Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində fəaliyyətlər haqqında
Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində fəaliyyətlər haqqında
№-li MÜQAVİLƏ
Bakı şəhəri “ ” __________ 202_ il
Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyinin (bundan sonra “Birlik” adlanan) Baş direktoru ▇▇▇▇▇▇ Vəfa Lətif oğlu və digər tərəfdən, hüquqi şəxs ___________________________
(hüquqi şəxsin adı)
(bundan sonra “Üzv-İstifadəçi” adlanan), onun _________________________________
(rəhbərin adı, soyadı, atasının adı)
(ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqlar) aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar.
MÜQAVİLƏNİN PREDMETİ
Müqavilənin predmetini Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində unikal identifikasiya nömrələrinin ayrılması və onların avtomatik identifikasiya sistemlərində təbliği ilə bağlı Birlik və Üzv-İstifadəçi arasında qarşılıqlı şəkildə razılaşdırılmış şərtlər təşkil edir.
TAM İXTİSARLAR VƏ QISALTMALAR
Üzv-İstifadəçi – Birliyin məlumat bazasında qeydiyyatdan keçmiş hüquqi şəxs
GS1 identifikatorları – GCP, GLN, GTIN, SSCC və digər identifikatorlar nəzərdə tutulur
GCP (Global Company Prefix,ing.) – Üzv-İstifadəçinin Qlobal Prefiksi (nömrəsi)
GLN (Global Location Number, ing.) – Üzv-İstifadəçinin və onun strukturlarının Qlobal Yerləşmə Nömrəsi
GTIN (Global Trade İtem Number, ing.) – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi
SSCC (Serial Shipping Container Code, ing.) – Nəqliyyat Bağlamasının Serial Kodu
Şəxsi kabinet – Üzv-İstifadəçinin GS1 identifikatorları üçün müraciət etdiyi elektron portal
Sifariş – Üzv-İstifadəçinin GS1 identifikatorları üçün elektron müraciəti
Çıxarış – Üzv-İstifadəçinin sifarişlərinin kağız üzərində təsdiqlənmiş forması
Şəhadətnamə – Üzv-İstifadəçinin GS1 sistemində qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd
Verified by GS1 – GS1 Beynəlxalq axtarış sistemi
“GS1 AZE Barcode” mobil tətbiqi – Google Play və AppStore vasitəsilə məhsullar və onların istehsalçıları haqqında məlumat əldə etmək üçün həll
BİRLİYİN ÖHDƏLİKLƏRİ
Üzv-İstifadəçiyə Beynəlxalq GS1 sistemində GS1 identifikatorları ayırır.
Üzv-İstifadəçinin Beynəlxalq GS1 sisteminə daxil olunmasını və üzv olduğu müddətdə ona ayrılan GS1 identifikatorlarının qüvvədə saxlanılmasını təmin edir.
Sifarişlərin elektron qeydiyyatı üçün ▇▇▇.▇▇▇▇▇.▇▇▇ saytında Üzv-İstifadəçiyə Şəxsi Kabinet yaradır. Şəxsi Kabinetin login və şifrəsini təqdim edir.
Üzv-İstifadəçinin Şəxsi Kabinetində məhsulun beynəlxalq axtarış sistemlərinə inteqrasiyası üçün tələb olunan atributlarını yerləşdirir.
Üzv-İstifadəçi tərəfindən təqdim edilən Sifarişlərə əsasən əmtəə məhsullarının hər növü üçün unikal GTIN və hər yerləşmə nöqtəsinə GLN identifikatorunu ayırır.
Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa İstifadəçilərə ayırmır.
Üzv-İstifadəçinin təşkilati-hüquqi forması dəyişərsə, əvvəlcədən ▇▇▇ ▇▇▇▇▇▇▇▇ GS1 identifikatorlarını yeni təşkilati-hüquqi formaya sahib ▇▇▇▇ həmin Üzv-İstifadəçiyə ayrıla bilər.
GS1 sistemində Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarının unikal və təkrarolunmazlığına zəmanət verir.
Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını Birliyin Depozitariyasına (kompüter məlumat bazasına) daxil edir.
Üzv-İstifadəçinin Beynəlxalq GS1 sistemində qeydiyyata alınmasını Şəhadətnamə ilə təsdiqləyir.
▇▇▇-▇▇▇▇▇▇▇▇▇▇▇▇ aid ▇▇▇▇ şəxsi məlumatları (müəssisənin adı; ünvanı, telefon nömrəsi; elektron ünvanı; web-səhifəsi; rəhbərin adı, soyadı, atasının adı və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında GS1 sisteminin “Verified by GS1” və digər beynəlxalq elektron kataloqlarda, “GS1 AZE Barcode” və digər internet resurslarında məlumatı yerləşdirir.
Birliyin Nizamnaməsinə uyğun şəkildə ildə bir dəfədən az olmayaraq onlayn şəkildə Ümumi Yığıncaq keçirir.
İstehsalatda avtomatik identifikasiyanın tətbiq və təbliğində metodiki və konsultativ yardım göstərir, informasiya daşıyan çap nəşrləri (təqvim, bülletenlər, vərəqələr və s.) təqdim edir.
▇▇▇-▇▇▇▇▇▇▇▇▇▇ tərəfindən göndərilən Sifarişləri 5.1-ci üzvlük növlərinə uyğun olaraq icra edir və nəticələr Şəxsi kabinetə göndərir.
▇▇▇-▇▇▇▇▇▇▇▇▇▇ tərəfindən Birliyə təqdim olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır.
ÜZV-İSTİFADƏÇİNİN ÖHDƏLİKLƏRİ
▇▇▇▇▇▇ tərəfindən müəyyən olunmuş sənədlərin toplusunu və doldurulmuş Ərizə formasını təqdim edir.
Sifarişləri elektron qaydada aparır.
GTIN əldə etmək üçün Birliyə əmtəənin hər bir çeşidi haqqında müəyyən edilmiş formada tam və dolğun məlumat verir.
Əlavə GLN əldə etmək üçün ▇▇▇▇▇▇▇ GLN-nin təyinatına dair dəqiq məlumatı qeyd edir.
Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa müəssisə və ya şəxslərə vermir.
Birlik tərəfindən müəyyən edilmiş əmtəələrin GTIN-lərini başqa əmtəələrdə istifadə etmir.
Əmtəəyə GTIN-i özü təyin etmir.
Məkan və ya obyektə GLN-i özü təyin etmir.
GS1 identifikatorlarından istifadə qaydalarına riayət edir (əlavə № 1).
Öz məhsullarının üzərindəki çap olunan əmtəə ştrixkodlarının düzgün tərtibatına görə məsuliyyət daşıyır.
Ona aid şəxsi məlumatları (müəssisənin adı; ünvanı, telefon nömrəsi; elektron ünvanı; web-səhifəsi; rəhbərin adı, soyadı, atasının adı və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında GS1 sisteminin “Verified by GS1” və digər beynəlxalq elektron kataloqlarda, “GS1 AZE Barcode” və digər internet resurslarında məlumatın yerləşdirilməsinə icazə verir.
Birliyin Ümumi Yığıncaqlarında iştirak edir.
ÜZVLÜK NÖVLƏRİ
Məhdud – Sifarişlər 3 (Üç) iş günündə təsdiq edilir, GTIN üçün aylıq limit sayı 30-dur;
Daxilolma haqqı – 450 (Dörd yüz əlli) AZN,
İllik üzvlük haqqı - 350 (Üç yüz əlli) AZN;
Standart – Sifarişlər 1 iş günü ərzində icra edilir, GTIN üçün aylıq limit sayı 50-dir;
Daxilolma haqqı – 600 (Altı yüz) AZN,
İllik üzvlük haqqı - 500 (Beş yüz) AZN;
Daxilolma haqqı – 750 (Yeddi yüz əlli) AZN,
İllik üzvlük haqqı - 650 (Altı yüz əlli) AZN.
ÜZVLÜK HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏSİ QAYDASI
___________________________ üzvlük növünün şərtlərinə uyğun olaraq, məbləğ
(Seçin: məhdud, standart, korporativ)
Üzv-İstifadəçiyə ▇▇▇▇▇▇ tərəfindən təqdim olunan hesaba əsasən yerinə yetirir.
Avtomatik identifikasiya sahəsində Birlik tərəfindən əlavə xidmətlərin görülməsi ilə bağlı məbləğlər razılaşdırılmış qiymət haqqında Razılıq protokolu əsasında müəyyən edilir (2 №-li əlavə).
Ödənişlər Üzv-İstifadəçiyə hesabın təqdim olunmasından sonra 3 iş günündən gec olmayaraq, Birliyin hesablaşma hesabına ödənilməlidir.
Tərəflər öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbdən digər Tərəfə faktiki dəymiş zərəri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödəyirlər.
Birliyin illik üzvlük haqqı ilə bağlı müraciət müddəti bitmiş Üzv-İstifadəçi 3 aydan gec olmamaqla ona ayrılan GS1 identifikatorlarından istifadə etməsi hüququnu itirir və Birliyin üzvlüyündən xaric edilir.
Müqavilə pozulan andan Üzv-İstifadəçi istеhsal etdiyi məhsullar üçün ▇▇▇▇▇▇ tərəfindən ayrılmış GS1 identifikatorlarından istifadəni dayandırmalıdır. İdentifikatorlardan istifadəyə davam etdiyi təqdirdə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
MÜQAVİLƏNİN MÜDDƏTİ
Bu Müqavilə üzvlük haqqı Birliyin hesabına ödəndiyi gündən qüvvəyə minir və оnun müddəti hər 1 ildən sonra Birliyin üzvlük haqqının ödənilməsi şərti ilə növbəti 1 il müddətinə uzadılmış hesab еdilir.
MÜQAVİLƏNİN POZULMASI
Birliyin üzvü könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda, yaxud Birliyin Nizamnaməsinə uyğun olaraq üzvlükdən çıxarıldıqda bu müqaviləyə xitam verilmiş sayılır.
Tərəflərin hər biri digər Tərəfi ən azı 30 iş günü öncədən xəbərdar etməklə bu Müqavilədən imtina edə bilər.
Bu Müqavilə birtərəfli qaydada pozulduğu halda bundan əvvəl ödənilən üzvlük haqları ▇▇▇▇ qaytarılmır.
TƏTBİQ OLUNAN HÜQUQ. MÜBAHİSƏLƏRİN HƏLLİ
Bu Müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr Tərəflərin danışıqları yolu ilə həll edilir. Mübahisə bu barədə aparılmış ▇▇▇▇ ▇▇▇▇▇▇▇ danışıqlardan еtibarən 1 təqvim ayı ərzində həll edilmədiyi halda Tərəflər həmin mübahisəni Azərbaycan Respublikasının qanunvеriciliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edə bilərlər.
İllik üzvlük haqqının ödənilməsi Birliyin Üzv-İstifadəçisinin istehsalat fəaliyyətinin olub-olmamasından asılı deyil.
Birlik tərəfindən ayrılan GS1 identifikatorları Birliyin əqli mülkiyyətidir və onun icazəsi olmadan hər hansı formada, o cümlədən satış, icarə, lizinq və ya bağışlama şəklində digər müəssisələrə tam və ya qismən verilməsi qadağandır.
Ayrılan identifikatorların istifadə müddəti ▇▇▇▇▇▇ tərəfindən Üzv-İstifadəçiyə təqdim olunan hesabın ödənişindən sonra uzadılır.
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun 24.0.1. maddəsinə uyğun olaraq Birliyin əmlakının formalaşma mənbələrindən biri onun üzvlərinin müntəzəm üzvlük haqlarıdır. İctimai Birliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən üzvlük haqları nizamnamədən irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsinə yönəldilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.27 və 106.1.2 , 219.1 maddələrinə əsasən ödənilən üzvlük haqqı - mal satışı və ya xidmət göstərilməsinə aid edilmədiyi və vergiyə cəlb olunmadığı üçün müvafiq qanunvericiliyə əsasən e-qaimə faktura göndərilmir, təhvil-təslim aktları tərtib etmir.
TƏRƏFLƏRİN ÜNVANLARI
“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi
Hüquqi ünvan: Bakı ş., Nəsimi r., Xaqani, 90A
VÖEN: 1406304171
Baş direktor: ▇. ▇. ▇▇▇▇▇▇
İmza: __________
M.Y. |
___________________________________ (Üzv-İstifadəçi)
Hüquqi ünvan: _________________________
VÖEN: ______________
Rəhbər: ______________
İmza: __________
M.Y. |
“ ” __________ 20__ ____ №-li müqaviləyə 1 №-li Əlavə
GS1 İDENTİFİKATORLARINDAN İSTİFADƏ
QAYDALARI
Azərbaycan Respublikasının ərazisində GS1 identifikatorlarından istifadə hüququna ancaq Birlikdə qeydiyyatda ▇▇▇▇ GS1 sistemin Üzv-İstifadəçiləri malikdir.
Yalnız Birliyin Depozitariyasında qeydiyyata alınan identifikatorlar etibarlı (leqal) sayılır.
Aşağıdakı hallarda GS1 identifikatorlarının istifadəsinə icazə verilmir:
başqa müəssisəyə aid identifikatorun özbaşına istifadəsi;
GS1 sisteminin Üzv-İstifadəçiliyi ləğv olunmuş istehsalçının artıq ona aid olmayan identifikatorlardan istifadəyə davam etməsi;
əmtəə vahidinin adı və ya qablaşdırmadakı etiketdə göstərilmiş, Birliyin Depozitariyasında qeydiyyatdan keçmiş GTIN-ə uyğun istehlak xüsusiyyətləri əmtəə-müşaiyət sənədində qeyd olunmuş məlumatlardan fərqlənirsə;
əmtəənin vahid qablaşdırılmasının GTIN-ni ilə qruplaşdırılmış qablaşdırma GTIN-i eyni olduqda;
bir əmtəə vahidinə aid GTIN identifikasiya nömrəsi Birliyin Depozitariyasında qeydiyyat olunmadan başqa adda və ya istehlak xüsusiyyətində əmtəə vahidində istifadə edilibsə.
Birlik GS1 standartlarına əsasən GS1 identifikatorlarının tətbiqi və yayılmasına dəstək verir.
Ticarət müəssisələri və nəqliyyat şirkətləri ştrixkodla markalanmış əmtəə vahidlərini aldıqda, mal göndərəndən əmtəənin identifikasiya nömrələrinin istifadəsinin qanunliyini təsdiq edən sənədi təqdim etməsini tələb etmək hüququna malikdirlər.
Qeyri-mümkünlük, qeyri-dəqiqlik hallarında və ya mal göndərən ticarət müəssisəsinin yuxarıda göstərilən sənədlərini təqdim etməkdən imtina etdikdə, topdan təchizat şirkətləri tədbir görülməsi üçün Birliyi aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlandırmaq hüququna malikdirlər.
“RAZIYAM” _________________________
(imza)
İctimai Birliyin Üzv-İstifadəçisi: ____________________________
M.Y.
“ ” __________ 20__ ____ №-li müqaviləyə 2 №-li Əlavə
Avtomatik identifikasiya sahəsində razılaşdırılmış qiymət haqqında
RAZILIQ PROTOKOLU
Biz, aşağıda imza edənlər, bir tərəfdən, “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyinin Baş direktoru ▇. ▇. ▇▇▇▇▇▇ və digər tərəfdən, hüquqi şəxs _______________________________________________________________________
(hüquqi şəxs; rəhbərin adı, soyadı, atasının adı)
şəxsində müqavilədəki göstərilən xidmətlərin məbləğlərini aşağıdakı həcmlərdə razılaşdırmışıq.
№ |
Göstərilən xidmətlərin növü |
Ödənişin təyinatı |
Qiyməti, AZN |
1 |
Əlavə GCP nömrəsinin ayrılması |
Bir GCP nömrəsi üçün |
450,00 |
2 |
Əlavə GLN nömrəsinin ayrılması |
Bir GLN nömrəsi üçün |
30,00 |
3 |
Əlavə GTIN nömrəsinin ayrılması |
Bir əlavə GTIN nömrəsi üçün |
5,00 |
4 |
Əmtəənin GTIN-lərinin müraciət günü ərzində təcili tərtib edilməsi üçün |
Bir müraciət |
30,00 |
5 |
SSCC nömrəsinin tərtib edilməsi |
Bir SSCC nömrəsi üçün |
30,00 |
6 |
GS1 sistemi ilə bağlı tədris kurslarının təşkili |
Razılaşma yolu ilə |
|
7 |
Ştrixkodla bağlı əlavə xidmətlər |
||
Qeyd: Bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır.
“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi
Baş direktor: ▇. ▇. ▇▇▇▇▇▇
İmza: __________
M.Y. |
__________________________ (Üzv-İstifadəçi)
Rəhbər: _____________
İmza: _______________
|
