Zəmanət müddəti tərifləməsi

Zəmanət müddəti məhsulun (işin nəticəsinin, xidmətin) gizli çatışmazlıqlarının aşkar olunması üçün istehsalçı (icraçı) tərəfindən müəyyən olunmuş müddət, bu müddət ərzində istehlakçı qanunvericiliklə nəzərdə tutulmuş tələbləri irəli sürə bilər. İstehsalçı (icraçının) müəyyən etdiyi zəmanət müddəti olmadıqda, qüvvədə xxxx qanunvericiliklə müəyyən olunmuş müddət tətbiq olunur. Zəmanət müddəti malın istehlakçıya satıldığı (işin, xidmətin nəticəsinin qəbul edildiyi) gündən, bu tarix müəyyən edilə bilmədikdə - istehlakçı üçün malın istehsal olunduğu və ya işin (xidmətin) icrasının bitdiyi gündən başlayır. Əgər mal nümunə üzrə (poçt vasitəsilə) satıldıqda, zəmanət meddəti mal istehlakçıya çatdırıldığı tarixdən; mövsümlük məhsullar üçün zəmanət müddəti istehlakçı tərəfindən istifadə olunacaq yerin iqlim şəraitindən asılı olaraq, müvafiq mövsümün başlandıqda, başlayır. Malın xüsusi quraşdırılması tələb olunursa, zəmanət müddəti onun qoşulduğu və ya quraşdırıldığı gündən etibarən başlayır.

Related to Zəmanət müddəti

  • Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

  • Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

  • Azadolma məbləği Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur

  • Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  • Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

  • Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

  • Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

  • Xxxxxxxxxx şəxs sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;

  • Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  • Sığortaçı sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;

  • Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;