Sığorta məbləğinin müəyyən edilməsi Nümunə Maddələri
Sığorta məbləğinin müəyyən edilməsi. Soya bitkisinin sığortası üzrə sığorta məbləği bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçir. (Cədvəl 1) Sığorta məbləği məhsulun sığortalandığı maksimal məbləğdir. Cədvəl 1 Məhsuldarlıq (ha/▇▇▇▇▇▇▇) Qiymət (▇▇▇▇▇▇▇/AZN) Sığorta məbləğinin müəyyən edilməsi üçün aşağıdakı məlumatlardan istifadə edilir: - Əkin aparılmış ərazinin sahəsi (hektar, sot) - 1 hektar (kiçik sahələrdə - sot) əkin sahəsindən gözlənilən məhsuldarlıq miqdarı (▇▇▇▇▇▇▇) - 1 ▇▇▇▇▇▇▇ məhsulun bazar qiyməti Sığorta məbləği aşağdakı düsturla hesablanır (▇▇▇▇▇ ▇▇▇▇ hektar qeyd edilib): - Ağcbədidə əkin sahəsi – 1 hektar - 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 20 ▇▇▇▇▇▇▇ - 1 ▇▇▇▇▇▇▇ məhsulun bazar qiyməti – 80 manat Sığorta məbləği = 1 x 20 x 80 = 1 600 manat
Sığorta məbləğinin müəyyən edilməsi. 6.1. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsində ümumi sığorta məbləği və sığortalanan hər baş heyvan üçün sığorta məbləği göstərilir. Ümumi sığorta məbləği sığortalanan heyvanların sayı və bazar qiymətləri, sığortalanan hər baş heyvan üçün sığorta məbləği isə həmin heyvanın bazar qiyməti nəzərə alınaraq hesablanır. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanan heyvanın bazar qiyməti sığortalı tərəfindən sığorta müqaviləsinin bağlanması üçün müraciət edildikdə iqlim, qulluq və bazar şəraiti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra – ▇▇▇▇) tərəfindən bu Şərtlərin 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir və müstəqil ekspert tərəfindən ▇▇▇▇▇▇ qiymətləndirilməsi nəticəsinə uyğun olaraq müəyyən edilir. Sığorta predmeti 3 Qala cinsi qoyunun 1 ədədinin dəyəri 300 manat 2 Alpin cinsi keçinin 1 ədədinin dəyəri 450 manat Cəmi Sığorta məbləği: 300*3+450*2= 1 800 manat
Sığorta məbləğinin müəyyən edilməsi. 6.1. Qarpız bitkisinin sığortası üzrə sığorta məbləği bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçir. (Cədvəl 1) Sığorta məbləği məhsulun sığortalandığı maksimal məbləğdir. Cədvəl 1 Məhsuldarlıq (ha/▇▇▇▇▇▇▇) Qiymət (▇▇▇▇▇▇▇/AZN) Minimum 150 10 Maksimum 1000 100 Sığorta məbləğinin müəyyən edilməsi üçün aşağıdakı məlumatlardan istifadə edilir: - Əkin aparılmış ərazinin sahəsi (hektar, sot) - 1 hektar (kiçik sahələrdə - sot) əkin sahəsindən gözlənilən məhsuldarlıq miqdarı (▇▇▇▇▇▇▇) - 1 ▇▇▇▇▇▇▇ məhsulun bazar qiyməti Sığorta məbləği aşağdakı düsturla hesablanır (▇▇▇▇▇ ▇▇▇▇ hektar qeyd edilib): - Sabirabadda əkin sahəsi – 1 hektar - 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 150 ▇▇▇▇▇▇▇ - 1 ▇▇▇▇▇▇▇ məhsulun bazar qiyməti – 10 manat Sığorta məbləği = 1 x 150 x 10 = 1 500 manat
Sığorta məbləğinin müəyyən edilməsi. Sığorta məbləği sığorta müqaviləsinə əsasən, sığortalı tərəfindən seçilmiş tibbi sığorta proqramına uyğun olaraq müəyyənləşdirilir.
Sığorta məbləğinin müəyyən edilməsi. Akvakultura məhsullarının sığortası üzrə sığorta məbləği sığortalı tərəfindən bu Şərtlərin 2 nömrəli əlavəsində müəyyən edilmiş formada tərtib edilmiş akvakultura müəssisələrinin illik akvakultura məhsullarının yetişdirilməsi planında göstərilən ən yüksək aylıq göstəricinin dəyər məbləğidir.
