ÖDƏNİŞ XİDMƏTİNƏ DAİR MÜQAVİLƏ
ÖDƏNİŞ XİDMƏTİNƏ DAİR MÜQAVİLƏ
Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bank tərəfindən 16.05.2024-cü il tarixində verilmiş EPT-001 nömrəli lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Ödəniş xidməti təchizatçısı” və ya “Təchizatçı” adlandırılacaq) və digər tərəfdən siz (bundan sonra “Ödəniş xidməti istifadəçisi”, “İstifadəçi” və ya “Siz” adlandırılacaq), birlikdə Tərəflər adlandırılacaqlar, aşağıdakılar barədə razılığa gələrək Ödəniş xidmətinə dair müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) bağladılar:
Preambula
İstifadəçi bu Müqaviləni imzalamaqla Təchizatçı tərəfindən təqdim edilən Tətbiq vasitəsilə təqdim olunan Ödəniş xidmətlərinin istifadə etməyə başlayır. İstifadəçinin Ödəniş xidmətlərindən istifadə etməzdən əvvəl, Müqaviləni diqqətlə oxuyub ▇▇▇▇▇ olması zəruridir.
Ödəniş xidmətlərindən istifadə etməklə, Siz hazırkı Müqaviləni diqqətlə oxuduğunuzu və anladığınızı bildirir və buna dair üzərinizə öhdəliklər götürməyiniz barədə razılıq verirsiniz. Hazırkı Müqavilədə əks olunan öhdəlikləri üzərinizə götürmək istəmədiyiniz təqdirdə, ▇▇▇▇ səhifəni tərk etməyiniz və Tətbiqin hər hansı gələcək istifadəsindən və ya Tətbiqə daxil olmaqdan çəkinməyiniz vacibdir. Tətbiqdən istifadə etməklə və ya Tətbiqə daxil olmaqla, Siz hazırkı Müqaviləyə istinad etməklə daxil edilmiş və Tətbiqin istifadəsi ilə bağlı üçüncü tərəflərin Müqavilə şərtlərinə və istənilən digər əlavə qayda, təlimat və qanunvericiliyə riayət edəcəyinizə dair razılıq verirsiniz. Hazırkı Müqavilə heç bir üçüncü şəxsin iştirakı olmadan birbaşa Sizinlə Təchizatçı arasında bağlanır.
Bu Müqavilə üzrə Təchizatçı İstifadəçiyə Müqavilənin 2.11. bəndində sadalanan Ödəniş xidmətlərini göstərir və hazırkı Müqavilədə Ödəniş xidmətlərinin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.
Hazırkı Müqavilədə həmçinin, Tərəflər arasında elektron daşıyıcılar vasitəsi ilə Ödəniş xidmətləri üzrə sərəncamların verilməsi və qəbulu, bu sərəncamların icrası ilə bağlı elektron imzanın qəbuluna dair tələblər öz əksini tapmışdır.
Ödəniş xidmətlərindən hər birinin Təchizatçı tərəfindən təqdim olunması üçün bu Müqavilədən başqa İstifadəçi həmçinin Tətbiqdə əks olunan şərtləri (müddətləri, komissiyaları, digər xərcləri) nəzərə almalı, zərurət olduqda müvafiq qaydada (birdəfəlik OTP və sair) təsdiq edildikdən sonra qəbul və icra edilir.
Hər bir Ödəniş xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, müddəti, faiz, xidmətin göstərilmə xərcləri, tariflər və sair şərtlər Tətbiqdə öz əksini tapır və İstifadəçi bu şərtlərlə müvafiq xidmətdən istifadə etməzdən əvvəl ▇▇▇▇▇ olur və qəbul etdiyi halda xidməti sifariş edir.
Bu Müqavilə çərçivəsində İstifadəçinin Təchizatçıdan aldığı bütün Ödəniş xidmətlərinə dair Tətbiqdə əks olunan şərtlər bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir.
Bu Müqavilə üzrə xidmətlər yetkinlik yaşına çatmayan şəxslərə təqdim edilmir.
Müqavilədə istifadə olunan anlayışlar
akart - Ödəniş xidməti təchizatçısı tərəfindən təqdim olunan ödəniş aləti nəzərdə tutulur;
Cihaz – Tətbiqin yükləndiyi və İstifadəçinin sahibliyində ▇▇▇▇ cihaz və ya smartfon nəzərdə tutulur;
Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində a-kart vasitəsilə Ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən vəsait;
Elektron pulun emitenti (Emitent) – elektron pulun emissiyasını həyata keçirən şəxs, bu Müqavilənin məqsədləri üçün “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
Elektron pul təşkilatı – qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ ▇▇▇▇ hüquqi şəxs, bu Müqavilənin məqsədləri üçün “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
Əməliyyat günü – Ödəniş xidməti təchizatçısının ödəniş sərəncamlarının qəbulu və ödəniş əməliyyatlarının aparılması üçün müəyyən etdiyi vaxt;
Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə Ödəniş xidməti təchizatçısı tərəfindən Ödəniş xidməti istifadəçisinə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;
Gücləndirilmiş müştəri autentifikasiyası – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız İstifadəçinin bildiyi, İstifadəçiyə məxsus ▇▇▇▇ və İstifadəçinin sahib olduğu elementlərdən iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya;
Ödəniş hesabı (Hesab) – ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesab;
Ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün Ödəniş xidməti istifadəçisi tərəfindən Ödəniş xidməti təchizatçısına Tətbiq vasitəsilə verilən tapşırıq;
Ödəniş xidməti – Ödəniş xidməti təchizatçısı tərəfindən təqdim olunan (1) ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması; (2) kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; (3) ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi, (4) pul köçürməsi; (5) elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası; (6) ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və (7) hesab üzrə məlumat xidməti nəzərdə tutulur;
Ödəniş xidməti istifadəçisi (“İstifadəçi” və ya “Siz”) – Tətbiqdə qeydiyyatdən keçərək ödəniş xidmətlərindən istifadə edən Azərbaycan Respublikasının vətəndaşı ▇▇▇▇ istənilən fiziki şəxs;
Ödəniş xidməti təchizatçısı (Təchizatçı) – Ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən şəxs, bu Müqavilənin məqsədləri üçün “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti;
OTP (və ya OTP təsdiq) – İstifadəçinin Tətbiqdə qeydiyyatdan keçən zaman (həmçinin, dəyişiklik olduqda, dəyişdirilən) təqdim etdiyi mobil nömrəyə müvafiq xidmətlərin göstərilməsi və ya razılıqların verilməsi məqsədilə göndərilən və İstifadəçi tərəfindən tətbiq olunan birdəfəlik şifrələr;
Bonus - Ödəniş hesabı və ya Ödəniş kartı üzrə tətbiq olunan müxtəlif bonus, cash-back və sair stimullaşdırıcı və ya təşviqedici kampaniyalar;
Sayt - ▇▇▇▇▇://▇▇▇▇▇.▇▇ internet səhifəsi nəzərdə tutulur,
Tətbiq - Ödəniş xidməti təchizatçısı tərəfindən təmin edilən “a-kart” mobil tətbiqi nəzərdə tutulur.
Tətbiqin modifikasiyası, ondan istifadə və məhdudiyyətlər
Sahib olduğunuz Cihaz serverə bağlandığı zaman Təchizatçı sizə qabaqcadan dəyişiklik haqqında məlumat (bildiriş) verməklə, hazırkı Müqavilə şərtlərinə vaxtaşırı dəyişiklik edə və ya onu yeniləyə bilər. Hazırkı Müqaviləyə edilmiş dəyişikliklərdən sonra sizin Tətbiqə daxil olmağınız və ya ondan istifadə etməyiniz sözügedən dəyişikliklərlə razılaşaraq onları qəbul etdiyiniz və bu dəyişikliklərə riayət etməyə dair öz üzərinizə öhdəlik götürdüyünüzü ifadə edir.
Tətbiqin versiyası yeni funksiyalara və xidmətlərə dəstəyin əlavə edilməsi məqsədilə vaxtaşırı yenilənə bilər. Tətbiqin yeni versiyası istifadəyə buraxıldıqda, sizə bu barədə məlumat veriləcək və Tətbiqin versiyasını yeniləmək istəyinizə dair sizə sorğu göndəriləcəkdir. Tətbiqin yenilənmiş versiyasını qəbul etmədiyiniz təqdirdə, müvafiq təlimatlara riayət etməklə, Tətbiqin və Ödəniş xidmətlərinin istifadəsinə xitam verməniz xahiş olunur. Tətbiqə dəyişiklik edildikdən sonra Tətbiqdən istifadə etdiyiniz təqdirdə, siz Tətbiqin yenilənmiş versiyasından istifadə etməyə və bu cür dəyişiklikləri qəbul etmək və onlara riayət etməklə bağlı öz üzərinizə öhdəlik götürmək üçün razılıq vermiş hesab edilirsiniz.
Təchizatçı, istənilən vaxt və ya vaxtaşırı, müvəqqəti və ya daimi olaraq tam və ya qismən Tətbiqin və ya Tətbiqin tərkib hissəsi ▇▇▇▇ digər istənilən məlumatın, xidmətin, məzmununun, məhsulun və ya funksiyanın; Tətbiqdən istifadə haqqının (ödənişin) modifikasiyası, dayandırılması və ləğv edilməsi; Tətbiqlə bağlı istənilən haqq və ödənişləri dəyişmək və/və ya ləğv etmək; və/və ya Tətbiq istifadəçilərinin bir qisminə (ayrı-seçkiliyə yol verməmək şərtilə) və ya hamısına əlavə imkanlar təklif etmək hüququnu özümüzdə saxlayır. Siz bununla razılaşırsınız ki, nə Təchizatçı, nə də Təchizatçıya hər hansı formada aidiyyəti ▇▇▇▇ şəxslər, törəmə müəssisə, vəzifəli şəxs, direktor, təsisçi, işçi, agent, lisenziya verən şəxs və ya nümayəndə Tətbiqin və ya Tətbiq vasitəsilə təklif olunan istənilən xidmətin, tərkib hissənin, məhsulun və ya funksiyanın qismən və ya bütövlükdə modifikasiyasına, dayandırılmasına və ləğv edilməsinə görə sizin və ya istənilən üçüncü şəxsin qarşısında məsuliyyət daşımır.
Təchizatçı, hazırkı Müqavilənin tələblərinə riayət edilməsi şərtilə Tətbiqdən qeyri-kommersiya məqsədilə (Məqsəd) istifadə edərək Ödəniş xidmətlərini yalnız şəxsən istifadə etmək üçün sizə səlahiyyət verir.
Tətbiq sizə satılmır, Tətbiq üzərindən Ödəniş xidmətlərinin istifadəsi üçün sizə icazə verilir. İstifadəçi Tətbiqdən yalnız hazırkı Müqaviləyə müvafiq qaydada və Tətbiqdə qeyd olunan təlimatları yerinə yetirməklə istifadə edə bilər.
İcazənin hazırkı Müqavilədə göstərildiyi etibarlılıq müddəti Müqavilənin şərtlərinə dair İstifadəçinin razılıq bildirdiyi tarixdən etibarən başlayır və aşağıdakılardan hər hansı birinin ilk baş verdiyi tarixdə xitam verilir:
Təchizatçı tərəfindən Müqavilənin ləğv edilməsi (bu hal, səbəbi sizə açıqlanmadan baş verə bilər);
Ödəniş kartını emissiya edən bankın, səlahiyyətli dövlət orqanının və ya məhkəmənin qərarı ilə;
Qeydiyyatdan keçən zaman təqdim olunan məlumatların həqiqi sahibi tərəfindən daxil edilmədiyi, saxtalaşdırıldığı müəyyən olunduqda;
Müqaviləyə əlavə və dəyişikliklərin və ya Tətbiqin modifikasiyasının İstifadəçi tərəfinizdən qəbul edilməməsi;
Ödəniş hesabından Məqsəddən kənar, həmçinin qanunvericiliklə yol verilməyən fəaliyyətlə bağlı istifadə edilməsi halları müəyyən olunduqda;
Müqavilənin İstifadəçi tərəfinizdən ləğv edilməsi; yaxud
Müqavilə şərtlərinin İstifadəçi tərəfindən vaxtlı-vaxtında və ya tam olaraq yerinə yetirilməməsi.
Qüvvədə ▇▇▇▇ qanunvericiliklə aydın şəkildə yol verilən hallar istisna olmaqla, Siz: (1) Tətbiqi modifikasiya etməyəcəyinizə, uyğunlaşdırmayacağınıza, təkmilləşdirməyəcəyinizə, dəyişdirməyəcəyinizə, tərcümə etməyəcəyinizə və ya onun əsasında törəmə məhsul yaratmayacağınıza; (2) Tətbiqi və ya onun istənilən tərkib hissəsini və ya elementini Tətbiq ilə nəzərdə tutulmayan digər Tətbiq və ya proqram təminatı, məlumat bazası və ya xidmətlərlə birgə istifadə etməyəcəyinizə və ya birləşdirməyəcəyinizə; (3) Tətbiqi istənilən üçüncü tərəfə sizin adınızdan istifadə etməklə təqdim etməyəcəyinizə, məlumatlarınızı paylamayacağınıza, satmayacağınıza və ya digər şəkildə ötürməyəcəyinizə; (4) Tətbiqdən xidmət bürosu kimi istifadə etməyəcəyinizə, yaxud Tətbiqi hər hansı bir üçüncü tərəfə istifadə və ya icarəyə verməyəcəyinizə; (5) Tətbiqin texnologiyasını açmayacağınıza, mənbə kodunu araşdırmağa çalışmayacağınıza, təhlil etməyəcəyinizə və ya digər şəkildə Tətbiqin mənbə kodunun və ya strukturunun əldə olunmasına, yaxud Tətbiqin şifrəsinin açılmasına cəhd göstərməyəcəyinizə; (6) Tətbiqin işinə istənilən şəkildə müdaxilə etməyəcəyinizə; (7) Tətbiqə girişi tənzimləyən və ya nəzarət edən hissədə istənilən elektron müdafiə tədbirlərindən boyun qaçırmayacağınıza və ya boyun qaçırmağa cəhd etməyəcəyinizə; (8) bilavasitə bizim tərəfimizdən öncədən verilmiş yazılı razılıq olmadan Tətbiqin aşkar edilməsi, indeksləşdirilməsi, axtarılması və məlumat toplanılması, yaxud istənilən şəkildə araşdırılması üçün və yaxud Tətbiqin naviqasiya strukturunun və ya təqdimatının təkrar yaradılması və ya bunlardan yan keçilməsi üçün hər hansı bir robotdan, spayderdən, sayt axtarış/aşkarlama Tətbiqlərindən, yaxud digər mexaniki və ya avtomatik qurğulardan istifadə etməyəcəyinizə; (10) Tətbiqi heç bir kommersiya məqsədləri üçün istifadə etməyəcəyinizə; yaxud (11) Tətbiqə çıxışla və ya onun istifadəsilə bağlı bütün qüvvədə ▇▇▇▇ qanunvericiliyin, qayda və təlimatların müddəalarını pozmayacağınıza və üçüncü tərəflərin də burada sadalan şərtləri pozmasına yol verməyəcəyinizə dair razılıq bildirirsiniz.
Siz Tətbiqə start verə biləcək, Tətbiq vasitəsilə start veriləcək və ya istənilən digər şəkildə Tətbiqlə inteqrasiya edilmiş heç bir proqram təminatı və ya digər funksional imkanlar tərtib etməyəcəyinizə, yaymayacağınıza və ya satmayacağınıza razılıq verirsiniz. Sizin Tətbiqlə bağlı və ya Tətbiqdə qarşınıza çıxan müəllif hüquqlarına və ya digər əqli mülkiyyət hüquqlarına dair istənilən bildirişi silməyə, dəyişməyə və ya gizlətməyə hüququnuz yoxdur.
Ödəniş hesabına dair şərtlər
Təchizatçı, İstifadəçinin müraciəti əsasında ona Ödəniş xidmətlərindən istifadə etmək üçün qüvvədə ▇▇▇▇ normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada məsafədən Ödəniş hesabı açır, İstifadəçi isə göstərilən xidmətlərin müqabilində Təchizatçının qüvvədə ▇▇▇▇ tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəyir.
İstifadəçi öz Hesabı üzərində müstəqil sərəncam verir və bu hüququ yalnız qanunvericiliklə müəyyən edilmiş əsaslarla və hallarda məhdudlaşdırıla bilər.
İstifadəçinin Hesabındakı qalıqlara heç bir faiz ödənilmir
Ödəniş hesabından istifadə ilə bağlı Təchizatçının aşağıdakı vəzifələri var:
İstifadəçiyə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq valyutalarda hesab açır;
İstifadəçiyə bu Müqavilənin Elektron pula dair şərtlərinə uyğun olaraq xidmət göstərir.
Ödəniş hesabından istifadə ilə bağlı Təchizatçının aşağıdakı hüquqları var:
Bu Müqavilənin Elektron pula dair şərtlərinə uyğun olaraq yaranmış xərcləri İstifadəçinin Hesab(lar)ından akseptsiz qaydada silir;
İstifadəçidən Ödəniş xidmətləri üzrə mövcud öhdəliklərinin icrasını tələb edir;
Hesabın açılması üçün zəruri ▇▇▇▇ sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə İstifadəçidən qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb edir;
Müqavilənin digər bəndləri və qanunvericilikdə nəzərdə tutulan hüquqlarını icra edir.
Ödəniş hesabından istifadə ilə bağlı İstifadəçinin aşağıdakı vəzifələri var:
Ödəniş xidmətlərini bu Müqavilədə, Tətbiqdə və Saytda qeyd olunan şərtlərə uyğun olaraq həyata keçirmək;
Hesabından sahibkarlıq (kommersiya) fəaliyyəti ilə bağlı istifadə etməmək;
Təchizatçıya düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək;
Bu Müqavilənin Elektron pula dair şərtlərinə riayət edir;
▇▇▇▇▇ rezidentliyi ilə bağlı aşağıdakılara riayət edir:
Azərbaycandan kənar hər hansı digər dövlətə aid vergi rezidentliyi olduğu təqdirdə, həmçinin bu Müqavilənin qüvvədə olduğu dövrdə bu hal əmələ gələrsə bu barədə 5 (beş) iş günü ərzində Təchizatçıya yazılı məlumat verməli və müvafiq sənədləri sonuncuya təqdim etməlidir. Bu hal müəyyən olunarsa İstifadəçi, müvafiq dövlətin qanunvericiliyinə uyğun olaraq vergi rejimi subyekti və İstifadəçinin Təchizatçıdakı Hesabları Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq həmin dövlətə hesabat verilməli hesabı kimi qəbul edilə bilər.
İstifadəçi digər dövlətin vergi rejiminin müvafiq subyekti hesab edilərsə və onun Hesabı barəsində hesabat verilməli hesab kimi müəyyən edilərsə, İstifadəçi özünün Hesabı və əməliyyatları barədə bütün məlumatların Azərbaycan Respublikası vergi orqanları vasitəsi ilə müvafiq dövlətin səlahiyyətli orqanına ötürülməsi, həmçinin müvafiq dövlətin qanunvericiliyinə əsasən hesabından müvafiq vergilərin tutulmasına tam razılıq verir.
Yuxarıda qeyd olunan hal müəyyən olunarsa, İstifadəçi Təchizatçının yalnız agent funksiyası daşıdığını dərk edir və öz hesabından müvafiq dövlətin səlahiyyətli orqanlarına müvafiq vergilərin ödənilməsi üçün tutulan məbləğlərə və ötürülən məlumatlara dair Təchizatçıya qarşı heç bir etiraz irəli sürmür.
Ödəniş hesabından istifadə ilə bağlı İstifadəçinin aşağıdakı hüquqları var:
Qüvvədə ▇▇▇▇ qanunvericiliklə müəyyən olunmuş qaydada Hesabında ▇▇▇▇ pul vəsaitinə müstəqil olaraq sərəncam verir.
Ödəniş xidməti üzrə Təchizatçıya tapşırıq verir, ondan məlumat əldə edir, icra olunmuş xidmətlər üzrə hesabat tələb edir;
Müqavilənin Elektron pula dair şərtləri və digər bəndlərində nəzərdə tutulan qaydada Ödəniş xidmətlərindən yararlanır.
Elektron pula dair şərtlər
Təchizatçı aşağıdakı qaydada və şərtlərlə Elektron pulu emissiya edərək İstifadəçinin sərəncamına verir:
İstifadəçisinə müxtəlif kanallar vasitəsilə Ödəniş hesabına Elektron pul mədaxil edə (köçürə) bilər (ödəniş terminalı, card-to-card və sair),
Təchizatçı İstifadəçisi tərəfindən mədaxil edilən (və ya köçürülən) vəsaitləri dərhal (qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) Elektron pula çevirir və Ödəniş hesabında və ya Kartda yerləşdirir,
İstifadəçi Hesabında ▇▇▇▇ Elektron pul vasitəsilə müxtəlif əməliyyatlar icra edə bilir (Tətbiq daxili, e-com, cash in/cash out/sürətli pul köçürməsi və s. xidmətlər),
İstifadəçi Elektron pulla Hesab üzrə həm ölkə daxili, həm də ölkə xarici əməliyyatlar icra edə bilər,
Təchizatçı, İstifadəçisinin Hesabındakı Elektron pulu overdraft, Hesabın hər-hansı səbəbdən mənfi balansa enməsi (texniki overdraft), kreditləşmə, konvertasiya, məzənnə fərqi, komissiya, xidmət haqqı, cərimə (dəbbə pulu) və ya faizlərin ödənişi, dövlət büdcəsinə ▇▇▇▇ ▇▇▇▇ və ya məhkəmə qərarlarının icrasından irəli gələrək akseptsiz qaydada silə bilər,
Təchizatçı, texniki problem ilə əlaqədar, istifadə olunmuş ▇▇▇▇▇ vəsaiti ▇▇▇▇ qaytarılmış Ödəniş xidməti üzrə həmin məbləği İstifadəçinin balansından akseptsiz tuta və ya overdraft tətbiq edilə bilər,
Təchizatçı, İstifadəçinin Hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada İstifadəçinin Hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yaradra bilər,
İstifadəçi, ▇▇▇▇▇▇▇▇▇ yaranmış overdraftı ödənmədiyi halda Təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq İstifadəçidən tələb edə bilər,
Təchizatçı, Elektron puldan istifadə ilə bağlı tariflərdə hər-hansı əlavə və/və ya dəyişiklik olduqda qanunvericiliyə uyğun olaraq bu barədə Saytda və/və ya Tətbiqdə məlumat yerləşdirərək dəyişikliyi tətbiq edə bilər,
Təchizatçı, Ödəniş xidməti üzrə reverse /refund əməliyyatları tətbiq edə bilər, 5.1.11.İstifadəçinin müraciətinə əsasən Təchizatçı chargeback müraciəti yarada bilər,
5.1.12.Elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatlar İstifadəçiyə Tətbiq, həmçinin müəyyən dövrləri əhatə edən elektron çıxarış formasında təqdim edilə bilər.
Təchizatçı, İstifadəçinin Hesabına daxil ▇▇▇▇ xarici valyutalı vəsaitləri öz məzənnəsinə uyğun konvertasiya edir.
Təchizatçı, İstifadəçinin hesabındakı Elektron pulun təhlükəsizliyini təmin edir.
Təchizatçı, İstifadəçinin sui-istifadəsi/fraud halları aşkar edildikdə Ödəniş hesabı və/və ya əməliyyatları bloklayır.
Təchizatçı birtərəfli qaydada mövcud tariflərdə və əməliyyatların aparılması qaydalarında dəyişiklik etmək və yeni tariflər (komissiyalar) müəyyən etmək hüququna malikdir. Tariflər Təchizatçının Saytında yerləşdirilir. İstifadəçi, mütəmadi olaraq ▇▇▇▇▇ daxil olub yeniliklərlə ▇▇▇▇▇ olmağa məsuldur.
Ödəniş xidmətlərinin icrasına dair şərtlər
İstifadəçi, ödəniş sərəncamının verilməsi və icra edilməsi üçün Tətbiqdə qeyd olunan addımları icra etməli və zəruri məlumatları düzgün şəkildə daxil etməlidir.
İstifadəçi ödəniş sərəncamı verdikdə, ödəniş əməliyyatı avtorizə edilmiş hesab olunur.
Ödəniş sərəncamından bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edilə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində İstifadəçinin seçimindən asılı olaraq, ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.
Ödəniş xidməti təchizatçısı, Ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə Müqavilə və Tətbiqdə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş Ödəniş sərəncamını icraya qəbul edir.
Avtorizə edilmiş ödəniş sərəncamı əməliyyat günündən sonra təqdim olunduqda Ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
Tətbiq vasitəsilə göndərilən Ödəniş sərəncamı ▇▇▇▇ götürülməz hesab olunur.
Ödəniş xidməti istifadəçisi ▇▇▇▇▇▇▇▇▇▇ ilə Ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, İstifadəçi Ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək ▇▇▇▇ götürə bilər.
Birbaşa debitləşmə alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin Ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı ▇▇▇▇ götürə bilər.
Təchizatçı tərəfindən Ödəniş sərəncamının ▇▇▇▇ götürülməsi üzrə Xidmət haqqı nəzərdə tutula bilər. Bu barədə məlumat Saytda və/və ya Tətbiqdə öz əksini tapır.
Təchizatçı Ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir. Verilən Ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Bu halda, razılaşdırılan müddət Ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, Ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir.
İstifadəçinin hesabına Ödəniş xidməti təchizatçısına daxil ▇▇▇▇ pul vəsaiti həmin əməliyyat günü İstifadəçinin ödəniş hesabına mədaxil edilir və/və ya pul vəsaitinin istifadəsinə imkan yaradılır. İstisna olaraq vəsaitin ödəniş terminalları vasitəsilə göndərilməsidir, bu halda qəbul olunmuş pul vəsait 5 (beş) iş günündən artıq olmayan müddətdə İstifadəçinin Ödəniş hesabına köçürülür.
Hesaba mədaxil edilməli ▇▇▇▇ pul vəsaitinin valyutası Hesabda ▇▇▇▇ məbləğin valyutasından fərqli olduqda pul vəsaiti Ödəniş hesabına 5 (beş) iş günü müddətində mədaxil edilir.
Təchizatçı Ödəniş əməliyyatlarının maksimum məbləğini Tətbiqdə qeyd olunan məbləğdə və qaydada müəyyən edir.
Təchizatçı, qanunda və ya bu Müqavilədə nəzərdə tutulmuş hallarda Tətbiqi bloklaşdırmaq hüququna malikdir.
Ödəniş xidməti təchizatçısı ▇▇▇▇▇▇▇▇▇▇ tərəfindən verilən Ödəniş sərəncamının icra olunmamasına, səhv icra olunmasına, həmçinin pul vəsaitinin əsassız olaraq Ödəniş hesabından silinməsinə görə İstifadəçi qarşısında məsuliyyət daşıyır. Bu halda Təchizatçı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal İstifadəçinin Ödəniş hesabına bərpa edir. Bu halda, ödənilən xidmət haqları və digər xərclərin məbləği də İstifadəçi kompensasiya edilir.
Təchizatçı, ▇▇▇▇▇▇▇▇▇▇ tərəfindən ödəniş sərəncamında səhv və ya natamam göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır.
Tərəflərin məsuliyyəti
İstifadəçi bununla bəyan edir ki, ▇▇▇▇▇(lar)▇▇▇ kommersiya məqsədi ilə istifadə etməyəcək və belə hal baş verərsə yaranacaq vergi məsuliyyətindən xəbərdardır.
Təchizatçı İstifadəçiyə Ödəniş xidməti göstərərkən öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması üçün İstifadəçi qarşısında heç bir məsuliyyət daşımır.
İstifadəçinin təqdim etdiyi əlaqə vasitələri (mobil nömrə, e-mail və s.) düzgün qeyd edilməmişdirsə, və ya dəyişikliklər barədə Təchizatçıya yazılı məlumat verilməmişdirsə, bu zaman Təchizatçı, Hesab üzrə göstərilən xidmətlərlə və ya ondakı dəyişikliklərlə bağlı məlumatın vaxtında İstifadəçiyə çatdırılmamasına görə heç bir məsuliyyət daşımır.
İstifadəçi, Ödəniş hesabından cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məqsədlər üçün istifadə etməmək öhdəliyini öz üzərinə götürür və qanunvericilikdə nəzərdə tutulan müvafiq məsuliyyət daşıyır.
Təchizatçı tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı halların qarşısının alınması məqsədilə İstifadəçidən heç bir izah verilmədən və hər hansı bir Ödəniş xidmətini icra etmədən əlavə sənədlər və məlumatlar tələb edə bilər.
İstifadəçinin özünə, rezidenti olduğu və ya hər hansı əlaqəsi olduğu ölkəyə Azərbaycan Respublikası, hər hansı digər dövlət və ya hər hansı Beynəlxalq Təşkilat tərəfindən sanksiya qoyulduqda Təchizatçı İstifadəçinin hesabındakı vəsaiti dondura, əməliyyatların aparılmasına məhdudiyyət qoya və digər hərəkətlər edə bilər.
Ödəniş sərəncamının icrası üzrə xidmət haqlarının tutulması
Təchizatçı, ödəniş əməliyyatının icrası üçün köçürülən məbləğdən və ya ayrıca olaraq əməliyyatın icrası üçün xidmət haqqı tuta bilər. Hər bir əməliyyat üzrə xidmət haqqının məbləği və tutulma qaydası Tətbiqdə əks olunur. İstifadəçi ödəniş əməliyyatını təsdiqləməklə bu haqların tutulmasına razılıq vermiş olur.
Təchizatçı, daxil ▇▇▇▇ pul vəsaitini İstifadəçinin Ödəniş hesabına mədaxil etməzdən əvvəl köçürülən məbləğdən xidmət haqqı tuta bilər. Bu halda İstifadəçiyə təqdim edilən məlumatda ödəniş əməliyyatının tam məbləği və köçürülən məbləğdən tutulan xidmət haqqı ayrıca qeyd olunmalıdır.
Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri
Ödəniş xidməti istifadəçisinin vəzifələri aşağıdakılardır:
akartdan və Tətbiqdən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək;
Tətbiqdə qeydiyyatdan keçdikdən dərhal sonra özünün fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək;
Tətbiqdə qeydiyyatdan keçərkən təqdim etdiyi məlumatlarda hər-hansı dəyişiklik olduqda bu barədə Təchizatçını dərhal məlumatlandırmaq və/və ya mümkün olduqda Tətbiqə müvafiq dəyişikliyi daxil etmək,
Cihazın itirilməsini, oğurlanmasını və ya Cihazın, Tətbiqin və/və ya akartın səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə Ödəniş xidməti təchizatçısını dərhal məlumatlandırmaq.
İstifadəçi, ödəniş xidmətləri üzrə təqdim olunan əməliyyatlar, bonuslar, hədiyyələr, imkanlar və bunlarla məhdudlaşmadan hər hansı imtiyaz və üstünlüklərdən (bundan sonra Bonus) istifadə edən və faydalanan zaman heç bir ▇▇▇▇▇ ▇▇▇-istifadəyə yol vermir, vergidən yayınmır, dələduzluq və ya hər hansı cinayətkar məqsədlə istifadə etmir. Təchizatçı, özünün nəzarət mexanizmi ilə istənilən sui-istifadə halını aşkarladığı zaman Maliyyə xidmətlərinin göstərilməsini tamamilə və ya qismən bloklaşdıra, tətbiq olunmuş hər-hansı Bonusu ləğv edə və ya azalda, və ya Müqaviləyə xitam verə bilər.
Ödəniş ▇▇▇▇▇▇▇ ▇▇▇▇ şərtlər
Bu Müqavilənin şərtlərini qəbul etməklə “PAŞA Bank” ASC-nin emissiya etdiyi istifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kart (Kart) sifariş verdiyinizi təsdiq edirsiz. Bu Kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi bu Kart üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdən (hal-hazırda bu məbləğ 15000 (on beş min) manat təşkil edir, qanunvericiliyə uyğun olaraq artıb-azala bilər) və ya onun ekvivalentində xarici valyutadan ▇▇▇ ▇▇▇ bilməz. Kart üzrə müəyyən olunan limit tam olaraq istifadə olunduqdan sonra, İstifadəçi Tətbiq vasitəsi ilə, orada göstərilmiş qaydada yeni Kart sifariş edə bilər. Yeni Kart da bu Müqavilədə qeyd olunan qaydada və şərtlərlə istifadə olunur. Kart yenilənmədiyi halda, ondan istifadə dayandırılır.
Kartlar mövcud funksional və Sizin seçiminizdən asılı olaraq fiziki və ya rəqəmsal formada emissiya edilə bilər. Fiziki formada emissiya edilmiş Kart ayarlar bölümündə qeyd olunan müddət ərzində Sizə təqdim ediləcək. Rəqəmsal formada emissiya edilmiş Kart qısa müddət ərzində tətbiqdə əks olunur.
Kart Azərbaycan Respublikasının nağdsız hesablaşmalar haqqında qanunvericiliyinin tələblərinə ▇▇▇▇ ▇▇▇▇ və/və ya sahibkarlıq (kommersiya) məqsədləri üçün istifadə edilə bilməz.
Kart üzrə texniki overdraft - yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, Kart üzrə cərimə faizləri tətbiq oluna bilər. Cərimə faizləri və tətbiq olunma qaydası Saytda Kart məhsuluna dair məlumatlar bölümündə qeyd olunur.
Kart üzrə hər-hansı məbləğ İstifadəçinin hesabına səhvən köçürüldükdə, o bu barədə dərhal Təchizatçını məlumatlandırmalı və həmin vəsaitdən istifadə etməməlidir.
Kartın istifadə şərtləri, tariflər barədə məlumatlar Saytda Kart məhsuluna dair məlumatlar bölümündə qeyd olunur və Kartı sifariş edən zaman İstifadəçi bu şərtlərlə ▇▇▇▇▇ olub onları qəbul etmiş olur.
İstifadəçi, Kart üzrə Ödəniş xidmətlərinə dair bütün şərt və məlumatları Saytda müvafiq məlumatlar bölümündə əldə edir. İstifadəçi, Kart üzrə xidmətlərdən istifadə edərkən qüvvədə ▇▇▇▇ şərtlər və haqlar barədə məlumatı Saytdan əldə edir.
İstifadəçi, mövcud ▇▇▇▇ hər bir Ödəniş xidməti üzrə ayrıca Müqavilə imzalamadan, hər birinin şərtlərini Tətbiqin müvafiq bölümündən əldə edib, qəbul edərək razılıq verməklə istifadə edir.
İstifadəçi, Kartı ilə bağlı xidmətin göstərilməsi üçün təqdim edilən hər-hansı sənəd və məlumatlarda baş vermiş dəyişikliklər barədə dərhal müvafiq təsdiqedici sənədləri qoşmaqla Təchizatçıya təqdim edir.
Kreditə dair şərtlər
Təchizatçı, İstifadəçiyə, qanunvericilikdə nəzərdə tutulan qaydada və şərtlərlə kredit xidmətini təklif edə bilər. Kredit məhsulunun şərtləri xidmət İstifadəçiyə təqdim olunanda ayrıca imzalanır və bu Müqaviləyə əlavə hesab olunur. Bu bəndin məqsədləri üçün imzalanma dedikdə, elektron imza, digər eyniləşdirmə metod və vasitələri, elektron və ya mobil (OTP) təsdiq və ya bununla məhdudlaşmayan hər hansı təsdiq vəsitəsi nəzərdə tutulur.
İstifadəçi təsdiqi
Siz qəbul edir və razılaşırsınız ki, Tətbiqə çıxış və ondan istifadə üçün bütün telekommunikasiya vasitələrinin, geniş- zolaqlı çıxış və kompüter texnikasının, avadanlıqların və xidmətlərin alınmasına və saxlanılmasına, həmçinin bununla bağlı bütün ödənişlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyırsınız.
Siz qəbul edir və təsdiq edirsiniz ki, ▇▇▇▇▇▇ əsasında şəxsiyyətiniz eyniləşdirildikdən sonra sifariş edəcəyiniz xidmətlər yalnız sizin tərəfinizdən sifariş olunmuş hesab ediləcək.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Sizə bu tətbiq üzərindən göstərilən xidmətlərin mahiyyətindən irəli gələrək Sizə aid kart məlumatları, kart üzrə aparılan əməliyyatlar barədə məlumatlar Bank tərəfindən Bizə təqdim ediləcək. Siz qəbul edir və təsdiq edirsiniz ki, Ödəniş xidmətlərindən istifadə üçün Tətbiqdə və/və ya Saytda qeyd olunan şərt və tariflərlə ▇▇▇▇▇ olub onları qəbul edirsiniz.
Siz qəbul edir və təsdiq edirsiz ki, heç bir halda Tətbiqə daxil olmaq üçün istifadəçi şifrəsini digər şəxslərə verməyəcəksiz, onlara bu şifrəni əldə etmək və ya digər üsulla Tətbiqə çıxışlarına şərait yaratmayacaqsız.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Tətbiqdən istifadə etməyə başlayarkən özünüzə aid fərdi məlumatların müxtəlif məlumat bazalarından (Elektron Hökümət Portalı, SİMA və digərləri) və digər mənbələrdən toplanılmasına, saxlanmasına, işlənilməsinə, verilməsinə və transsərhəd ötürülməsinə razılıq verirsiz.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Ödəniş hesabı barədə məlumatlarınız Sizin müvafiq təsdiqinizlə (OTP) “Azercell Telekom” MMC-nın Kabinetim tətbiqində əks olunması üçün sonuncuya təqdim oluna bilər.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Tətbiqdən istifadə edərək Ödəniş hesabının və/və ya Ödəniş kartının açılması və/və ya digər ödəniş xidmətlərindən istifadə üçün müraciəti etdiyiniz zaman Təchizatçı tərəfindən aşağıdakıların hər dəfə əldə edilməsinə razılıq verirsiniz:
- SİMA Portalından şəxsiyyət vəsiqəsi (ad, soyad, ata adı və FİN) və iş yeri barədə məlumatlarının sorğulanaraq alınmasına, toplanmasına, işlənməsinə və zəruri olduqda Kartı emissiya edən banka ötürülməsinə;
Siz qəbul edir və təsdiq edirsiniz ki, ▇▇▇▇▇▇▇▇▇ istifadə edərək kredit üçün müraciəti etdiyiniz zaman ▇▇▇▇▇▇▇▇▇▇ və/və ya bank tərəfindən aşağıdakıların hər dəfə əldə edilməsinə razılıq verirsiniz:
“Azərbaycan Kredit Bürosu” MMC-dən (bundan sonra “Kredit Bürosu”) kredit tarixçəniz haqqında məlumatların alınmasına;
Haqqınızda toplanan məlumatların Kredit Bürosuna təqdim edilməsinə;
Müvafiq məlumatlarınızın Kredit Bürosu tərəfindən transsərhəd ötürülməsinə;
Məlumatların “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3. maddəsində nəzərdə tutulmuş hallarda başqa kredit bürosuna ötürülməsinə;
Məlumatın saxlanma müddəti başa çatdıqdan və ya kredit tarixçəsi subyektinin ölümündən sonra Kredit Bürosu tərəfindən arxivləşdirilməsinə;
Ödəmə qabiliyyətinizin və borc öhdəlikləriniz üzrə icra intizamınızın Kredit Bürosu tərəfindən qiymətləndirilməsi və fərdi kredit reytinqlərinin verilməsinə.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Tətbiq vasitəsilə ilə hər hansı xidmət üçün müraciət etdikdə, ▇▇▇▇▇▇▇▇▇▇▇▇▇ və/və ya xidməti icra edən bankın müəyyən etdiyi xidmət haqqı sizin qeyd etdiyiniz (edəcəyiniz) Ödəniş hesabından akseptsiz qaydada tutulacaq. Tutulmuş xidmət haqları heç bir ▇▇▇▇▇ ▇▇▇▇ qaytarılmır (6.15-ci bənddə qeyd olunan hallar istisna olmaqla). Müvafiq hesabda yetərli vəsait olmadığı təqdirdə isə xidmət göstərilməsindən imtina olunur.
Siz qəbul edir və təsdiq edirsiniz ki, yeni Kart sifarişini Tətbiqdə nəzərdə tutulan qaydada və müvafiq təsdiq funksiyasından istifadə edərək icra edəcəksiniz, əks halda Kartınızın istifadəsi dayandırılacaq.
Siz qəbul edir və təsdiq edirsiniz ki, ▇▇▇▇▇▇ vasitəsilə kredit üçün müraciət edildikdə, onun şərtləri ilə tələb olunan qaydada ▇▇▇▇▇▇ ▇▇▇▇▇ olacaq və şərtləri nəzərdə tutulan eyniləşdirmə vasitəsindən istifadə etməklə (OTP təsdiq, elektron imza və s.) qəbul edəcəksiniz, əks halda müraciətiniz ləğv olunacaq.
Siz qəbul edir və təsdiq edirsiniz ki, müqavilələrin, ərizələrin, kartların, digər sərt məlumat daşıyıcıların və ya alətlərin poçt və/və ya kuryer vasitəsilə sizə çatıdırlmasına razılıq verirsiniz.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Təchizatçı tərəfindən hər hansı məhdudiyyətlər tətbiq edilmədiyi halda siz hazırkı Tətbiqin funksionalından və imkanlarından tam şəkildə istifadə edə bilərsiniz.
Tətbiqə çıxışı seçdikdə, siz bunu öz təşəbbüsünüz və öz riskiniz əsasında edirsiniz və siz bu zaman bütün qüvvədə ▇▇▇▇ qanunlara, qayda və təlimatlara riayət etməlisiniz.
Siz qəbul edir və təsdiq edirsiniz ki, hazırkı Müqavilə (ona gələcəkdə edilən bütün əlavə və dəyişiklikləri ilə birlikdə) çərçivəsində Sizə Təchizatçı tərəfindən qeyd olunanlardan hər hansı birinin, və ya bir neçəsinin edilməsi yazılı
xəbərdarlıq/bildiriş hesab olunur: Saytda yerləşdirilmiş məlumat, Tətbiq üzərindən bildiriş, mobil nömrəyə bildiriş, SMS göndərilməsi, zəng edilməsi, elektron poçt ünvanı (e-mail) və ya poçtla göndərilən məktub.
Müqavilənin qüvvəyə minməsi
Müqavilə, İstifadəçinin onu qəbul etdiyi tarixdən qüvvəyə minir və elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilmiş hesab olunur. Belə ki, İstifadəçi bu Müqaviləni imzalamaq və sorğunun şəxsən özü tərəfindən gəldiyini aydın şəkildə müəyyənləşdirmək üçün Tətbiq vasitəsi ilə təqdim olunan elektron təsdiq və/və ya identifikasiya vasitələrindən istifadə edir. Bundan sonra Müqavilə və Maliyyə xidmətlərinə ediləcək bütün əlavə və dəyişikliklərin Tətbiq vasitəsilə qəbul edilməsi İstifadəçinin imzasına bərabər tutulmaqla, özü tərəfindən imzalanmış hesab olunacaq.
Müqavilə qeyri-müəyyən müddətdə bağlanılır.
Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi
Müqavilə şərtlərində hər hansı dəyişikliklər haqqında məlumatı Təchizatçı bu dəyişikliklərin tətbiq ediləcəyi tarixdən azı 30 (otuz) gün əvvəl İstifadəçini bu barədə Saytda və/və ya Tətbiqdə yazılı qaydada məlumat yerləşdirməklə xəbərdar edir. Bu müddətdə Ödəniş xidməti istifadəçisi bu dəyişikliklərlə bağlı öz etirazını bildirmədikdə, bu dəyişikliklər Ödəniş xidməti istifadəçisi tərəfindən qəbul olunmuş hesab edilir. İstifadəçi Müqavilə ilə müəyyən olunan əlavə və/və ya dəyişikliklər ilə razı olmadıqda, qeyd olunan xidmətin göstərilməsinə Təchizatçı qarşısında mövcud öhdəliklərini (olduğu təqdirdə) icra etməklə xitam verə bilər.
Müqavilənin əlavə və/və ya dəyişiklikləri və onun bütün redaksiyaları Təchizatçının Saytında yerləşdirilir və İstifadəçi Müqaviləyə əlavə və/və ya dəyişikliklər ilə ▇▇▇▇▇ olmağı öz öhdəsinə götürür. İstifadəçi, istənilən zaman Müqavilənin bütün mövcud və qüvvədə olmuş versiyaları ilə Təchizatçının Saytında ▇▇▇▇▇ ▇▇▇ bilər.
Müqavilədə istinad olunmuş valyuta mübadiləsi məzənnəsində və Bonuslarda edilən dəyişikliklər xəbərdarlıq müddəti tətbiq edilmədən qüvvəyə minir.
İstifadəçi, Müqavilənin mövcud əvvəlki versiyaları ilə Saytda ▇▇▇▇▇ ▇▇▇ bilər.
Müqavilənin ləğv edilməsi
İstifadəçi 30 (otuz) gün əvvəl Ödəniş xidməti təchizatçısına bildiriş verməklə müqaviləni birtərəfli ləğv edə bilər (təchizatçısının ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyətinə xitam verildiyi hallarda həmin tarixdən).
Müqavilənin 3.6. bəndində qeyd olunan xitam hallarına əlavə olaraq, Təchizatçı, öz mülahizəsinə uyğun olaraq, istənilən vaxt istənilən səbəbdən və ya səbəbsiz olaraq, əvvəlcədən bildiriş göndərməklə və ya göndərmədən hazırkı Müqaviləni dayandıra və ya ləğv edə bilər. Müqavilənin 3.6. bəndində sadalananlardan başqa, Təchizatçı tərəfindən birtərəfli qaydada ləğv üçün əsas aşağıdakılardan biri və ya bir neçəsi ola bilər:
Hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edildikdə;
Hesabdan sahibkarlıq (kommersiya) fəaliyyəti ilə bağlı istifadə edildikdə;
Hesab üzrə 1 (bir) il ərzində Ödəniş xidmətləri üzrə hər-hansı əməliyyat aparılmadıqda;
İstifadəçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədiyi, İstifadəçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduğu və/və ya İstifadəçinin Hesab üzrə apardığı əməliyyatların mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün olmadığı hallarda.
İstifadəçinin təqdim etdiyi məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar aşkarlandıqda.Müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab olunan hər hansı bir müddəasına riayət edilmədiyi təqdirdə, Təchizatçı tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən, Müqavilə dərhal ləğv edilir.
Hazırkı Müqaviləni ləğv etdikdən sonra İstifadəçi Tətbiqdən istənilən şəkildə istifadəni dayandırmalı və aldığı və ya başqa şəkildə əldə etdiyi müşayiətedici sənədləşmə (və onun istənilən nüsxəsi) ilə birgə Tətbiqin bütün nüsxələrini Cihazından silməlidir.
Tətbiqin Cihazdan silinməsi, hazırkı Müqavilənin ləğv edilməsi üçün əsas deyil.
Müqavilə ləğv edilənədək Ödəniş xidməti istifadəçisi istifadə etdiyi Ödəniş xidmətlərinə görə yaranmış xərcləri
ödəməlidir.
Məxfilik
Tətbiqin daxilində digər internet saytlara keçid linkləri ola bilər. Təchizatçı bu cür internet saytlarının məzmununa və məxfilik siyasətinə görə məsuliyyət daşımır, belə ki, həmin saytlar Təchizatçı tərəfindən idarə olunmur. Bu səbəbdən, qeyd edilən internet səhifələrin Məxfilik Siyasətinin İstifadəçi tərəfindən nəzərdən keçirilməsi zəruridir.
Təchizatçı, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq, İstifadəçiyə dair şəxsi, məxfi məlumatı toplaya, emal edə, istifadə edə və ya üçüncü tərəflərə ötürə bilər.
Təchizatçı həmçinin, Tətbiq vasitəsilə istifadəsini asanlaşdırmaq, təkmilləşdirmək və ya daha da keyfiyyətli etmək, həmçinin ünvanlı xidmətlərin təqdim olunması üçün Tətbiqdən istifadəyə dair (fərdi məlumat hesab olunmayan) statistik, geolokasiya kimi məlumatları da toplaya, emal edə, istifadə edə və ya üçüncü tərəflərə ötürə bilər.
Mülkiyyət hüququ
Təchizatçı qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, Tətbiqə dair qanunvericiliklə qorunan və bizə məxsus ▇▇▇▇ və ya bizim tərəfimizdən lisenziyalaşdırılan bütün maraqları, əqli mülkiyyət, sahiblik hüquqlarını və adları, həmçinin Tətbiqin bütün nüsxələrini, o cümlədən Tətbiqlə ▇▇▇▇▇ ▇▇▇▇, ▇▇▇▇▇ bunlarla məhdudlaşmayan, kompüter kodu, sənəd və sənədləşmə, müəllif hüquqları, patentlər, ticarət nişanları, kommersiya sirri, ticarət adları, digər adlar, simvollar, işarələr, ifadələr, konsepsiyalar, ixtiranın xarakteri, obrazın xarakteri, dialoq, ayarlar, süjet xətti, mövzular, animasiya, audiovizual effektlər, səs effektləri, musiqi işləri və iş metodları və sair kimi əqli mülkiyyət ("Nişanlar") üzərində sahiblik hüququnu özündə saxlayır. Tətbiq Azərbaycan Respublikasının müəllif hüquqlarına dair qanunvericiliklə, beynəlxalq müqavilələr, konvensiyalar və bütün dünyada tətbiq edilən digər qanunlar ilə qorunur.
Bilavasitə Təchizatçı tərəfindən verilmiş yazılı razılıq olmadan (istənilən səbəbdən bu cür razılığın verilməsindən imtina etmək hüququmuz vardır), istənilən Nişanı reklamda və ya kommersiya xarakterli istənilən yayımda istifadə etməyə yol verilmir.
Üçüncü tərəf (kənar) Tətbiq təminatı
Hazırkı Tətbiq üçüncü tərəfin təmin etdiyi tətbiq təminatını (“Üçüncü tərəf Tətbiq təminatı”) daxil etdiyi təqdirdə, Müqavilə ilə Sizə hər hansı bir lisenziya, hüquq, mülkiyyət hüququ və ya digər maraqlar verilmir və ötürülmür. Tətbiq təminatından istifadə etməniz üçün Sizdən sizinlə üçüncü tərəf arasında müqavilə bağlanmaqla Üçüncü tərəf Tətbiq təminatından yararlanmağı tələb edə bilər. Üçüncü tərəfin Tətbiq təminatına dair razılaşmanın şərtlərilə razı olub-olmamaq Sizin ixtiyarınıza buraxılır. Təchizatçı Üçüncü tərəf Tətbiq təminatına dair heç bir bəyanat və ya zəmanət vermir. Siz bununla razılaşır və qəbul edirsiniz ki, Təchizatçı Üçüncü tərəf Tətbiq təminatı ilə bağlı heç bir birbaşa və ya dolayı şikayət, itki və ya ziyana görə məsuliyyət daşımır.
Yekun müddəalar
Bu Müqavilə Tərəflər arasında Müqavilənin predmetinə dair bağlanmış bütöv razılaşmanı ifadə edir və bundan əvvəl istər yazılı, istərsə də şifahi formada ifadə edilmiş istənilən və bütün razılaşmaları, bildirişləri, bəyanatları və öhdəlikləri əvəz edir.
Hazırkı Müqavilənin istənilən müddəası qanuni qüvvədən düşmüş və ya etibarsız sayılarsa, sözügedən müddəa qüvvədə ▇▇▇▇ qanunvericiliyə uyğun olaraq dəyişdirilən müddəanın məqsədlərinə maksimal dərəcədə ▇▇▇▇▇ ▇▇▇▇ müddəa ilə əvəz və şərh ediləcəkdir, Müqavilənin digər müddəaları isə tam hüquqi qüvvəsində qalmaqda davam edəcəkdir.
Təchizatçı tərəfindən Müqavilədə əks olunan istənilən hüququn həyata keçirilməməsi və ya müdafiə edilməməsi Təchizatçının həmin hüquqdan imtina etməsi anlamına gəlmir.
Təchizatçı hüquqlarını istənilən vaxt istənilən üçüncü tərəfə sizə öncədən bildiriş göndərmədən ötürə bilər. ▇▇▇▇▇ sizin hazırkı Müqaviləni yaxud bu Müqavilə ilə bağlı hər hansı bir hüquq və öhdəliklərinizi bizim öncədən verilmiş yazılı razılığımız olmadan ötürməyə hüququnuz yoxdur və hazırkı müddəanın şərtlərini pozaraq istənilən bu cür ötürmə cəhdi etibarsız və hüquqi qüvvəsi olmayan hesab edilir.
Müqavilənin dilində hər-hansı texniki səhvlərin mümkünlüyü yolveriləndir. Bu zaman təkcə Müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə Müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınır.
Tənzimləyən qanunvericilik və yurisdiksiya
Hazırkı Müqavilə Beynəlxalq Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair Konvensiyası və kolliziya normaları ilə bağlı prinsiplər istisna olmaqla, müstəsna olaraq, Azərbaycan Respublikasının ▇▇▇ ▇▇▇▇ tətbiq olunan qanunvericiliyi ilə tənzimlənir. Bununla siz Azərbaycan Respublikası məhkəmələrinin qeyri-müstəsna yurisdiksiyasına tabe olursunuz. Hazırkı Müqavilənin istənilən müddəası etibarsız, qanunsuz və ya istənilən şəkildə hüquqi qüvvədən düşmüş hesab edildiyi təqdirdə, sözügedən müddəa hazırkı Müqavilədən ayrılaraq onun qalan bütün müddəalarının etibarlılığına və hüquqi qüvvədə qalmasına təsir etməyəcəkdir.
Təchizatçı bu Tətbiqi Azərbaycan Respublikasında idarə edir, nəzarətdə saxlayır. Təchizatçı, Azərbaycan Respublikasından fərqli ▇▇▇▇ istənilən ölkədə Tətbiqin istifadəsinin uyğun və ya əlçatan olacağına dair heç bir bəyanat və ya zəmanət vermir.
Müraciətlərə baxılması və mübahisələrin həlli
Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə ödəniş xidməti istifadəçisini məlumatlandırır.
Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə ödəniş xidməti istifadəçisinə məlumat verir.
Ödəniş xidməti təchizatçısına şikayətin verilməsi ödəniş xidməti istifadəçisinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
Əlaqə məlumatları
Tətbiqə və ya hazırkı Müqaviləyə dair hər hansı bir sualınızın yaranacağı, şərhə ehtiyacınız olacağı, yaxud müraciət və şikayətlərin edilməsi üçün Təchizatçı ilə ▇▇▇▇▇-▇▇@▇▇▇▇▇.▇▇ e-mail ünvanı, *3443 telefon nömrəsi və/və ya AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 149 ünvanı ilə poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Classification: Public
