇▇▇▇ vurduğu zərərə görə məsuliyyət;
13.1.18. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə icbari qanunvericiliklə nəzərdə tutulmuş sığorta məbləğləri.
13.2. Bu maddədə müəyyən edilmiş hər hansı istisna və ya məhdudiyyətlər tərəflərin razılığı ilə sığorta müqaviləsi ilə sığorta təminatına daxil edilə bilər.
BÖLMƏ 3.
SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN FƏRDİ QƏZA SIĞORTASI
14. Sığortanın sinifi
14.1. Qaydaların bu Bölməsi özündə aşağıdakı sinifi birləşdirir:
14.1.1. Sığorta obyektinə görə şəxsi sığortaya aid ▇▇▇▇ sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sığorta olunan bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar vəfat etdikdə, müqavilədə müəyyən edilən sığorta məbləğinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza sığortası
15. Sığorta predmeti
Bu Qaydalara əsasən əmlak mənafelərinin aid olduğu fiziki şəxs (sürücü və sərnişinlər) sığortanın predmeti hesab olunur.
16. Sığorta obyekti
Bu qaydalara əsasən sığorta obyekti, sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sürücü və sərnişinlərin ölümü, əmək qabiliyyətinin tam və daimi itirməsi, xəsarət ▇▇▇▇▇▇ ilə bağlı əmlak mənafeləridir.
17. Sığorta məbləği
Sığorta məbləği sığorta olunanla sığortaçı arasında razılaşdırılma yolu ilə müəyyənləşdirilir.
18. Sığorta riski
18.1 Fərdi qəza sığortası üzrə sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsinin istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərinin biri və ya bir neçəsi üzrə sığorta təminatı verilə bilər:
18.1.1. Əmək qabilliyətinin tam və daimi itirilməsi;
18.1.2. Ölüm;
18.1.3. Tibbi xərclər.
18.2. Sığorta olunanların sayı avtomobilin istehsalçısı tərəfindən nəzərdə tutulmuş oturacaq yerlərinin sayından ▇▇▇ ▇▇▇ bilməz.
19. Sığorta hadisəsi və ▇▇▇ ▇▇▇▇ bəzi tələblər
19.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində və əhatə etdiyi ərazidə bu Qaydaların 5 -ci bəndində müəyyən edilmiş risklərin hər hansı birinin baş verməsinin 18.1-ci bəndində nəzərdə tutulmuş hallarla nəticələnməsi, 19.2-ci və 19.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla sığorta hadisəsi sayılır.
19.2. Sığorta olunanın ölməsi halı yalnız aşağıdakı halların hər biri mövcud olduqda sığorta hadisəsi sayılır:
19.2.1. Ölümə səbəb ▇▇▇▇ bədbəxt hadisə sığorta müqaviləsi qüvvədə ▇▇▇▇ müddətdə baş vermiş olsun;
19.2.2. Ölüm faktı ölümə birbaşa səbəb ▇▇▇▇ və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermiş bədbəxt hadisənin nəticəsi olsun;
19.2.3. Ölüm hadisəsi bədbəxt hadisənin baş verməsi tarixindən ən geci 1 il müddətində baş vermiş olsun.
19.3. Sığorta olunanın əmək qabilliyətinin tam və daimi itirilməsi yalnız aşağıdakı halların hər biri mövcud olduqda sığorta hadisəsi sayılır:
19.3.1. Zərərə səbəb ▇▇▇▇ bədbəxt hadisə sığorta müqaviləsi qüvvədə ▇▇▇▇ müddətdə baş vermiş olsun;
19.3.2. Zərər birbaşa ona səbəb olmuş bədbəxt hadisə nəticəsində dəymiş olsun;
19.3.3. Zərər bədbəxt hadisənin baş verməsi tarixindən ən geci 1 il müddətində müəyyən edilmiş olsun.
20. Ümumi istisnalar
20.1 Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
20.1.1. ▇▇▇▇▇▇▇ və ya intihara cəhd, sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;
20.1.2. Sığortalanmış şəxsin ▇▇▇▇ pozğunluq vəziyyətində olması;
20.1.3. İnsan həyatını xilas etmək məqsədi ilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü xüsusi təhlükə altına atma.
20.2. Bu maddədə müəyyən edilmiş hər hansı istisna və ya məhdudiyyətlər tərəflərin razılığı ilə sığorta müqaviləsi ilə sığorta təminatına daxil edilə bilər.
SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN TƏCİLİ TİBBİ XƏRCLƏRİ (BÖLMƏ 3-Ə ƏLAVƏ OLARAQ)
21. Sığortanın sinifi
21.1. Qaydaların 3-cü Bölməsi əlavə olaraq özündə aşağıdakı sinifi birləşdirir:
21.1.1. Sığorta obyektinə görə şəxsi sığortaya aid ▇▇▇▇ sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sığorta olunanların təcili tibbi yardıma görə tibbi müəssisələrin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta.
22. Sığorta predmeti
Bu Qaydalara əsasən əmlak mənafelərinin aid olduğu fiziki şəxs (sürücü və sərnişinlər) sığortanın predmeti hesab olunur.
23. Sığorta obyekti
Bu qaydalara əsasən sığorta obyekti, sığorta olunanın sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sürücü və sərnişinlərə təcili tibbi yardım göstərilməsi ilə bağlı əmlak mənafeləridir.
24. Sığorta məbləği
24.1. Sığorta məbləği sığorta olunanla sığortaçı arasında razılaşdırılma yolu ilə müəyyənləşdirilir. Belə tibbi xərclər üçün bir nəfərə ödənilməli məbləğ bu Qaydaların 3-cü bölməsinə müvafiq olaraq sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğindən sığorta şəhadətnaməsinə uyğun müvafiq faizlə təyin olunur.
24.2. Bu bölmə üzrə sığorta məbləği təcili tibbi yardıma görə göstərilən xidmət xərclərinin son həddi hesab olunur.
25. Sığorta təminatı
25.1 Sığorta müqaviləsi ilə Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanlara göstərilən təcili tibbi yardıma görə təminat verilir (sığorta şəhadətnaməsində qeyd olunubsa).
25.2. ▇▇▇▇▇ bu tibbi məsrəflər üçün Sığortalı başqa sığorta üzrə ödəniş almaq hüququna malikdirsə, Sığortaçı yuxarıda göstəriən hədlərə müvafiq olaraq yalnız belə ödəniş məbləği ilə ümumi tibbi xərclər arasındakı fərqə görə məsuliyyət daşıyır.
26. Ümumi istisnalar
Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə bu Qaydaların 20-ci maddəsində təsbit olunan hallara təminat verilmir.
BÜTÜN BÖLMƏLƏRƏ AİD ▇▇▇▇ ÜMUMİ QAYDALAR
27. Sığorta müqaviləsi
27.1. Sığorta müqaviləsinin bağlanması
27.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
27.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair ▇▇▇▇▇▇ dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum ▇▇▇▇ bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
27.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
27.2. Sığоrtа müqаviləsinin tərəfləri
27.2.1. Sığortaçı
27.2.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Azərbaycan Sənaye Sığorta” ASC-dir.
27.2.2. Sığortalı və Sığorta olunan
27.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları ▇▇▇▇ hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
27.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti ▇▇▇▇ digər nümayəndələrinin hərəkətləri də aid edilir.
27.2.2.3. Bölmə 3 və 4 üzrə sığorta şəhadətnaməsində göstərilən sığorta olunan, əmlak mənafeləri sığortalanan şəxs hesab olunur.
27.2.3. Faydalanan şəxs
27.2.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – ▇▇▇▇▇▇▇▇▇▇ şəxsin xeyrinə bağlana bilər.
27.2.3.2. ▇▇▇▇▇▇▇▇▇▇ şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
27.2.3.3. Sığorta müqaviləsinin ▇▇▇▇▇▇▇▇▇▇ şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
27.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində ▇▇▇▇ ▇▇▇▇▇▇▇▇▇▇ şəxsə də eyni həcmdə aid edilir.
28. Səlahiyyətli sürücü
28.1. Əgər sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir.
28.2. Sığorta şəhadətnaməsi ilə müəyyən edildiyi halda, qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti verilmiş şəxs sığorta hadisəsi zamanı Sığortalının şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər.
28.3. Nəqliyyat vasitəsinin idarə edilməsi
28.3.1. Sığortalanmış avtonəqliyyat vasitəsi yalnız aşağıda göstərilən sənədlərin mövcud olduğu şəxslər tərəfindən idarə edilə bilər:
a) İdarə olunan avtonəqliyyat vasitəsinin kateqoriyasına uyğun qüvvədə ▇▇▇▇ sürücülük vəsiqəsi. Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri.
b) Əgər səlahiyyətli sürücü avtonəqliyyat vasitəsinin sahibi deyilsə, Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən avtonəqliyyat vasitəsini idarə edən şəxsə verilmiş etibarnamə.
28.3.2. Sığortalanmış avtonəqliyyat vasitəsinin sürücüsü bu bənddə göstərilən tələblərə cavab vermədikdə, Sığortaçı baş vermiş hadisəyə görə Sığortalının iddiası üzrə sığorta ödənişi vermir.
29. Sığorta haqqı
29.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
29.1.1. Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər ▇▇▇▇▇▇ qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
29.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
29.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına daxil olduğu gün hesab olunur.
29.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 23:59-da, ▇▇▇▇▇ şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.
29.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
29.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 29.5.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
29.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
29.6. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir.
29.7. Nəqliyyat vasitəsinin oğurlanması, qaçırılması və ya tam məhvi ilə nəticələnən sığorta hadisəsi baş verdiyi hallarda həmin hadisənin baş verdiyi anadək sığorta ▇▇▇▇▇ ▇▇▇ məbləğdə odənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişi məbləğindən çıxır (baş vermiş hadisə sığortaçı tərəfindən sığorta hadisəsi kimi qəbul edildiyi və sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulduğu halda). Digər hallarda sığortaçı sığorta ödənişi məbləğindən sığorta ödənişinin verildiyi tarixə sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
30. Sığortanın ərazisi
30.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.
30.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
30.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
31. Sığorta müddəti
Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün Azərbaycan vaxtı ilə saat 23:59-da başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 23:59-da başa çatır.
32. Sığorta və Azadolma məbləği
32.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər:
32.1.1. Ümumi sığorta məbləği – sığorta müqaviləsi ilə müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortaçının razılığı olduğu halda sığortalı sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli ▇▇▇▇ hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir.
32.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - sığorta müqaviləsi ilə müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır.
32.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - sığorta müqaviləsi ilə müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur.
32.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 32.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin bu Qaydaların 32.1.1-ci maddəsində göstərilmiş növü tətbiq edilir.
32.3. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
32.4. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
32.5. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən ▇▇▇ olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
32.6. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
33. ▇▇▇▇▇▇ dərəcəsinin dəyişməsi
33.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum ▇▇▇▇ bütün digər hallar, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir:
33.1.1. İcarə, girov (ipoteka) və ya hər hansı digər hər hansı mülki hüquqi müqavilə əsasında avtonəqliyyat vasitəsinin və/və ya onun əlavə avadanlığının üçüncü şəxslərə verilməsi;
33.1.2. Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun üçüncü şəxslərə keçməsi;
33.1.3. Sığortalanmış avtonəqliyyat vasitəsinin sığorta hadisəsi olmayan hadisə nəticəsində ciddi zədələnməsi və ya tam məhv olması;
33.1.4. Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilməsi;
33.1.5. Avtonəqliyyat vasitəsinin səlahiyyətli dövlət orqanlarından qeydiyyatdan çıxarılması və ya təkrar qeydiyyata salınması;
33.1.6. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;
33.1.7. Avtonəqliyyat vasitəsinin gövdəsinin və ya mühərrikinin dəyişdirilməsi;
33.1.8. Avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi;
33.1.9. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq səlahiyyətləndirilmiş sürücülərin siyahısında dəyişikliklərin edilməsi.
33.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
33.2.1. Sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək;
33.2.2. Əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək.
34. Şərikli sığorta
34.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
34.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
34.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
34.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
35. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydalanan şəxsin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
36. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
36.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
36.1.1. Sığortaçı müqavilə üzrə Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
36.1.2. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
36.1.3. Sığorta marağı artıq mövcud olmadıqda;
36.1.4. Sığorta predmeti artıq mövcud olmadıqda;
36.1.5. Sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə;
36.1.6. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
36.1.7. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
36.2. Bu Qaydaların 36-cı maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas ▇▇▇▇ şərait yarandıqda bu Qaydaların 36.3-cü maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı ▇▇▇▇ tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
36.3. Sığorta müqaviləsinə bu Qaydaların 36.1.5-ci maddəsinə uyğun olaraq Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən ▇▇▇ müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
37. Sığorta müqaviləsinə vaxtından əvvəl ▇▇▇▇▇ vermənin nəticələri
37.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib ▇▇▇▇) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
37.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib ▇▇▇▇) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
37.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan ▇▇▇ miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
37.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması
müvafiq olaraq bu Qaydaların 37.1-ci və 37.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
37.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 37.3-cü və 37.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
38. Tərəflərin hüquq və vəzifələri
38.1. Sığortalının aşağıdakı hüquqları var:
38.1.1. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
38.1.2. Sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq;
38.1.3. Sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək təklifi ilə çıxış etmək;
38.1.4. Sığorta müqaviləsinə xitam vermək;
38.1.5. İtirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
38.1.6. Sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;
38.1.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
38.2. Sığortalının aşağıdakı vəzifələri var:
38.2.1. Sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 39.1-ci maddəsində və qanunvericiliklə müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
38.2.2. Ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
38.2.3. Sığorta müqaviləsi bağlanarkən ona məlum ▇▇▇▇, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barəsində sığortaçıya məlumat verməli;
38.2.4. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hallar (nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi, ödənişli sərnişin daşınma məqsədləri üçün istifadə edilməsi və ya ▇▇▇ ▇▇▇▇ mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması, nömrəli aqreqatların – mühərrik, şassı və banın dəyişdirilməsi, sığortalanmış nəqliyyat vasitəsinin sığorta hadisəsi hesab edilməyən hadisədə zədələnməsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı haqqında sənədlərinin itməsi, oğurlanması və ya dəyişdirilməsi, nəqliyyat vasitəsinin açarlarının və elektron aktivləşdirmə kartının itirilməsi və ya oğurlanması) barədə sığortaçıya məlumat verməli;
38.2.5. Sığorta obyektinə dair qüvvədə ▇▇▇▇ digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
38.2.6. Həmçinin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində aşağıdakı hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya əvvəlcədən yazılı məlumat verməli:
38.2.6.1. Nəqliyyat vasitəsinin sığorta müqaviləsində göstərilməyən məqsədlər üçün istifadəsi;
38.2.6.2. Sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə nəqliyyat vasitəsini idarəetmə hüququnun verilməsi.
38.2.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
38.3. Sığortaçının aşağıdakı hüquqları var:
38.3.1. Sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
38.3.2. Sığortalanmış ▇▇▇▇▇▇ dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
38.3.3. Sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
38.3.4. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün ▇▇▇▇▇ ▇▇▇▇ sənədləri və məlumatları qanunvericiliyin tələbləri nəzərə alınmaqla, sığortalıdan tələb etmək;
38.3.5. Bu Qaydalarda və qanuvericilikdə nəzərdə tutulmuş hallarda sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
38.3.6. Sığortaçı Qaydaların 38.2.7-ci maddəsində qeyd olunan məlumatları aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını və ya sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.
38.3.7. Bu Qaydalarda və qanuvericilikdə nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
38.3.8. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
38.4. Sığortaçının aşağıdakı vəzifələri var:
38.4.1. Sığortalını sığorta qaydaları ilə ▇▇▇▇▇ etməli;
38.4.2. Sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 41.4-cü maddəsində müəyyən edilmiş müddətdə verməli;
38.4.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa, Sığortalının əmlak vəziyyəti, o cümlədən kommersiya ▇▇▇▇▇ ▇▇▇▇ məlumatları yaymamaq;
38.4.4. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
38.4.5. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
39. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri:
39.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün ▇▇▇▇ ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı ▇▇▇▇ səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
39.1.1. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
39.1.2. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
39.1.3. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
39.1.4 Sığorta müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
39.1.4.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
39.1.4.2. Sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
39.1.4.3. Digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
40. Sığorta hadisəsinin sübut edilməsi
40.1. Bölmə 1 və 2 üzrə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
40.1.1. Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
40.1.2. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
40.1.3. İnzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərar (surəti);
40.1.4. Hadisə yerinin sxemi (surəti);
40.1.5. Tibbi müayinə protokolları (surəti);
40.1.6. Avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti);
40.1.7. Sürücülərin izahatları (surəti);
40.1.8. Sürücülük vəsiqələri (surəti);
40.1.9. Zərər məbləğini təsdiqləyən sənəd;
40.1.10. ▇▇▇▇▇▇▇▇▇▇ şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun sığorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə;
40.1.11. Sığorta olunanın sürücülük vəsiqəsinin surəti, həmçinin sığorta olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadıqda müvafiq etibarnamənin yaxud yol vərəqəsinin surəti;
40.1.12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, nəqliyyat vasitəsinin oğurlandığı və ya qaçırıldığı halda isə qeydiyyat şəhadətnaməsinin əsli; əgər nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitəsinin içərisində qalmışdırsa, onun Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən dublikatı, yaxud cinayət işinə əlavə edilmişdirsə, bu faktı təsdiq edən arayış;
40.1.13. ▇▇▇▇▇▇▇▇▇▇ şəxsin (fiziki və ya hüquqi) bank rekvizitləri.
40.2 Bölmə 3 üzrə sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:
40.2.1. Sürücü və ya sərnişin(lər) vəfat etdikdə, ölüm haqqında şəhadətnamə(ləri)nin surəti, tibbi ekspertizanın rəy(lər)inin surət(lər)i (mövcud olduğu halda);
40.2.2. Sürücü və ya sərnişin(lər) ümumi əmək qabiliyyətini itirdikdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar tibbi-sosial ekspert komissiyasının rəy(lər)i (arayışı) və ya əmək qabiliyyətinin itirilməsi vərəqəsi;
40.2.3. Tibb müəssisələrinin göstərdiyi təcili tibbi xidmətlərlə əlaqədar yaranan xərclərin miqdarını təsdiqləyən sənədlər;
40.2.4. Sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
40.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri ▇▇▇▇ sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri ▇▇▇▇ digər sənədlərin təqdim edilməsini tələb etməyə və ya müvafiq hadisənin sığorta hadisəsi olmasına özünün araşdırması nəticəsində müəyyən etdiyi ciddi əsaslarla şübhə olmadıqda 40.2-ci maddədə nəzərdə tutulan sənədlərdən hər hansı birini tələb etməməyə haqlıdır.
40.4. Sığorta hadisəsinin mahiyyətindən asılı olaraq, aşağıdakı şərtlərin hər birinin eyni zamanda mövcud olduğu hallarda sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı öhdəliklərinin icrası üçün sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədi və nəqliyyat vasitəsinin oğurlanması və ya qaçırılması halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanının (vəzifəli şəxsinin) təqdim etdiyi arayışı tələb etməyə bilər:
40.4.1. Hadisənin baş verməsində təqsirli ▇▇▇▇ şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
40.4.2. Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
40.4.3. Hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan ▇▇▇ olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.
41. Zərər məbləğinin müəyyən edilməsi və sığorta ödənişi
41.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün ▇▇▇▇ ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
41.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
41.3. Bu Qaydaların 41.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə
edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.
41.4. Sığortaçı bu Qaydaların 40.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 7 iş günündən gec olmayaraq sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
41.5. Sığоrta predmetinə vurulаn zərər üzrə xərclərin həcmi müəyyən оlunduqdаn sоnrа sığоrtа ödənişinin hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir:
41.5.1. Qismən sığоrtа zаmаnı – sığorta ödənişi sığоrtа məbləğinin sığоrtа predmetinin həqiqi dəyərinə nisbətə uyğun vеrilir;
41.5.2. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında sığortaçılardan hər biri ilə sığortalı arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə mütənasib olaraq bölünür.
41.5.3. ▇▇▇▇▇▇▇ sığоrtа zаmаnı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
41.5.4. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
41.5.5. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
41.5.6. Sığorta ödənişinin məbləği hesablanarkən sığorta müqaviləsi ilə müəyyənləşdirilən Sığorta məbləği əsas götürülür.
41.5.7. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsi Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin heç biri ilə razı olmazsa, zərər məbləği Sığortaçının təyin etdiyi avtoservisdə müəyyən olunmaqla nəqliyyat vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.
41.6. Avtonəqliyyat vasitəsi tam məhv olduqda (avtonəqliyyat vasitəsinin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtonəqliyyat vasitəsinin bazar dəyərinin 75 %-ni və ya daha ▇▇▇ hissəsini təşkil etməsi) sığorta ödənişi, sığortaçının maksimum məsuliyyət həddindən çох оlmamaq şərti ilə avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyəri nəzərə alınmaqla verilir. Bu zaman Sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:
41.6.1. Avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı mümkün ▇▇▇▇ ən qısa müddətdə qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;
41.6.2. Həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.
41.7. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə ▇▇▇▇ nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
41.8. Avtomobil oğurlanarsa,
41.8.1. Sığоrtaçıya sığorta hadisəsi baş verən vaxtdan bildirilməklə oğurlanmış avtonəqliyyat vasitəsinin tapılması üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən axtarışlar 60 gün ərzində nəticə verməzsə, sığortalı bununla əlaqədar müvafiq orqanlara müraciət etdiyini sübut edən sənədləri təqdim etməklə sığorta ödənişini tələb edə bilər.
41.8.2. Oğurlanmış avtonəqliyyat vasitəsi sığorta ödənişi verildikdən əvvəl tapılarsa sığortalı nəqliyyat vasitəsini qəbul etməlidir.
41.8.3. Sığortaçı tərəfindən sığorta dəyəri ödənilmiş avtonəqliyyat vasitəsi ödəniş verildikdən sonra tapılarsa sığortalı bu məlumatı dərhal sığortaçıya bildirməyə borcludur. Bu zaman Sığortalı Sığortaçının vermiş olduğu ödəniş məbləğini Sığortaçıya ▇▇▇▇ qaytarmalı və avtonəqliyyat vasitəsini Sığortaçıdan ▇▇▇▇ ▇▇▇▇▇▇ və ya Sığortaçının tələbinə əsasən Sığortaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu tanımalıdır. Sığortalı avtonəqliyyat vasitəsini ▇▇▇▇ götürərsə, Sığortaçı oğurluq hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyan məbləğini sığortalıya ödəməlidir.
41.9. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
41.10. Sığortalı qismən zərər və ya tam məhv olma halında zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. ▇▇▇▇▇ imtina edərsə, Sığоrtаçı sığоrtаlаnmış əmlаkın məhv оlmаsınа görə müvafiq ödəniş vеrdikdən və yа оnun еhtiyаt hissələrini bаşqаsı ilə əvəz еtdikdə sığоrtаlının həmin əmlаkа və yахud еhtiyаt hissələrinə оlаn hüquqlаrı Sığоrtаçıyа kеçir. Bütün qаlıqlаr Sığоrtаçıyа vеrilməlidir. Sığоrtаlı həmin hüquqlаrın
Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. İtmiş əmlаkın sоnrаdаn tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа mаlikdir. İkinci hаldа əmlаkа görə аlınmış sığоrtа ödənişi Sığоrtаçıyа gеri qаytаrılmаlıdır. Əgər əmlаk kоrlаnmış vəziyyətdə əldə оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir.
41.11. Sığortalı və ya ▇▇▇▇▇▇▇▇▇▇ şəxs zərərin əvəzini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
41.12. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil. Sığortalı əlavə sığorta haqqı ödəməklə, sığorta məbləğini bərpa edə bilər.
41.13. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər
41.13.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir:
41.13.1.1. əmlak tamamilə məhv olduqda – istifadə üçün yararlı ▇▇▇▇ qalıqların dəyəri çıxılmaq şərtilə, həmin əmlakın sığorta hadisəsinin baş verməsi ▇▇▇▇▇▇ mövcud olmuş bazar dəyəri məbləğində;
41.13.1.2. əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində.
41.13.2. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir:
41.13.2.1. Zərərçəkənin sağlamlığının pozulması ilə bağlı çəkdiyi əlavə xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, xüsusi yerdəyişmə vasitələri (əlil arabası) əldə edilməsinə, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı müəyyənləşdirilsin;
41.13.2.2. Zərərçəkənin öldüyü halda 1000 (min) manatdan artıq olmamaq şərtilə onun dəfni ilə bağlı xərclər;
41.13.2.3. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin həyatına və sağlamlığına dəyən zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1117-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə ödənilir.
41.13.3. Eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.
41.13.4. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığortaçının ödənişlərinin həcmi heç bir halda Qaydaların Bölmə 2-də müəyyən olunan sığorta məbləğindən artıq ola bilməz.
41.14. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta ödənişinin verilməsinə dair əlavə tələblər
41.14.1. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası müqaviləsi üzrə sığorta ödənişi sığorta hadisəsinin baş verməsi tarixindən 1 il müddətində sığorta olunanın ölməsi halında sığorta məbləğinin 100 ▇▇▇▇▇ həcmində onun vərəsələrinə verilir.
41.14.2. Sığorta olunanın sağlamlığına zərər dəyməsi halında sığorta ödənişi aşağıdakı məbləğlərdə ödənilir:
41.14.2.1. Fərdi qəzanın nəticəsi olaraq əmək qabiliyyətinin tam və daimi itirilməsi:
41.14.2.2. Hər hansı bir ətrafın (ayaq, pəncə, əl və ya bilək) itirilməsi-100 faiz;
41.14.2.3. Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi-100 faiz;
41.14.2.4. Çarpayı və ya əlil arabasına bağlılıqla nəticələnən iflic-100 faiz;
41.14.2.5. ▇▇▇ ▇▇▇▇ pozğunluq-100 faiz;
41.14.2.6. Yuxarıda göstərilənlərdən başqa əmək qabiliyyətinin tam itirilməsi-100 faiz;
41.14.2.7. Nitqin tam və bərpa olunmaz şəkildə itirilməsi-75 faiz;
41.14.2.8. Hər iki qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi-75 faiz;
41.14.2.9. Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi-50 faiz;
41.14.2.10. Bir qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi-50 faiz; 41.14.2.11. Budun və çiyinin tam hərəkətsizliyi-40 faiz;
41.14.2.12. Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi-25 faiz.
41.14.3. Tibbi xərclər üzrə – Avtonəqliyyat vasitəsinin qəza törətməsi nəticəsində sığortalanmış şəxsin həyat və sağlamlığına ziyan vurularsa, Sığortaçı belə qəzanın nəticəsində yaranmış tibbi xərclərin əvəzini Sığorta şəhadətnaməsində qeyd olunan tibbi xərclər üzrə sığorta məbləğindən ▇▇▇ olmaması və həmin xərcləri təsdiq edən müvafiq sənədlərin Sığortaçıya təqdim edilməsi şərtilə ödəyir.
41.14.4. Sığorta hadisəsi nəticəsində sığorta ödənişi almış sığorta olunana təyin edilmiş əlillik dərəcəsinin dəyişməsi, yaxud onun ölməsi ilə əlaqədar sığorta ödənişi növbəti dəfə verilərkən, həmin hadisə ilə bağlı Qaydaların Bölmə 3-ə əsasən əvvəllər verilmiş sığorta ödənişi məbləğləri çıxılır.
41.14.5. Əgər fərdi qəzanın nəticələri sığorta olunmuş şəxsin həmin hadisənin baş verməsindən əvvəl mövcud olmuş hər hansı vəziyyəti və ya fiziki çatışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli ▇▇▇▇ ağlabatan məbləğə bərabər olur.
41.14.6. Fərdi qəza üzrə yuxarıda qeyd olunmayan bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin daimi şəkildə itirilməsinə görə ödəniş yuxarıda sadalanan xəsarətlərlə müqayisədə bu xəsarətlərin ağırlıq dərəcəsindən asılı olaraq müəyyən ediləcəkdir. Bu qiymətləndirmədə Sığorta olunanın məşğuliyyət növü nəzərə alınmayacaqdır.
41.14.7. Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə şəhadətnamə üzrə bir Sığortalanmış şəxs üçün ödənilən məbləğ bir şəxs üçün müəyyən edilmiş ümumi sığorta məbləğini aşmır.
41.15. Avtonəqliyyat vasitəsinə dəyən zərərlə bağlı sığorta hadisəsi üzrə sığorta ödənişinə dair əlavə tələblər
41.15.1 Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər:
41.15.1.1. Zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
42.15.1.2. Sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
41.15.1.3. Sığorta predmeti ▇▇▇▇, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
41.15.1.4. Sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti ▇▇▇▇ əmlakın dəyişdirilməsi.
41.15.2. Girov (ipoteka) qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs ▇▇▇▇ girov saxlayana (ipoteka saxlayana) borclunun (girov və ya ipoteka qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
41.15.3. Sığorta hadisəsi nəticəsində zərər dəymiş nəqliyyat vasitəsinin təmiri və ya bərpası xərcləri hesablanarkən aşağıdakılar nəzərə alınmır:
41.15.3.1. Avtonəqliyyat vəsitəsinə texniki xidmət və onun zəmanətli təmiri;
41.15.3.2. Nəqliyyat vasitəsinin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri və ya belə hissələrin dəyişdirilməsi;
41.15.3.3. Təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi;
41.15.3.4. Nəqliyyat vasitəsinin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi.
41.15.4. Sığorta müqavilələsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 41.15.5-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 41.15.10-cu bəndi nəzərə alınmaqla, nəqliyyat vasitəsinin dəyişdirilməli ▇▇▇▇ hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər.
41.15.5. Aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur:
41.15.5.1. Nəqliyyat vasitəsinin tam məhvi;
41.15.5.2. Avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi hallarında.
41.15.7. Köhnəlmə əmsalı aşağıdakı qaydada hesablanır:
KF = K1M + K2I
burada:
– bu Qaydaların 41.15.8-ci bəndinə uyğun olaraq, nəqliyyat vasitəsinin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı (hər keçilmiş 1000 kilometrə görə faizlə);
– istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki keçilmiş məsafə (min kilometrlə);
– bu Qaydaların 41.15.9-cu bəndinə uyğun olaraq, nəqliyyat vasitəsinin istismar müddətinə görə köhnəlmə əmsalı (hər istismar ilinə görə faizlə);
- istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki istismar müddəti (ili).
41.15.8. Nəqliyyat vasitəsinin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:
S/s | Mühərrikin növü | Mühərrikin isçi həcmi ( ) | Hər keçilmış 1000 km məsafəyə görə, %-lə |
1. | Benzin | 1500-dək | 0,35 |
1600 | 0,20 | ||
1800 | 0,15 | ||
2000 | 0,17 | ||
2000-dən yuxarı | 0,20 | ||
2. | Dizel | İstənilən həcmdə | 0,20 |
3. | Turbo – dizel | İstənilən həcmdə | 0,25 |
41.15.9. Nəqliyyat vasitəsinin istismar müddətinə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:
1 il ərzində keçilmiş ▇▇▇▇ məsafə (min ) | 2- dək | 2 - 5 | 5 - 10 | 10 - 15 | 15 - 20 | 20 - 30 | 30 - 40 | 40 - 60 | 60- 100 | 100-dən ▇▇▇ |
▇▇▇ 1 il üçün, %-lə | 1,60 | 1,45 | 1,25 | 1,05 | 0,85 | 0,80 | 0,75 | 0,65 | 0,60 | 0,55 |
41.15.10. Köhnəlmə əmsalı nəqliyyat vasitəsinin dəyişdirilməli ▇▇▇▇ hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 faizdən ▇▇▇ olmamaqla tətbiq edilir.
41.15.11. Sığorta müqaviləsində köhnəlmə əmsalı nəzərdə tutulduqda, bu Fəslin məqsədləri üçün zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab edilir.
42. Sığorta ödənişindən imtinаnın əsasları
42.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
42.1.1. Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxsin hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün ▇▇▇▇ ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı ▇▇▇▇ səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
42.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində ▇▇▇▇ qəsdən cinayət törətməsi;
42.1.3. Sığorta müqaviləsi ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
42.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri ▇▇▇▇▇▇ olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
42.1.5. Zərər dəymiş əmlakın Sığortaçıya təqdim edilməsi ilə bağlı bu Qaydaların və qanunvericiliyin tələblərinə riayət edilməməsinin Sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
42.1.6. ▇▇▇▇▇ ▇▇▇▇▇▇▇▇▇▇ 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi
nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
42.1.7. Sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli ▇▇▇▇ şəxsdən ▇▇▇▇▇▇; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
42.1.8. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
42.1.9. Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 29.5.1 - ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
42.1.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
42.1.11. Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilməsi.
42.2. Bu qaydalarınn 38.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
43. Subroqasiya hüququ
43.1. ▇▇▇▇▇▇▇▇▇▇▇ hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
43.2. ▇▇▇▇▇▇▇▇▇▇ şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
43.3. ▇▇▇▇▇▇▇▇▇▇ şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə ▇▇▇▇ bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
43.4. ▇▇▇▇▇▇▇▇▇▇ şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
43.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
44. Tərəflərin məsuliyyəti
Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
45. İş sirlərinin gizli saxlanılması
Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığortalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
46. Mübahisələrin həlli qaydası
Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və məhkəmələr vasitəsilə həll edilir.
Avtonəqliyyat vasitələrinin tam sığortası üzrə tarif dərəcələrinin hesablanması və iqtisadi əsaslandırılması (▇▇▇▇▇)
(▇▇▇▇▇ ▇▇▇▇▇, mülki məsuliyyət, fərdi qəza)
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (p) – 0,15;
2) Bir sığorta müqaviləsi üzrə ▇▇▇▇ sığorta məbləği (S) – 34 406 AZN;
3) Bir sığorta hadisəsi üzrə ▇▇▇▇ sığorta ödənişi (Sö) – 2 061AZN;
4) Sığorta müqavilələrinin sayı (n) – 3 000
Netto dərəcəni Tn, netto dərəcənin əsas hissəsini Tə, risk üstəliyini isə Tr ilə işarə edək. Onda Tə = 100pSö/So = 100*0.15*2 061 / 34 406 = 0.899
Risk üstəliyini hesablamaq üçün, xalis sığorta haqlarının sığorta ödənişlərinin verilməsinə kifayət etməsi ehtimalı γ=0,99 götürək. Bu halda həmin ehtimala uyğun əmsal Φ-1( γ ) = 3-dir.
Tr = 1.2Tə*a*((1-p)/(np))1/2 = 1.2*0.899*3*((1-0.15)/(3 000*0.15))^0,5 = 0.141 Tn = Tə + Tr = 0.899+ 0.141 = 1.04
Tarifin strukturu: netto dərəcə - 55%, yüklənmə (f) - 45%. O cümlədən işlərin aparılması xərcləri – 43%, tarif mənfəəti – 2%.
▇▇▇▇▇▇ dərəcəni Tb ilə işarə edək. Onda
Tb = Tn/(1-f) = 1.04/(1-0.45) = 1.89
Tarif dərəcələri azaldıcı və artırıcı əmsallar hesabına diferensiallaşdırılır. O cümlədən:
- Avtomobilin markası(artırıcı) – 25%
- Azadolma məbləği(azaldıcı)– 20%
- Köhnəlmə (azaldıcı)- 20%
- Zərər tarixçəsi(artırıcı,azaldıcı) – 30%
- Nəqliyyat vasitəsini idarə edəcək şəxslərin sayı və yaş hədləri (artırıcı,azaldıcı)– 30%
- Rəsmi servis təminatı(artırıcı)– 30%
- Avtomobilin istifadə məqsədi(artırıcı) – 200%
Yuxarıda qeyd olunanları nəzərə almaqla yekun tarif dərəcəsi 0.59% - 15.57% aralığında dəyişir.
Qısa müddətə bağlanılan sığorta müqavilələrinə aşağıdakı tariflər tətbiq edilə bilər. | |
Sığorta müqaviləsinin qüvvədə оlduğu мüddət | İllik sığorta haqqına tətbiq еdilən faiz dərəcəsi |
1 ay | İllik Sığorta Haqqının 25%-i |
2 ay | İllik Sığorta Haqqının 35%-i |
3 ay | İllik Sığorta Haqqının 40%-i |
4 ay | İllik Sığorta Haqqının 50%-i |
5 ay | İllik Sığorta Haqqının 60%-i |
6 ay | İllik Sığorta Haqqının 70%-i |
7 ay | İllik Sığorta Haqqının 75%-i |
8 ay | İllik Sığorta Haqqının 80%-i |
9 ay | İllik Sığorta Haqqının 85%-i |
10 ay | İllik Sığorta Haqqının 90%-i |
11 ay | İllik Sığorta Haqqının 95%-i |
12 ay | İllik Sığorta Haqqının 100%-i |
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət sığortası üzrə TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (p) – 0,0044;
2) Bir sığorta müqaviləsi üzrə ▇▇▇▇ sığorta məbləği (S) – 13 765 AZN;
3) Bir sığorta hadisəsi üzrə ▇▇▇▇ sığorta ödənişi (Sö) – 919 AZN;
4) Sığorta müqavilələrinin sayı (n) – 2 290
Netto dərəcəni Tn, netto dərəcənin əsas hissəsini Tə, risk üstəliyini isə Tr ilə işarə edək. Onda
Tə = = = 0.029 manat
Risk üstəliyini hesablamaq üçün, xalis sığorta haqlarının sığorta ödənişlərinin verilməsinə kifayət etməsi ehtimalı γ=0,99 götürək. Bu halda həmin ehtimala uyğun əmsal Φ-1( γ ) = 3-dir.
Tr = 1.2Tə*a*((1-p)/(np))1/2 = 1.2*0.029*3*((1-0.0044)/(2 290 *0.0044))^0.5 = 0.033
Netto dərəcə Tn = Tə + Tr = 0.029 + 0.033= 0.06 manat təşkil edəcəkdir. Tarifin strukturu: netto dərəcə - 55%, yüklənmə (f) - 45%.
O cümlədən işlərin aparılması xərcləri – 43%, tarif mənfəəti – 2%. ▇▇▇▇▇▇ dərəcəni Tb ilə işarə edək. Onda
Tb = Tn/(1-f) = 0.06/(1-0.45) = 0.11
Tarif dərəcələri azaldıcı və artırıcı əmsallar hesabına diferensiallaşdırılır. O cümlədən:
- Avtomobilin markası(artırıcı) – 25%
- Zərər tarixçəsi(artırıcı,azaldıcı) – 40%
- Sürücülük təcrübəsi (artırıcı,azaldıcı)– 50%
- Təminat məbləği(artırıcı)-30%
- Avtomobilin istismar ediləcəyi ərazidən (azaldıcı,artırıcı) – 45%-dək
- Avtomobilin istifadə məqsədi(artırıcı) – 200%
Yuxarıda qeyd olunanları nəzərə almaqla yekun tarif dərəcəsi 0,01% - 1.6%aralığında dəyişir.
Sürücü və sərnişinlərin fərdi qəza sığortası üzrə TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (p) – 0.004;
2) Bir sığorta müqaviləsi üzrə ▇▇▇▇ sığorta məbləği (S) – 20 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə ▇▇▇▇ sığorta ödənişi (Sö) – 2140 AZN;
4) Sığorta müqavilələrinin sayı (n) – 2200
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100pSö/So = 100*0.004*2 140/ 20 000 = 0.043
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0.99 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a = 3 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr = 1.2Tə*a*((1-p)/(np))1/2 = 1.2*0.043*3*((1-0.004)/(2200*0.004))^0.5= 0.052 Tn = Tə + Tr = 0.043+ 0.052 = 0.095
Tarifin strukturu: netto dərəcə - 55%, yüklənmə (f) - 45%. O cümlədən işlərin aparılması xərcləri – 43%, tarif mənfəəti – 2%.
▇▇▇▇▇▇ dərəcəni Tb ilə işarə edək. Onda
Tb = Tn/(1-f) = 0.095/(1-0.45) = 0.17
Sığorta bazarındakı rəqabəti nəzərə alaraq yekun tarif dərəcəsi 0.012% - 2% aralığında dəyişir.
▇▇▇▇▇▇▇▇▇▇ ▇▇▇▇▇▇▇▇▇▇▇▇, ▇▇▇▇ ▇▇▇▇▇▇, ▇.▇▇▇▇▇▇▇▇▇▇ ▇▇▇▇▇▇, ▇▇▇, ▇▇▇▇▇ ▇▇▇▇▇ Tel. (▇▇▇▇ ▇▇) ▇▇▇ ▇▇ ▇▇ Fax. (▇▇▇▇ ▇▇) ▇▇▇ ▇▇ ▇▇ |
AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TAM SIĞORTASI ÜÇÜN ƏRİZƏ FORMASI
APPLICATION FOR COMPLETE VEHICLE MOTOR INSURANCE
Sığortalının ▇▇▇ ▇▇▇ Full Name of the Insured | |
Ünvanı Address | |
Telefon və faks nömrələri Telephone & Fax number |
1 | Marka və modeli Make & Model | |
2 | Buraxılış ili Year of manufacture | |
3 | Dövlət nömrə nişanı Plate number | |
4 | Ban nömrəsi Body # | |
5 | Şassi nömrəsi Chassis # | |
6 | Mühərrik nömrəsi Engine # | |
7 | Avtomobilin rəngi Colour | |
8 | Yükgötürmə qabiliyyəti və ya sərnişin tutumu Carrying or Seating Capacity | |
9 | Yeni avtomobilin qiyməti Value of the new vehicle | |
10 | Avtomobilin hazırki dəyəri Actual value (taking into account wear/tear) | |
11 | Avtomobilin qət etdiyi yol (km) Mileage (km) | |
12 | Mühərrikin həcmi (L) Engine capacity (cm3) | |
13 | Sürət qutusunun tipi Transmission’s type | |
14 | Siqnalizasiya barədə məlumat Presence of an alarm. Make / model. | |
15 | Avtomobilin istifadə xarakteri (şəxsi, taksi, kommersiya və s.) Usage of the vehicle (private, taxi, commercial etc.) | |
16 | ƏLAVƏ AVADANLIQ Optional Extension | |
17 | Avtomobilin saxlandığı yer Storage of the vehicle when not in use |
18 | Avtomobildə mövcud ▇▇▇▇ zərərlər Existing damage | |||
19 | Son üç il ərzində baş vermiş hadisələr haqqında məlumat Loss history for the last three years | |||
Sürücülər haqqında qısa məlumat / Details of drivers | ||||
Adı, Soyadı / Name, Surnamme | Təvəllüd / Age | Sürücülük təcrübəsi / Experience | Sürücülük vəsiqəsi / Driving licence | Etibarnamə / Power of attorney |
TƏLƏB OLUNAN SIĞORTA TƏMİNATI / COVERAGE REQUIRED
Təminatın növü Type of the coverage | Tələb olunur (olunmur) Required or Not | Sığorta məbləği Sum Insured | |
▇▇▇▇▇ Sığortası Motor Own Damage | |||
Üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası Motor Third Party Liability | |||
Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası Personal accident insurance of driver and passengers | Sığorta məbləği / Sum Insured | ||
Bir adam üçün Per person | Bir hadisə üçün Per accident | ||
Sığorta təminatının başlanğıc tarixi Required date of the coverage inception | |||
Coğrafi ərazi Geographical Limits | |||
Biz, Sığortalının adindan, bununla bəyan edirik ki, bu Ərizədə verilən məlumat tam bə həqiqətə uyğundur və bu ərizənin yuxarıda göstərilən risklərlə əlaqədar veriləcək sığorta polisinin ayrılmaz hissəsi olmağına razılıq veririk.
Biz, Sığortaçının yalnız bu Ərizədə verilən məlumat əsasında və risklərlə əlaqədar verilən sığorta polisinə uyğun olaraq məsuliyyət daşımasına, bu sığorta ilə əlaqədar başqa heç bir iddia qaldırımamasına razılıq veririk.
Sığortaçı Ərizədə verilən məlumata tam gizli surətdə baxılmasını öz öhdəsinə götürür.
We hereby declare that the statements made by us in this Application are, to the best of our knowledge and belief, complete and true, and we hereby agree that this Application is the basis and part of any Policy issued in connection with the above risk(s).
It is agreed that the Insurers are liable in accordance with the terms of the Policy only and that the Insured will not lodge any other claims of whatever nature.
The Insurers undertake to deal with this information in strict confidence.
Tarix / Date İmza / Signature M.Y. / SEAL
