MÜNDƏRİCAT
MÜNDƏRİCAT
MÜNDƏRİCAT | 2 |
SIĞORTA SİNFİ | 3 |
ÜMUMİ ANLAYIŞLAR | 3 |
ÜMUMİ MÜDDƏALAR | 4 |
Maddə 1. SIĞORTA TƏMİNATI | 4 |
Maddə 2. SIĞORTA MÜQAVİLƏSİ | 4 |
Maddə 3. SIĞORTA RİSKLƏRİ | 4 |
Maddə 4. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR | 4 |
Maddə 5. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ | 5 |
Maddə 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ | 5 |
Maddə 7. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ | 8 |
Maddə 8. SIĞORTA MƏBLƏĞİ | 9 |
Maddə 9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ | 9 |
Maddə 10. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 10 |
Maddə 11. AZADOLMA MƏBLƏĞİ | 10 |
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR | 11 |
Maddə 13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI | 11 |
Maddə 14. SIĞORTALIYA XİDMƏT GÖSTƏRİLMƏSİNİN QAYDASI VƏ ŞƏRTLƏRİ | 12 |
Maddə 15. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ | 13 |
Maddə 16. XXXXXXX HAQQINDA QEYD-ŞƏRT | 13 |
Maddə 17. XÜSUSİ ŞƏRTLƏR | 13 |
Maddə 18. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI | 14 |
Maddə 19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 14 |
SIĞORTALIYA (SIĞORTA OLUNANA GÖSTƏRİLƏN XİDMƏTLƏR) | 15 |
SƏFƏR SIĞORTASI ÜZRƏ TАRİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI | 16 |
SIĞORTA SİNFİ
Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü səfər sığortası sinfinə aiddir.
ANLAYIŞLAR
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığortaçı - sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığorta olunan - əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir.
Xxxxxxxxxx şəxs - sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
Sığortanın obyekti - xaricdə olduğu müddətdə fiziki şəxslərin həyat, sağlamlığı və digər itkilərlə bağlı əmlak mənafeləridir.
Sığortanın predmeti - xaricdə olduqları müddətdə həyatı, sağlamlıqları və digər itkiləri ilə bağlı əmlak mənafelərini sığortalanmış fiziki şəxslərdir.
Qismən sığorta - müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
⮚ Şərtli azadolma - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
⮚ Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta məbləği - Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Fərdi qəza (bədbəxt hadisə) - Sığortalının səhhətinin korlanması (pisləşməsi) və ya ölümü ilə nəticələnən, xəstəxana və ya ixtisaslı həkim müalicəsi tələb edən, bədən xəsarətinə (zədəyə) səbəb xxxx istənilən qəfil, gözlənilməz hadisə.
Qəfil xəstəlik – Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə meydana çıxan, sığortalının təcili olaraq tibb müəssisəsinə yerləşdirilməsini və ya tibb işçilərinin yardımını tələb edən və səyahətin davam etdirilməsinə mane xxxx xəstəlik.
Həyat üçün təhlükə - İnsan həyatını təhlükədə qoyan bədən xəsarəti və ya xəstəlik.
Servis xidməti – Sığortalının maraqları üçün xidmət göstərən, sığorta hadisəsi baş verdikdə sığortalıya, sığorta müqaviləsində adı göstərilən və həmin müqavilədə nəzərdə tutulan xidmətləri göstərən servis şirkəti.
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
Maddə 1. SIĞORTA TƏMİNATI
Bu Qaydalar əsasında bağlanan sığorta müqaviləsi ilə sığortaçı, Azərbaycan Respublikasından xarici ölkələrə səfər edən (ezamiyyə, turizm, işgüzar, qonaq və s. məqsədlə) hüquq və fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin ölkələrin ərazisində fərdi qəza (bədbəxt hadisə) və qəfil xəstəliklər və digər itkilər nəticəsində yaranan tibbi xərclərinin ödənilməsinə təminat verir.
Maddə 2. SIĞORTA MÜQAVİLƏSİ
2.1. Bu qaydalar əsasında bağlanılan sığorta müqaviləsinə görə 1 yaşdan 65 yaşa qədər Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər sığortalı (sığorta olunan) ola bilərlər. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, 65 yaşdan yuxarı vətəndaşlar, I və II qrup əlillər, sığortalı ola bilməzlər.
2.2. Sığorta müqaviləsinə görə sığorta hadisələri baş verərkən sığortaçı, seçilmiş sığorta proqramına (əlavə 1) müvafiq olaraq, əvvəlcədən ödənilmiş sığorta haqqı müqabilində servis xidməti vasitəsi ilə sığortalıya xidmət göstərilməsini təmin etməyi və bu xidmətə görə xxx xxxx ödəməyi öhdəsinə götürür.
Maddə 3. SIĞORTA RİSKLƏRİ
Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu müddət ərzində və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalıya (sığorta olunana) üz verən aşağıdakı hadisələr sığorta hadisəsi sayılır :
- fərdi qəza (bədbəxt hadisə);
- qəfil xəstəlik;
- yuxarıda göstərilən səbəblərdən sığortalının (sığortalının) ölümü.
Maddə 4. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR
4.1. Sığortaçı tətil, xarici təcavüz, hərbi əməliyyatlar (müharibə elan olunub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, qiyam, terrorizm, hakimiyyət çevrilişi, hərbi çevriliş, radiaktiv yoluxmalar, daşqın, zəlzələ və digər təbii fəlakətlər, epidemiya, ətraf mühitin çirkləndirilməsi və yaxud digər fors major vəziyyətlər zamanı sığortalıya yardım göstərməkdən imtina edilməsinə və ya gecikdirilməsinə görə məsuliyyət daşımır.
4.2. Sığortalının servis xidmətinin göstərişlərini yerinə yetirməkdən əsassız imtina etməsi onun sığorta hadisəsi üzrə yardım almaq və hazırki qaydalarda nəzərdə tutulan xərclərin əvəzini almaq hüququnu itirməsinə səbəb olur.
4.3. Sığorta hadisəsinə aşağıda sadalananlar aid edilmir :
a) Sığortalının xalq iğtişaşlarında, üsyanlarda, qiyamlarda, müharibələrdə və s. də iştirakı nəticəsində xəsarət xxxxxx;
b) Radioaktiv şüalanmanın birbaşa və ya dolayı təsiri nəticəsində alınan xəsarət və ya xəstəlik;
c) Sığorta müqaviləsi bağlanan tarixə qədərki son 6 ayda müalicə və stomatoloji müdaxilə (kömək) tələb etmiş xəstəliklər (Qeyd: əgər tibbi yardım həyatın xilas edilməsi, kəskin ağrının və ya əmək qabiliyyətinin uzun müddətli itirilməsinin qarşısını almaq üçün məcburi tibbi müdaxilə ilə əlaqədar olmuşdursa, bu məhdudiyyət tətbiq edilmir);
d) Hamiləliklə, doğuşla, onların mürəkkəbləşməsi və nəticələri, həmçinin abortlarla əlaqədar xərclər (Qeyd: bədbəxt hadisə və ya gözlənilməz xəstəlik nəticəsində hamiləliyin məcburi dayandırılması halları istisna olmaqla);
e) əsəbi və ya pisixi xəstəliklərdən (depresiya) ortaya çıxması və kəskinləşməsi;
f) kəskinləşmə və ya qəfil dekompensasiya zamanı həyatın xilas edilməsi üçün təcili yardım göstərilməsi halları istisna olmaqla, xroniki xəstəliklər. Böhrandan sonra müalicənin başa çatdırılmasına, müayinəyə, nəqliyata, repatriasiyaya çəkilən xərclər təminata daxil edilmir.
g) alkoqolik, narkotik və ya toksik sərxoşluq nəticəsində əmək qabiliyyətinin (tam və ya qismən) itirilməsi.
h) Sığortalının intiharı, intihara qəsdi, özünü qəsdən şikəst etməsi və ya xəstələnməsinə və ya zədələnməsinə səbəb xxxx hər hansı düşünülmüş hərəkəti;
i) zöhrəvi xəstəliklər, cinsi yolla keçən yolla keçən xəstəliklər, QİÇS (SPİD) və ya ona oxşar sindiromlar.
j) həvəskar səviyyədə avto-moto idman (avtomobil, motosklet və hər hansı mexaniki hərəkət vasitələri), hava idman növləri, alpinizm, sualtı üzgüçülüklə, speleologiya, döyüş idman növləri məşğul olma nəticəsində baş verən bədbəxt hadisələr.
k) əlavə tarif ödənilməsi halları istisna olmaqla peşəkar və ya həvəskar səviyyədə (yarışlar, təqdimatlar və məşqlər daxil olmaqla) idmanın aşagıdakı növləri ilə məşgul olma nəticəsində baş verən bədbəxt hadisələr:
İdmanın növü:
A Sinifi: yüngül atletika, kroket, qolf, gimnastika, üzgücülük (sualtı üzgüçülük istisna olmaqla), skvoş, tenis, atıcılıq.
B Sinifi basketbol, velosiped idmanı, həndbol, otüstü xokkey, (at qaçışı yarışları istisna olmaqla), su idman növləri (raftinq istisna olmaqla), voleybol, qılınc oynatma, suya tullanma.
C Sinifi: beysbol, futbol, Amerika futbolu, at qaçışı, su altı üzgücülük, raftinq, reqbi, speleologiya, polo, ağır atletika, qış idman növləri,
l) mərcdə, cinayətlərdə və dalaşmada (özünümüdafiə istisna olmaqla) iştirak nəticəsində baş verən bədbəxt hadisələr
4.4. Aşağıdakı hallarda təcili tibbi yardım göstərilməsi ilə əlaqədar xərclərin əvəzi ödənilmir və xidmətlər göstərilmir:
a) sığorta müqaviləsi qüvvəyə minənədək başlanmış müalicə kursları və həmçinin ixtisaslı həkimin həmin səyahətlə bağlı tibbi göstəriş verməsi;
b) hər hansı ekskursiya və digər mədəniyyət tədbirlərində iştirak etmək imkanının olmamasından Sığortalıya dəyən mənəvi zərər;
c) Servis şirkəti tərəfindən təşkil edilməyən hər hansı evakuasiya;
d) sanatoriya və ya istirahət evlərində olma;
e) qəfil xəstəlik və ya xəsarətlə əlaqədar olmayan tibbi müayinə və tibbi qulluq;
f) sünü mayalandırma, sonsuzlugun müalicəsi və mayalanmanın qarşısının alınması üçün çəkilən xərclər;
g) protez qoyma (göz və diş daxil olmaqla), protezlərin və ortopedik cihazların əldə edilməsi;
h) Sığortalının (sığorta olunanın) oldugu yerdə müalicə edilə bilən və onun səyahətini davam etdirməsinə maneçilik törədə bilməyən yüngül xəstəlik və xəsarətlər zamanı evakuasiya;
i) müalicə olunmaq üçün nəzərdə tutulan səyahət;
j) həkim və ya tibb bacısının diaqnostika və müalicə üçün zəruri olmayan xidmət göstərməsi;
k) əgər sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan xəsarətlə şərtlənmirsə, bərpaedici, müalicəvi və ya fizioterapik yardım;
l) əgər sığorta müqaviləsinin olduğu müddətdə baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan xəsarətlə şərtlənmirsə, kosmetik və plastik cərrahiyə;
m) Profilaktik vaksnasiya, dezinfeksiya, həkim ekspertizasının aparılması;
n) Tibbdə və elmdə rəsmi olaraq tanınmayan müalicə üsullarının tədbiq edilməsi;
o) Sığotalının qohumları tərəfindən həyata keçirilən müalicə;
Maddə 5. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının sərhədlərindən kənar ərazini əhatə edir.
Maddə 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
6.1. Sığortaçının hüquq və vəzifələri:
6.1.1. Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalıdan sığorta haqqını tələb edir.
6.1.2. Sığortaçı sığortalanmış risklər üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində öhdəlik daşıyır.
6.1.3. Sığorta məbləğlərini, sığorta riskləri, sığorta risklərindən istisnaları və (və ya) sığorta təminatında məhdudiyyətləri müəyyən edir.
6.1.4. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
6.1.5. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
6.1.6. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
6.1.7. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
6.1.8. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
6.1.9. Sığorta predmeti və hadisəsi barədə sığortalıdan aydın və düzgün məlumat verməsini tələb edir, sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
6.1.9.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
6.1.9.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və ya həmçinin sığorta müqaviləsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta müqaviləsini qüvvədə saxlaya bilər.
6.1.10. Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
6.1.11. Sığorta hadisələri təsiri nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir.
6.1.12. Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
6.1.13. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
6.1.14. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
6.1.15. Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığorta ödənişini verir.
6.1.16. Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
6.1.17. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azad edilir.
6.1.18. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
6.1.19. Sığortalının bu sığorta qaydaları ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortalıya sığorta müqaviləsi verir.
6.1.20. Sığorta müqaviləsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan şifahi və ya yazılı şəkildə tələb edə bilər.Bu tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına müvafiq sığorta müqaviləsinin dublikatı ilə təmin edir.
6.1.21. Sığortaçı sığorta predmeti barəsində sığortalı tərəfindən aydın və düzgün məlumat verilməsini tələb edir.Bu məlumatlarla bağlı sığortalı tərəfindən qəsdən yanlış məlumat verilərsə sığortaçı sığorta predmetinin sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirir.
6.1.22. Sığorta müqaviləsi bağlanarkən müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə sığortalının xxxxx olmasını təmin edir.
6.1.23. Sığortalını sığorta şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə xxxxx xxxx.
6.1.24. Sığortaçı 9.11-ci maddədə qeyd olunan hallar mövcud olarsa sığorta müqaviləsinə vaxtından əvvəl xitam verir.
6.1.25. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortaçı digər tərəfi bu barədə dərhal xəbərdar edir və ən azı 5 iş günü əvvəl tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
6.1.26. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx şəxs hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırır.
6.1.27. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlərin və məlumatların alınması ilə bağlı səlahiyyətli dövlət orqanlarına yazılı sorğunu sığortalıya verərək müvafiq sənədlərin təmin edilməsini tələb edir.
6.1.28. Sığorta müqaviləsinin bağlanması və icra olunması gedişində mübadilə etdikləri məxfi məlumatları yaymamalıdır.
6.1.29. Sığorta hadisəsi baş verdikdə servis xidməti vasitəsilə, sığorta müqaviləsində razılaşdırılmış xidmətlər çərçivəsində, sığortalının yardım üçün bütün gün ərzində fəaliyyət göstərən əlaqə mərkəzi vasitəsilə servis xidmətinə müraciət etməsi şərtilə, sığortalıya xidmət göstərilməsi təşkil edir.
6.1.30. Sığortalı tibbi yardım üçün ödədiyi xərclərin kompensasiyası üçün sığortaçıya müraciət edərkən, sığortalıdan dəymiş ziyanın kompensasiyası üçün ödəniş almaq barədə ərizəsinə sığorta hadisəsi faktını və ziyanın miqdarını təsdiq edən sənədləri (tibbi hesabatı, arayışları, müalicə müassisəsinin, aptekin, telefon şirkətinin və s.-in hesabları) əlavə etməsini tələb edir.
6.1.31. Lazım gələrsə sığortalını təyin etdiyi tibb müəssisəsindən tibbi müayinədən keçməsini tələb edir. Bu halda müvafiq tibb müəssisəsinin həkimləri sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
6.1.32. Sığorta hadisəsi zamanı sığorta olunana sığorta məbləği çərçivəsində və müqavilədə razılaşdırılmış xidmətlər həcmində göstərilmiş yardımlar üçün xərcləri ödəyir.
6.1.33. Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
6.2. Sığortalının hüquq və vəzifələri:
6.2.1. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
6.2.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
6.2.3. Sığorta müqaviləsində qeyd olunan şərtlərlə sığorta haqqını ödəyir;
6.2.4. Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
6.2.5. Xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya bildirir;
6.2.6. Sığorta predmetinin və hadisəsinin araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır:
6.2.7. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
6.2.8. Sığorta predmeti və hadisəsi barədə sığortaçıya düzgün və aydın məlumat verir;
6.2.9. Bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir, əks təqdirdə əmlak mənafelərinə dəyən zərərin əvəzinin sığortaçı tərəfindən tam və ya qismən ödənilməsini tələb etmə hüququnu itirir.
6.2.10. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
6.2.11. Sığorta müqaviləsinə bu qaydaların 9.11-ci maddənin tələblərinə əsasən sığortalı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
6.2.11.1. Sığortalı, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçıdan həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının ona qaytarmasını tələb edir, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçıdan sığorta haqlarını bütünlüklə sığortalıya qaytarılmasını tələb edir.
6.2.11.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların bu qaydaların 10-cu maddəsinin tələblərinə əsasən həyata keçirilir.
6.2.12. Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verir.
6.2.13. Sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini bərpa edilə bilər.
6.2.14. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verir.
6.2.15. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortalı digər tərəfi bu barədə dərhal xəbərdar edir və ən azı 5 iş günü əvvəl tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
6.2.16. Əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və ya bu qaydalara əsasən sığorta ödənişindən imtina etməyə əsas verən hallar müəyyən edilərsə, sığortalı ona ödənilmiş sığorta ödənişini sığortaçıya qaytarır.
6.2.17. Sığorta müqaviləsinin bağlanması ilə əlaqəli xxxx şəxsin malik olduğu xroniki xəstəliklər haqqında sığortaçıya məlumat verir.
6.2.18. Sığorta hadisəsi zamanı servis xidmətinə müraciət etmək və onun tövsiyəsi əsasında hərəkət edir.
6.2.19. Servis xidmətinin tibbi nümayəndəsinə sığortaçının məsuliyyətinin hədlərini müəyyən etmək üçün sığortalı və onun xəstəliyinin tarixi haqqında sərbəst məlumat almaq üçün imkan yaratmaq, həmçinin sığortaçının tələbi ilə müalicə haqqında sənədləri təqdim, yaxud həkim sirrinin qorunması öhdəliyindən həkimi azad edərək tibbi sənədlərə xxxxx olmaq imkanı verir.
6.2.20. Lazım gələrsə sığortaçının təyin etdiyi tibb müəssisəsindən tibbi müayinədən keçir.
6.2.21. Tibbi yardım üçün ödədiyi xərclərin kompensasiyası üçün sığortaçıya müraciət edərkən, dəymiş ziyanın kompensasiyası üçün ödəniş almaq barədə ərizəsinə sığorta hadisəsi faktını və ziyanın miqdarını təsdiq edən sənədləri (tibbi hesabatı, arayışları, müalicə müassisəsinin, aptekin, telefon şirkətinin və s.-in hesabları) əlavə edir.
6.2.22. Xərclərinin 200 ABŞ dollarından xxx olması halında sığorta hadisəsi baş verən andan 5 gün müddətində servis xidmətini baş verən sığorta hadisəsi və çəkilmiş xərclərin ölçüsü haqqında məlumatlandırır.
6.2.23. Sığorta müqaviləsinin bağlanması və icra olunması gedişində mübadilə etdikləri məxfi məlumatları yaymamalıdır.
6.2.24. Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
Maddə 7. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
7.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o, müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
7.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu qaydaların 7.1-ci maddə ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
7.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
7.4. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
7.5. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
7.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
7.7. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
7.8. Zərər xxxxxx əmlak təmir etdiriləcəkdirsə təmir yeri təmir başlanana qədər sığortaçı ilə razılaşdırılmalıdır.
7.9. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
7.10. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
7.11. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
7.12. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
7.13. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
Maddə 8. SIĞORTA MƏBLƏĞİ
Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliyinin son həddidir.
8.1. Sığorta məbləği, sığortalı (sığorta olunan) tərəfindən seçilmiş sığorta Proqramı əsasında və olduğu ölkənin təcili tibbi yardım xərclərinin ödənilməsi məbləgi üçün qoyduğu tələblərə uyğun olaraq sığortaçı ilə razılaşdırılmış əsasda seçilir. Sığorta müqaviləsində sığorta məbləğinin miqdarı ABŞ dolları ilə göstərilir.
8.2. Sığorta məbləgi sığortaçının, sığorta müqaviləsinin qüvvədə oldugu müddətdə baş verə biləcək bütün sığorta hadisələri üzrə sığortalının xərclərinin ödənilməsi üzrə götürdüyü öhdəliyin maksimum məbləgidir.
8.3. Sığorta məbləğini aşan xərclər sığortalı (sığorta olunan) tərəfindən ödənilir və əgər sığorta məbləğini aşan xərclərin sığortalı (sığorta olunan) tərəfindən ödənilməsinə dair sığortaçının rəsmi maliyyə zəmanəti yoxdursa, xərclərin ödənilməsi sığortaçı tərəfindən təmin olunmur.
Maddə 9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ
9.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
9.2. Sığorta müqaviləsi sığortalının (sığortalının) şifahi və ya yazılı formada ifadə olunmuş ərizəsi asasında bağlanılır.
9.3. Bir qayda olaraq, sığorta müqaviləsi, tibbi müayinə aparılmadan bağlanılır. Xüsusi hallarda sığortaçı sığortalının onun saglamlığı haqqında arayış tələb edə bilər.
9.4. Sığorta müqaviləsi üçüncü şəxsin xeyrinə bağlana bilər. Bu halda xeyrinə sığorta müqaviləsi bağlanmış şəxs sığortalı hesab edilir, müqaviləni faktiki bağlayan şəxs isə, müqavilədə başqa cür nəzərdə tutulmayıbsa, müqavilə üzrə heç bir hüquq əldə etmir.
9.5. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
9.6. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
9.7. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
9.8. Sığorta yalnız müqavilənin (müqavilənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
9.9. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
9.10. Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır:
9.10.1. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
9.10.2. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
9.10.3. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
9.11. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
9.11.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
9.11.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
9.11.3. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
9.11.4. Sığorta predmeti artıq mövcud olmadıqda;
9.11.5. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
9.11.6. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.11.7. Sığorta marağı artıq mövcud olmadıqda;
9.11.8. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.11.9. Azərbaycan Respublikasının Qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda;
9.11.10. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
Maddə 10. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
10.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olm aqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
10.2.Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
10.3.Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
10.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10.5. Sığorta müqaviləsi bu qaydalarda və ya qanunvericilklə müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 10.3-cü və 10.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
Maddə 11. AZADOLMA MƏBLƏĞİ
11.1. Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur. Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
11.2. Şərtli azadolma - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.3. Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
12.1. Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
12.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
12.1.2. Sığorta hadisəsi ilə əlaqədar Xxxxxx Xxxxxxxxxx təqdim etdiyi tibbi sənədlər, tibbi yardım, müalicə göstərilməsi, həmçinin repatriasiya və təminata uyğun çəkilən xərcləri təsdiq edən digər sənədlər;
12.1.3. qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
12.2. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını bu qaydaların 12.1-ci maddədə göstərilən sənədlərin və ekspert rəyinin əsasında sığorta müqaviləsi üzrə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
12.3. Bu zaman sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirə bilər.
12.4. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər tərəfindən aparılır və bu zaman sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
12.5. Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 30 təqvim günü ərzində sığorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina edir.
12.6. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta hadisəsi üzrə sığorta ödənişi servis şirkətinə yaxud tibbi xidmətləri həyata keçirən tibb müəssisəsinə ödəyir. Xidmətlərlə bağlı ödəniş sığortalı tərəfindən həyata keçirildiyi hallarda isə bu qaydaların 12.1.-ci maddədə qeyd olunan sənədlərin təqdim olunması şərti ilə sığortalıya ödəyir.
12.7. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
12.8. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığortaçı sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik edə bilər.
Maddə 13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
13.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.1.1. bu qaydaların 7.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;
13.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
13.1.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
13.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
13.1.6. bu qaydaların 13.2-ci maddə nəzərə alınmaqla, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
13.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
13.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.1.9. Sığorta hadisəsinin sığorta haqqı ödənilməmiş olduqda;
13.1.10. sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
13.2. Sığorta müqaviləsi bağlanarkən və ya bağlandıqdan sonra sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdirsə.
13.3. Sığortalının sığorta qanunvericiliyində və ya bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
13.4. Sığorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
Maddə 14. SIĞORTALIYA XİDMƏT GÖSTƏRİLMƏSİNİN QAYDASI VƏ ŞƏRTLƏRİ
14.1. Sığorta hadisələri baş verərkən Sığortaçı və Servis xidməti aşağıdakılara zəmanət verir:
14.1.1. Tibbi yardımın təşkilinə və tibbi xərclərin ödənilməsinə.
⮚ Sığortaçı sığorta müqaviləsinin fəaliyyət müddətində baş verən bədbəxt hadisə və həmçinin qəfil xəstəlik nəticəsində zəruri xxxx, tibbi göstərişlərlə əlaqədar ortaya çıxan tibbi, cərrahiyə və xəstəxana xərclərinin ödənilməsinə zəmanət verir.
⮚ Sığorta təminatının maksimum ölçüsü
▪ I Proqram üzrə 150 000 ABŞ dolları
▪ II Proqram üzrə 150 000 ABŞ dolları
⮚ I, II, III, Proqramlar üzrə zəmanətlər.
14.1.2. Tibbi daşımanın təşkil edilməsi və bununla bağlı xərclərin ödənilməsi.
⮚ Əgər sığortalı müqavilənin fəaliyyət müddətində bədbəxt hadisə nəticəsində bədən xəsarəti almış və ya qəflətən xəstələnmişdirsə (və/yaxud təcrid (karantin) tələb olunursa), sığortaçı servis şirkətinin köməyi ilə Sığortalının xeyrinə aşağıdakıları təşkil edir:
▪ Sığortalının yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilməsini;
▪ Sığortalının tibbi göstərişlərə əsasən zəruri müşayiətlə, istəlinən üsulla (sanitar, reys təyyarəsi və sanitar maşınıda daxil olmaqla, xxxxx bunlarla məhdudlaşmadan) alınmış bədən xasarətinin və ya konkret xəstəliyin müalicəsi üçün daha müvafiq təchizatlarla təmin edilmiş xəstəxanaya yerləşdirilməsini;
▪ Sığortalının zəruri tibbi müşayiətlə və müvafiq hazırlıq tədbirləri, cihazları və vasitələri ilə təmin etməklə onu sığortalının yerləşdiyi yerlə birbaşa beynəlxalq əlaqəsi xxxx Azərbaycan Respublikasındakı hava limanına ən yaxın xəstəxanaya köçürmək.
⮚ Xxxxx və ya müalicə edən həkim sığortalının vəziyyətinin onun adi sərnişin kimi köçürülməsinə imkan verilməsini və yaxud köçürmək üçün xxxxx xxxx, müvafiq xüsusi tədbirlərin görülməsinin zəruriliyini müəyyən etməlidir.
⮚ Sığorta təminatının maksimum miqdarı 10 000 ABŞ dollarıdır.
⮚ (I, II, III, Proqramlar üzrə zəmanətlər)
14.1.3. Sığortalının tibb məntəqəsinə yerləşdirilməsinin və ya repatriasiyasının təşkil edilməsi üçün aşagıdakılar göstərilməlidir:
⮚ Sığortalı (onun mənafeyi üçün fəaliyyət göstərən istənilən şəxs) aşagıdakıları göstərməlidir:
▪ Sığortalının soyadı, adı, yerləşdirildiyi xəstəxanın ünvanı və telefon nömrəsi;
▪ müalicə edən həkimin soyadı, adı, ünvanı və telefon nömrəsi;
⮚ Xxxxx xxxx tibbi yardımın diaqnozunu və xarakterini müəyyən etmək üçün servis şirkətinin təyin etdiyi həkim- ekspert sığortalı ilə sərbəst əlaqə saxlamaq və xəstəliyinin tarixi ilə xxxxx olmaq imkanına sahib olmalıdır.
⮚ Servis şirkəti yalnız müalicə tələb edən həkimlə razılaşdırmaqla, zərərçəkənin köçürülməsinin gününü və vasitəsini təyin edir.
⮚ Xəstəxana müalicəsi tələb edən xəstəlik və ya bədən xəsarəti haqqında sığortalı (onun mənafeyi üçün fəaliyyət göstərən istənilən şəxs) hadisə baş verən gündən 3 gün müddətində servis şirkətinə xəbər verməlidir.
⮚ Aparılma təcili yardım maşınları, dəmiryol nəqliyyatı, sərnişin və ya sanitar reys təyyarələri vasitələrindən maksimum səviyyədə istifadə edilir.
⮚ Sığortalı sığorta hadisəsi nəticəsində ziyanın qarşısının alınması və ya miqdarının azaldılması üçün mümkün xxxx bütün vasitələrdən maksimum səviyyədə istifadə etməlidir.
14.1.4. Sığortalı öldyü halda repatriasiyanın təşkili və xərclərinin ödənilməsi:
⮚ Sığortalı öldüyü halda onun cəsədi vəfat etdiyi yerdən Azərbaycanda dəfn olunacağı yerə beynəlxalq standartlara müvafiq olaraq repatriasiya edilir.
⮚ (I, II, III, Proqramlar üzrə zəmanətlər)
14.1.5. Sığortalını müşayiət edən uşaqların evakuasiyasının təşkili və ödənilməsi:
⮚ Əgər bədbəxt hadisə və ya xəstəlik nəticəsində sığortalı ilə səyahət edən uşaqlar (15 yaşına qədər) nəzarətsiz qalarsa, sığortaçı onların təcili olaraq qaytarılmasını təşkil edir.
⮚ (II, III Proqramlar üzrə zəmanətlər)
14.1.6. Təcili stomotoloji yardımın təşkili və ödənilməsi:
⮚ Sığortaçı bədbəxt hadisə nəticəsində baş verən zədələrlə şərtlənən, sığortalıya göstərilən təcili stomotoloji yardım nəticəsində baş verən zədələrlə şərtlənən, sığortalıya göstərilən təcili stomotoloji yardım xidmətlərinin və həmçinin 150 ABŞ dollarından artıq olmamaqla kəskin diş ağrısı zamanı göstərilmiş təcili stomatoloji yardım xidmətinin dəyərini ödəyir.
⮚ (I, II, III, Proqramlar üzrə zəmanətlər)
14.1.7. Fövqəladə hallarda yaxın qohumun səfərinin təşkili və ödənilməsi:
⮚ Əgər sığortalının xəstəxanada qalması 15 gündən xxx çəkərsə və onun saglamlığının vəziyyəti müalicə edən həkimin fikrincə xxx ağırdırsa, Sığortaçı sığortalının yaxın qohumunun “ekonomi klas”la uçması üçün birbaşa və geriyə xxxx biletlərinin dəyərini ödəyir.
⮚ (III Proqram üzrə zəmanətlər)
14.1.8. Hüquqi yardımın təşkili və ödənilməsi:
⮚ Sığortaçı və servis şirkəti, əgər onun fəaliyəti (hərəkəti) oldugu ölkənin mövcud qanunvericiliyi ilə cinayət məsuliyyəti yaratmırsa, sığorta olunana hüquqi yardım göstərilməsini təşkil edir və 1 500 ABŞ dollarına qədər həcmdə xxxx xərcləri ödəyir.
⮚ Profesional fəaliyyətə, nəqliyyat vasitələrinin istifadəsinə və mühavizəsinə aid təqsirləndirmə ilə əlaqədar xərclər ödənilmir.
⮚ (III Proqram üzrə zəmanətlər)
Maddə 15. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ
15.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
15.2. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
Maddə 16. XXXXXXX HAQQINDA QEYD-ŞƏRT
Sığorta haqqının ödənilməsi sığortalı (Sığorta olunan) və ya onun tapşırığı ilə digər şəxs tərəfindən birdəfəlik nağd pulla və ya köçürülmə yolu ilə, sığorta müqaviləsinin bağlandığı gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının məzənnəsi əsasında manatla həyata keçirilir.
Maddə 17. XÜSUSİ ŞƏRTLƏR
17.1. Sığorta müqaviləsində qanunvericiliyə, əsas şərtlərə və bunlarla əlaqədar xxxx əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlərdə yazıla bilər.
17.2. Sığorta müqaviləsinə əlavə və dəyişikliklər qarşılıqlı razılaşma əsasında yazılı şəkildə rəsmiləşdirilir.
17.3. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
17.4. Sığorta predmeti bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində sığorta müqaviləsi etibarsızdır.
17.5. Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq eynicinsli sığorta predmetinin müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
17.6. Sığortalı bu qaydaların 17.5-ci maddədə göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olsa belə sığortalı əldə etdiyi məlumatları sığortaçıya çatdırmalıdır.
17.7. Sığortalı tələb etdikdə sığortaçı bu qaydaların 17.5-ci maddədə nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta müqaviləsi verməlidir.
17.8. Sığorta müqaviləsi sığortalıya (sığorta olunana) ödənilməsindən sonra verilir.
17.9. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilə müqavilədə göstərilən müddət ərzində qüvvədə olur və sığorta haqqının ödənilməsi tarixindən (nağdsız hesablaşmalarda pulun Sığortaçının hesabına daxil olduğu andan) əvvəl olmamaq şərtilə, Azərbaycan Respublikasının sərhədini keçən andan qüvvəyə minir.
17.10. Sığortaçının məsuliyyəti müqavilədə müddətin birinci günü kimi göstərilmiş gündə saat 24:00-da başlayır və sığorta müqaviləsində sığorta müddətinini qurtardığı gün kimi göstərilmiş gündə saat 24:00–xxx gec olmayaraq xxxx xxxxx (Qeyd: Sığortalının müqavilədə göstərilmiş müddətlərdə Azərbaycan Respublikasının ərazisində olduğu zaman fərdi qəza və qəfil xəstəliklə əlaqədar tibbi xərclərinin ödənilməsi sığorta təminatına aid edilmir).
17.11. Sığorta müqaviləsində (müqaviləsində) başqa hal nəzərdə tutulmamışdırsa, bu sığorta ilə MDB ölkələri istisna olmaqla dünyanın istənilən ölkəsində baş verən sığorta hadisələrinə təminat verilir.
17.12. Müqavilənin müqavilədə göstərilmiş qüvvədə olma ərazisi yalnız sığorta haqqını müəyyən etmək üçün istifadə edilir.
Maddə 18. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.
Maddə 19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
19.1. Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
19.2. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
19.3. Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.