SAZİŞ
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı xxxx dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında
SAZİŞ
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı xxxx dövlətlər (bundan sonra-Tərəflər),
kompüter informasiyası sahəsində cinayətlərə qarşı səmərəli mübarizənin təmin edilməsi məqsədilə, kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə Tərəflərin razılaşdırılmış fəaliyyətinin
zərurətdən irəli gəldiyinə əmin olaraq,
bu Sazişin iştirakçısı xxxx dövlətlərin (bundan sonra-dövlətlər) hüquq mühafizə və məhkəmə orqanlarının kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı üçün hüquqi əsaslar yaratmağı arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M ad d ə 1
Əsas terminlər
Bu Sazişin məqsədləri üçün istifadə olunan terminlər aşağıdakı mənanı ifadə edir:
a) kompüter informasiyası sahəsində cinayət - predmeti kompüter informasiyasına qəsd xxxx cinayət məsuliyyəti yaradan əməl;
b) kompüter informasiyası - kompüterin yaddaşında xxxx, EHM-lə qavranılan maşın və ya digər daşıyıcılarda yerləşən, yaxud rabitə kanalları ilə ötürülən informasiya;
v) zərərvurucu proqram - informasiyanın qəsdən sanksiyasız məhv edilməsinə, bloklanmasına, dəyişdirilməsinə, yaxud surətinin çıxarılmasına, EHM-in, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozulmasına gətirib çıxaran yaradılmış, yaxud mövcud xxxx xüsusi dəyişikliklər edilmiş proqram;
q) qeyri-qanuni daxilolma - kompüter informasiyası ilə sanksiyasız davranış.
M a d d ə 2
Ümumi müddəalar
1. Tərəflər bu Sazişə, milli qanunvericiliyə və iştirakçısı olduqları digər beynəlxalq müqavilələrə uyğun olaraq, kompüter informasiyası sahəsində cinayətlərin səmərəli şəkildə qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması, açılması və istintaqının aparılması məqsədilə əməkdaşlıq edəcəklər.
2. Tərəflər bu Sazişin müddəalarının yerinə yetirilməsi üçün lazımi təşkilati və hüquqi tədbirlər görəcəklər.
Tərəfləri kompüter informasiyası sferasında cinayətlərə qarşı mübarizə sahəsində milli qanunvericiliyin uyğunlaşdırılmasına səy göstərəcəklər.
M a d d ə 3
Cinayət məsuliyyəti yaradan əməl
1. Tərəflər öz milli qanunvericiliklərinə uyğun olaraq, aşağıdakıları, əgər bu, qəsdən törədilmişsə, cinayət məsuliyyəti yaradan əməl kimi tanıyırlar:
a) qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxilolma, əgər bu əməl informasiyanın məhv edilməsinə, bloklanmasına, dəyişdirilməsinə, yaxud surətinin çıxarılmasına, EHM-in, EHM sistemlərinin və ya onların şəbəkələrinin işinin pozulmasına səbəb olmuşsa;
b) zərərvurucu proqramların hazırlanması, istifadəsi, yaxud yayılması;
v) EHM, EHM sistemləri və ya onların şəbəkələrinə daxil olmaq icazəsi xxxx şəxs tərəfindən EHM-dən istifadə qaydalarının pozulması nəticəsində qanunla qorunan EHM informasiyasının məhv edilməsi, bloklanması və ya dəyişdirilməsi, - əgər bu əməl xeyli zərər vurmuşsa, yaxud ağır nəticələrə səbəb olmuşsa;
q) müəlliflik hüququnun obyektləri xxxx XXX proqramlarından və məlumat bazalarından qeyri-qanuni istifadə, habelə müəllifliyin mənimsənilməsi - əgər bu əməl xeyli zərər vurmuşsa.
2. "Xeyli zərər", "ağır nəticələr" və "xeyli ziyan" anlayışlarının müəyyən edilməsi Tərəflərin səlahiyyətlərinə aiddir.
Maddə 4
Səlahiyyətli orqanlar
1. Tərəflər arasında bu Saziş çərçivəsində əməkdaşlıq səlahiyyətli orqanlar arasında bilavasitə həyata keçirilir.
2. Bu Saziş çərçivəsində səlahiyyətli orqanların siyahısını Tərəflərin hər xxxx xxx müəyyən edir və onu bu Saziş imzalanarkən, yaxud öz dövlətdaxili prosedurlarının yerinə yetirilməsi haqqında bildiriş saxlanmaq üçün depozitariyə verərkən təqdim edir, depozitari bu cür siyahılar barədə digər Tərəfləri məlumatlandırır.
Səlahiyyətli orqanların siyahısında xxxx dəyişikliklər barədə Tərəflərin hər biri depozitariyə yazılı məlumat verir.
M add ə 5
Əməkdaşlıq formaları
Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığı aşağıdakı formalarda həyata keçirirlər:
a) informasiya mübadiləsi, o cümlədən:
kompüter informasiyası sahəsində hazırlanan, yaxud törədilmiş cinayətlər və bunlara aidiyyəti xxxx fiziki və hüquqi şəxslər barəsində;
bu sahədəki cinayətlərin qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması, açılması və istintaq formaları və metodları haqqında;
kompüter informasiyası sahəsində cinayətlərin törədilmə üsulları haqqında;
kompüter informasiyası sahəsində cinayətlərin qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması, açılması və istintaqı məsələlərini tənzimləyən milli qanunvericilik və beynəlxalq müqavilələr haqqında;
b) hüquqi yardım haqqında beynəlxalq müqavilələrə uyğun əməliyyat-axtarış tədbirlərinin, həmçinin prosessual hərəkətlərin keçirilməsi haqqında sorğuların icrası;
v) kompüter informasiyası sahəsində cinayətlərin qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması, açılması və istintaqı üzrə əlaqələndirilmiş tədbirlərin və əməliyyatların planlaşdırılması və keçirilməsi;
q) kadrların hazırlanmasında və səviyyəsinin yüksəldilməsində, o cümlədən mütəxəssislərin təcrübə keçməsi, konfransların, seminar və tədris kurslarının təşkili vasitəsilə yardım göstərilməsi;
d) kompüter informasiyası sahəsində cinayətlərin qarşısının alınması, aşkar edilməsi, aradan qaldırılması, açılması və istintaqı üzrə vəzifələrin yerinə yetirilməsini təmin edən informasiya sistemlərinin yaradılması;
e) kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizə problemləri üzrə qarşılıqlı maraq doğuran birgə xxxx tədqiqatların keçirilməsi;
j) kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizə üzrə normativ hüquqi aktlar, xxxx-texniki ədəbiyyat sahəsində mübadilə;
z) məqbul sayılan digər formalarda əməkdaşlıq.
M a d d ə 6
Yardım göstərilməsi haqqında sorğu
1. Bu Saziş çərçivəsində əməkdaşlıq Tərəflərin səlahiyyətli orqanlarının yardım göstərilməsi haqqında sorğuları əsasında həyata keçirilir.
Əgər informasiyanın digər Tərəf üçün maraq doğurmasına əsas varsa, informasiya həmin Tərəfə sorğusuz təqdim edilə bilər.
2. Yardım göstərilməsi barədə sorğu yazılı şəkildə göndərilir. Təxirəsalınmaz hallarda sorğular texniki rabitə vasitələrinin köməyi ilə və ya şifahi formada verilə bilər, xxxxx bundan sonra həmin şifahi sorğular üç gün müddətində yazılı şəkildə təsdiqlənməlidir.
3. Yardım göstərilməsi barədə sorğunun əsli və ya məzmunu ilə bağlı şübhə yarandığı halda onun təsdiq edilməsi tələb oluna bilər.
4. Yardım göstərilməsi haqqında sorğuda aşağıdakılar göstərilməlidir:
a) sorğu edən Tərəfin səlahiyyətli orqanının və sorğu xxxx Xxxxxxx səlahiyyətli orqanının adı;
b) işin mahiyyətinin izah edilməsi;
v) sorğunun məqsədinin göstərilməsi və əsaslandırılması;
q) sorğulanan yardımın məzmunu;
d) sorğunun icrasının arzu edilən müddətləri;
e) müvafiq sənədlər də daxil olmaqla, sorğunun icrası üçün faydalı ola biləcək hər hansı digər informasiya.
5. Yardım göstərilməsi haqqında yazılı formada verilən, yaxud təsdiq edilən sorğu onu verən səlahiyyətli orqanın rəhbəri və ya onun müavini tərəfindən imzalanır və gerbli möhürlə təsdiqlənir.
6. Tərəflərin səlahiyyətli orqanları qarşılıqlı əlaqə qaydalarını və onların həyata keçirilməsi üçün səlahiyyətli şəxsləri müəyyənləşdirirlər ki, bu barədə də bir-birini məlumatlandırırlar.
M a d d ə 7
Sorğunun icrası
1. Sorğu xxxx Tərəf sorğunun tez və tam icrasının təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sorğu, adətən, daxil olduğu tarixdən 30 sutkadan artıq olmayan müddətdə icra edilir, bununla birlikdə,
sorğu etmiş səlahiyyətli orqanın göstərdiyi müddətdə sorğunun icra edilməsi haqqında istəyi imkan daxilində nəzərə alınır.
Sorğu edən Tərəf sorğunun icrasına maneçilik törədən, yaxud onun icrasını əsaslı surətdə ləngidən səbəblər haqqında təxirə salmadan məlumatlandırılır.
2. Əgər sorğunun icrası sorğu xxxx səlahiyyətli orqanın səlahiyyətlərinə daxil deyilsə, həmin orqan bu sorğunu öz dövlətinin onun icrasına səlahiyyətli xxxx orqanına göndərir və eyni zamanda sorğunu etmiş səlahiyyətli orqanı bu barədə məlumatlandırır.
3. Sorğunun lazımi qaydada icrası üçün sorğu xxxx Tərəfin onun fikrincə vacib xxxx əlavə məlumatlan almaq hüququ vardır.
Sorğu icra edilərkən sorğu xxxx Tərəfin qanunvericiliyi tətbiq edilir, xxxxx sorğu edən səlahiyyətli orqanın xahişi ilə, əgər bu, sorğu xxxx Tərəfin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə zidd deyilsə, sorğu xxxx Tərəfin ölkəsinin qanunvericiliyi tətbiq edilə bilər.
4. Sorğu xxxx Tərəf sorğunun təxirə salınmadan icrasının onun ölkəsinin ərazisində həyata keçirilən cinayət təqibi, yaxud icraatda xxxx digər işə maneçilik törədə biləcəyini hesab edərsə, sorğu edən Tərəfi bu barədə xəbərdar etməklə onun icrasını təxirə sala, yaxud sorğu edən Tərəflə məsləhətləşmələrdən sonra müəyyən edilən lazımi şərtlərə əməl edilməsi ilə əlaqələndirə bilər. Əgər sorğu edən Tərəf təklif olunan şərtlər əsasında yardım göstərilməsinə razıdırsa, onda bu şərtlərə əməl etməlidir.
5. Sorğu xxxx Tərəf sorğu edən Tərəfi sorğunun icrasının nəticələri haqqında mümkün qədər qısa müddətdə məlumatlandırır.
Maddə 8
Sorğunun icrasından imtina
1. Sorğu xxxx Tərəf sorğunun icrasının onun milli qanunvericiliyinə zidd olduğunu hesab edərsə, bu Saziş çərçivəsində sorğunun icrasından tam, yaxud qismən imtina edə bilər.
2. Sorğu edən Tərəf sorğunun icrasından tam və ya qismən imtinanın səbəbləri göstərilməklə yazılı şəkildə məlumatlandırılır.
Maddə 9
İnformasiyanın məxfiliyi
1. İnformasiyanı təqdim etmiş səlahiyyətli orqan bu informasiyanın açıqlanmasını məqbul saymırsa, Tərəflərin səlahiyyətli orqanlarının hər biri digər Tərəfdən alınmış informasiyanın məxfiliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür.
2. Səlahiyyətli orqan informasiyanın digər Tərəfin səlahiyyətli orqanının xahiş etdiyi həmin məxfilik səviyyəsini özünün milli qanunvericiliyinə uyğun qaydada təmin edir.
3. Bu Saziş çərçivəsində alınmış informasiya və sənədlər sorğu xxxx Xxxxxxx səlahiyyətli orqanının razılığı olmadan onun həmin sorğuda icazə verdiyindən başqa məqsədlər üçün istifadə oluna bilməz.
Maddə 1 0
Mübahisələrin həlli
1. Tərəflər və onların səlahiyyətli orqanları bu Sazişin müddəalarının təsfiri və tətbiqi ilə əlaqədar yarana biləcək mübahisəli məsələləri məsləhətləşmələr və danışıqlar yolu ilə həll edirlər.
Maddə 1 1
Xərclər
Tərəflər bu Sazişin yerinə yetirilməsi gedişində yarana biləcək xərcləri, hər bir konkret halda qayda qəbul olunmazsa, sərbəst qaydada çəkirlər.
Maddə 12
İşçi dil
Tərəflərin səlahiyyətli orqanları bu Saziş çərçivəsində əməkdaşlığı həyata keçirərkən işçi dil kimi rus dilindən istifadə edirlər.
Maddə 1 3
Digər beynəlxalq müqavilələrə münasibət
Bu Saziş Tərəflərin üzvü olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 14
Dəyişikliklər və əlavələr
Bu Sazişə dəyişikliklər və əlavələr Tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.
Maddə 1 5
Qüvvəyə minmə qaydası
Bu Saziş onu imzalayan Tərəflərdən, Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə üçüncü yazılı bildirişin depozitariyə saxlanca verildiyi tarixdən qüvvəyə minir.
Lazımi prosedurları sonradan yerinə yetirən Tərəflər üçün Xxxxx müvafiq sənədlərin depozitariyə saxlanca verildiyi tarixdən qüvvəyə minir.
M a d d ə 16
Qüvvədə olma müddətləri
Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 5 il müddətində qüvvədə qalır. Həmin müddət başa çatandan sonra Tərəflər digər qərar qəbul etmədikdə, bu Sazişin qüvvədə olma müddəti avtomatik olaraq hər növbəti 5 il müddətinə uzadılır.
Maddə 1 7
Yekun müddəalar
Tərəflərin hər biri nəzərdə tutulan çıxmaq tarixinə altı aydan az olmayan vaxt qalana qədər bu barədə yazılı bildirişi depozitariyə göndərməklə bu Sazişdən çıxa bilər. Bu Xxxxx, Tərəflərin hamısının belə qoşulmaya razılığı haqqında sənədlərin depozitariyə verilməsi ilə, onun müddəalarını qəbul edən digər dövlətlərin qoşulması üçün açıqdır. Qoşulan ölkə üçün bu Saziş Tərəflərin hamısının belə qoşulmaya razılığı haqqında axırıncı yazılı bildirişini depozitarinin aldığı tarixdən qüvvəyə minir.
Əsli bir nüsxədə rus dilində 2001-ci il iyunun 1-də Minsk şəhərində tərtib edilmişdir. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır, İcraiyyə Komitəsi bu Sazişi imzalayan ölkələrin hər birinə onun təsdiq edilmiş surətinin göndərəcəkdir.
Azərbaycan Respublikası Adından
H. XXXXXX
Moldova Respublikası Adından
V. VORONİN
Ermənistan Respublikası adından
R. KÖÇƏRYAN
Rusiya Federasiyası Adından
X. XXXXX
Belarus Respublikası adından
A. LUKAŞENKO
Tacikistan Respublikası adından
E. RAXMONOV
Qazaxıstan Respublikası adından
N. NAZARBAYEV
Özbəkistan Respublikası Alından
İ. KƏRİMOV
Qırğızıstan Respublikası Adından
Ə. XXXXXX
Ukrayna Adından
X. XXXXX
Saziş Azərbaycan Respublikası tərəfindən "Milli qanunvericilik nəzərə alınmaqla" qeyd-şərtilə imzalanmışdır.
Xxxxx Xxxxxxx tərəfindən qeyd-şərtlərlə imzalanmışdır. Saziş Gürcüstan və Türkmənistan tərəfindən imzalanmamışdır.