MÜDAFİƏ Nümunə Maddələri

MÜDAFİƏ. Sığortaçı Sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Sığortaçı Sığortalıyla birlikdə, müqaviləyə əsasən qismən və ya tamamilə ödənilməli xxxx iddianın müdafiə olunmasında və ona nəzarət prosesində iştirak etmə hüququna malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır. Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
MÜDAFİƏ. 24.1. Sığortaçı sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Xxxxx, Xxxxxxxxx sığortalıya ilə birlikdə, müqaviləyə asasən qismən və ya tamailə ödənilməsli xxxx iddianın müdafiə olunmasında və ona nəzarət prosesində iştirak etmə hüququna malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır. Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
MÜDAFİƏ. Sığortalıya qarşı yuxarıdakı Xxxxx X, Bölmə 1-in şamil edildiyi İddia irəli sürüldükdə, Sığortaçının əsassız, yalan və ya saxta olduğu halda belə hüquq məsləhətçiliyi təyin etmək və həmin İddianı müdafiə etmək hüququ var. Hər hansı tətbiq olunan azadolma məbləğləri Sığortalı tərəfindən ödənildikdə, İddia Xərcləri Sığortaçı tərəfindən ödənilir və həmin ödənişlər əlverişli Məsuliyyət Limitini azaldır. İddia Xərcləri və ya İtki və ya hər ikisi üçün ödəniş etməklə tətbiq olunan Məsuliyyət Limiti dolduqdan sonra Sığortaçı hər hansı İddianı müdafiə etmək və ya müdafiəsini davam etdirmək öhdəliyi daşımır. Qanunla Sığortalının Sığortaçının hesabına özünü müdafiə etmək üçün müstəqil hüquq məsləhətçisini seçmək hüququ olduqda, Sığortaçının həçmin hüquq məsləhətçisinə ödəməli olduğu vəkil haqları və digər məhkəmə prosesi xərcləri Sığortaçının adi işgüzar fəaliyyət ərzində İddianın ortaya çıxdığı və ya müdafiə olunduğu cəmiyyətdə bənzər İddiaların müdafiəsində cəlb etdiyi hüquq məsləhətçisinə faktiki ödəniləcək xxxxx ilə məhdudlaşır. Bundan başqa, Sığortaçı hüquq məsləhətçisinin səlahiyyətlər, o cümlədən Sığortalıya qarşı həlli gözlənilməkdə xxxx İddiaya bənzər İddiaların müdafiə olunmasında müəyyən minimum ixtisasa malik olmasını tələb etmək və həmin hüquq məsləhətçisində səhvlər və ötürmələrin sığorta təminatı olmasını tələb etmək hüququnu icra edə bilər. Hər hansı bu kimi hüquq məsləhətçisi ilə əlaqədar olaraq, Sığortalı hüquq məsləhətçisinin İddia ilə bağlı Sığortaçının informasiya sorğusuna vaxtında cavab verəcəyi ilə razılaşır. Bundan başqa, Siğortalı istənilən vaxt imzalanmış razılığı ilə müstəqil hüquq məsləhətçisini seçmək hüququndan müstəqil və tam imtina edə bilər.

Related to MÜDAFİƏ

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15