Müdafiə xərcləri tərifləməsi

Müdafiə xərcləri termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə ödəmələr, apelyasiyaya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verdikdən sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. “Müdafiə xərcləri”- nə işçilərin əmək haqları ilə bağlı xərclər, adətən Sığortalı tərəfindən əvvəlcədən ödənilən vəkil qonorarı və Sığortalının ofis xərcləri daxil edilmir.
Müdafiə xərcləri. Sığorta şəhadətnaməsinə başqa cür nəzərdə tutulmamışdırsa, Sığortalı tərəfindən və ya onun adından Sığortaçının əvvəlcədən verilmiş yazılı razılığı (verilməsi əsassız olaraq rədd edilə və ləngidilə bilməz) ilə çəkilən, iddia ilə əlaqədar istintaq, müdafiə və ya apelyasiya üçün və ya iddia ilə əlaqədar digər əsaslandırılmış və zəruri tədbirlərin görülməsi üçün tələb olunan əsaslandırılmış və zəruri xərcləri, məsrəfləri, ödənişləri və haqları bildirir. Müdafiə xərclərinə məhkəməyə gəliş üçün zəmanət verilməsi ilə, apelyasiya üzrə əks tərəfin çəkdiyi xərclərin əvəzinin ödənilməsinə zəmanət öhdəliyi ilə, əmlaka həbs qoyulması ilə əlaqədar zərərlərin əvəzinin ödənilməsinə zəmanətlə bağlı xərclər daxildir (hər hansı belə zəmanət üçün müraciət etmək və ya ərizə vermək öhdəliyi istisna olmaqla). Müdafiə xərclərinə hər hansı direktorun (rəhbər işçinin) əmək haqları, maaşları, yaxud, başqa ödənişləri, və ya şirkətin hər hansı daxili xərcləri və ya məsrəfləri daxil deyildir. Müdafiə xərclərinə sığortanın şamil olunduğu iddianın müdafiəsi ilə bağlı qiymətləndirmə aparmaq, hesabat hazırlamaq, dəlilləri yoxlamaq, müayinə etmək və ya əks dəlillərlə təkzib etmək üçün Sığortalının adından Sığortaçı tərəfindən akkreditasiyalı ekspert qismində təsdiqlənmiş vəkil üçün ödənilən əsaslandırılmış xərclər, məsrəflər, ödənişlər və xidmət haqları daxildir.
Müdafiə xərcləri. Sığorta şəhadətnaməsinə başqa cür nəzərdə tutulmamışdırsa, Xxxxxxxxx tərəfindən və ya onun adından Sığortaçının əvvəlcədən verilmiş yazılı razılığı (verilməsi əsassız olaraq rədd edilə və

Examples of Müdafiə xərcləri in a sentence

  • Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.

Related to Müdafiə xərcləri

  • Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

  • Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

  • Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

  • Azadolma məbləği Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur

  • Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  • Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  • Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

  • Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

  • Xxxxxxxxxx şəxs sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;

  • Sığortaçı sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;

  • Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;