Contract
“PAŞA Bank” ASC-nin Keşbek əməkhaqqı kart məhsulu üzrə Keşbek hesablama təlimatı
1. Ümumi müddəalar
1.1. PAŞA Bank ASC-nin təqdim etdiyi Keşbek əməkhaqqı kartı bankdaxili qaydalar üzrə əməkhaqqı kartına xxxxx xxxx fiziki şəxslər (bundan sonra Müştəri adlanacaq; PAŞA Bankın işçiləri daxil olmaqla) arasında nağdsız əməliyyatların artırılması məqsədi ilə nağdsız ödənişlərdə Keşbek təqdim edən PAŞA Bankın (bundan sonra Bank adlanacaq) brend məhsuludur.
1.2. Bu təlimat Bankın rəsmi səhifəsində yerləşdirilərək mütəmadi olaraq yenilənəcəkdir və brend məhsulun təklif etdiyi bonuslardan istifadə edəcək müştəri qaydalarla xxxxx olub onları qəbul etmiş hesab edilir.
2. Əsas anlayışlar
⮚ Keşbek əmək haqqı kartı – Bu məhsul üzrə Bank tərəfindən çap olunmuş xüsusi bonus təklifli kart. Keşbek əmək haqqı kartı ilə nağdsız ödənişlər həyata keçdikdə hər əməliyyat (Əlavə 1-də göstərilmiş MCC kodlar üzrə əməliyyatlar istisna) üzrə Bank tərəfindən Keşbek bonusları hesablanır.
⮚ Keşbek – Bankın nağdsız ödənişlərində xxxx qaytarılan bonus üzrə təyin etdiyi ölçü vahididir və birbaşa pul şəklində ödəniş kartına mədaxil edilir..
⮚ Keşbeklərin növləri aşağıdakılardır:
o Ödənişlər üzrə Keşbek – Alış–veriş (POS–retail və e–commerce üzrə) zamanı Keşbek əməkhaqqı kartı ilə edilən ödənişlərə görə hesablanan Keşbek.
o Kampaniya çərçivəsində təqdim olunan Keşbeklər – Bank və ya partnyorlar tərəfindən keçirilən kampaniyalar müddətində əlavə hesablanan Keşbeklər.
o Ekstra Keşbeklər – Bankın partnyorlarından alış–veriş edildikdə Bank tərəfindən əlavə hesablanan Keşbeklər
o Düzəliş Keşbekləri – hər hansı düzəliş nəticəsində yaranan və ya itirilən Keşbeklər. Düzəliş Keşbekləri Keşbek balansını artıra və ya azalda bilər.
Xxxx qaytarılan əməliyyatlar (reversal/refund) üzrə Keşbeklər – Müştəri həyata keçirdiyi nağdsız əməliyyat məbləği daha sonra xxxx qaytarılarsa, qazandığı ödəniş üzrə Keşbek miqdarında balansından vəsait tutulur1.
Bank tərəfindən aşkar olunan dələduzluq əməliyyatları üzrə hesablanan Keşbeklər birtərəfli qaydada ləğv edilə bilər və Bankın qərarı ilə Müştəri ilə münasibətlər dayandırıla bilər. Bu tipli əməliyyatların səbəbləri müraciət və hadisə üzrə məsul tərəfdaşlar tərəfindən nəzərdən keçirilməli və bankdaxili müvafiq səbəblərə əsasən yerinə yetirilməlidir. Keşbeklərin texniki səbəbdən səhv hesablanması aşkar olunarsa, Bank tərəfindən düzəlişlər aparıla bilər və ya Müştəri Bankın Fərdi Müştərilərə Dəstək qrupuna müraciət edərək hesablanmış Keşbeklərin yenidən hesablanmasını tələb edə bilər.
⮚ MCC kodu – 4 rəqəmdən ibarətdir, satış məntəqəsinin fəaliyyət növündən asılı olaraq Beynəlxalq Ödəniş Sistemləri tərəfindən ödəniş növünün seqmentini müəyyən edən və ekvayer təşkilat (ATM, POS və elektron ticarət xidmətini təqdim edən təşkilat) tərəfindən ISO standartlarına uyğun təyin edilən kod.
1 Texniki overdraft məsələləri məhsul pasportuna əsaslanaraq qüvvədə xxxx Ümumi Şərtlər Toplusu çərçivəsində yanaşılır.
⮚ Partnyor – Kart istifadəçilərinə potensial olaraq mal, iş və ya xidmət təqdim edən və Məhsul çərçivəsində Bankla əməkdaşlıq edən tərəf.
3. Müraciət və istifadə qaydaları
3.1 Keşbek əməkhaqqı kartlarının sifarişi Bankın mövcud prosedurlarına əsasən həyata keçirilə bilər.
3.2 Keşbek üzrə məlumatlar və şərtlər xxx.xxxxxxxx.xxxxxxxxx.xx səhifəsində yerləşdirilib.
3.3 Bank tərəfindən məhsul üzrə yeniliklər barədə məlumat mütəmadi olaraq müxtəlif kanallar vasitəsilə (mobil tətbiqetmə, SMS, email, vebsayt, sosial şəbəkə və s.) Müştəriyə ötürülür.
4. Keşbeklərin hesablanması və istifadə olunması qaydaları
4.1 Müştəri öz Keşbek balansını aşağıda göstərilən üsullarla izləyə bilər:
1. SMS-məlumatlandırılma xidməti vasitəsilə - keşbek məbləği aylıq olaraq hesaba köçürüləndə,
2. Bankın Fərdi Müştərilərə Dəstək qrupuna müraciət edərək,
3. Bankın Mobil Əlavəsi üzərindən – Əməliyyatların tarixçəsindən və ya hesab üzrə əməliyyatlar üzrə mail vasitəsi ilə göndərilən hesabatdan.
4.2 Hesablanmış Keşbeklər müştərilərin kart hesabına pul vəsaiti olaraq köçürülür.
4.3 Keşbek ümumi mexanizm üzrə ay ərzində keşbek məbləğləri cəmlənərək növbəti ayın əvvəli müştəri balansına ötürüləcək. Keşbek məbləğləri kart hesabından silinən əməliyyatlara görə hesablanır. Keşbek məbləğlərinin müştəriyə qaytarılma prosesi bankxarici tərəfdaşların müvafiq silinmə əməliyyatlarını yerinə yetirmə müddətindən asılı olaraq maksumum 60 günədək uzana bilər.
4.4 Bank tərəfindən aşağıda qeyd olunan əməliyyat növləri üzrə Keşbek hesablanmır:
• Bank qarşısında öhdəliklərin icrası ilə bağlı ödənişlər
• Pul köçürmələri
• Nağdlaşdırma əməliyyatları (o cümlədən, pos-cash)
• Mədaxil əməliyyatları
• İnzibati xarakter daşıyan icbari ödənişlər (vergi, rüsum, cərimə və s.)
4.5 Məbləği 0.5 AZN və aşağı xxxx ödənişlərə Keşbek nəzərdə tutulmur. Məbləği 0.5 - 1 AZN xxxxx xxxx ödənişlərə sabit olaraq 0.01 AZN məbləğində Keşbek nəzərdə tutulur. Keşbek xxxxx xxxxxx qüvvədə xxxx məhsul pasportuna istinad etməkdədir və məhsulun rəsmi saytında müştərilərə bildirilməkdədir.
Əlavə olaraq əməliyyatlar üzrə Keşbek hesablanmayan MCC kodlar Əlavə 1-də öz əksini tapmışdır. Ekvayer təşkilat tərəfindən təsərrüfat subyektində quraşdırılan POS, eləcə də virtual POS-terminalın subyekt kateqoriya kodu (MCC) qeydiyyatı yanlış qeydiyyata alındığı təqdirdə, həmin təsərrüfat subyektlərində həyata keçirilmiş əməliyyatlar üzrə keşbek bərpa edilmir.
5. Partnyorlar
5.1 Bank Keşbek loyallıq platformasında iştirak etmək istəyən Partnyorlarla müqavilə əsasında formalaşdırdığı ekstra Keşbek Keşbek bonusların toplanılması barədə ümumi məlumat Bankın xxx.xxxxxxxxx.xx səhifəsində “Keşbek Partnyorlar” bölməsində əksini tapmışdır.
5.2 Bank və partnyorlar tərəfindən keçirilən müvafiq kampaniyalar çərçivəsində ekstra Keşbek bonuslarının xxxxx və hesablama şərtləri dəyişilə bilər. Bu barədə Bank Müştəriləri kampaniyanın müddəti ərzində mövcud kanallar vasitəsilə məlumatlandıracaqdır.
5.3 Partnyor şəbəkəsində edilən alış-verişlər üzrə hesablanan Keşbeklər və bütün digər hesablanan Keşbeklər Bank tərəfindən hesablanır.
5.4 Partnyor şəbəkəsində aparılan əməliyyat zamanı əlavə Keşbeklər hesablanmadığı halda Müştəri Banka müraciət etməlidir. Bank öz növbəsində məsələni araşdırıb hesablanmamış Keşbeklərin bərpa olunmasını təmin edir.
6. Müştərilərin məlumatlandırılması
6.1 Əməliyyatdan sonra Keşbeklərin hesablanması barədə məlumat müştəriyə SMS vasitəsilə onun bank sistemindəki nömrəsinə göndərilir. Hər-hansı əməliyyat xxxx qaytarılırsa (reversal əməliyyatı) həmin əməliyyat üzrə hesablanmış Keşbek bonusu sıfırlanır.
6.2 Bank tərəfindən Müştərinin məlumatlandırılması üçün digər mövcud kanallardan da (mobil tətbiqetmə, SMS, email, vebsayt, sosial şəbəkə və s.) istifadə oluna bilər.
6.3 Müştəri ona hesablanmış Keşbeklərin hesablanma qaydasının yoxlanılması üçün Bankın Fərdi Müştərilərə Dəstək qrupuna müraciət edərək bütün lazımi məlumatı əldə edə bilər.
6.4 Məhsul üzrə istifadə qaydalarında dəyişikliklər nəzərdə tutulduqda dəyişikliklər qüvvəyə minmədən 3 (üç) təqvim günü əvvəl Müştəriyə bu barədə məlumat ötürüləcəkdir (mobil tətbiqetmə, SMS, email, vebsayt, sosial şəbəkə və s.).
7. Digər şərtlər
7.1 Kartdan istifadə zamanı Müştəridə yarana biləcək əlavə (məs. konvertasiya haqqı və s.) xərclər Bank tərəfindən qarşılanmır.
7.2 Bank birtərəfli qaydada səbəbi, xüsusi və fors-major halları çıxma şərti ilə, müştəriyə açıqlanmaqla kart üçün daxil xxxx müraciətdən imtina edə bilər. Bu halda Müştəri tərəfindən ödənilmiş xidmət xxxxx xxxx qaytarılacaqdır.
7.3 Şübhəli xxxxxx xxxxx olunduqda Bank Keşbeklərin hesablanmasından səbəbi, xüsusi və fors-major halları çıxma şərti ilə, müştəriyə açıqlanmaqla imtina edə bilər.
7.4 Bəzi hallarda Müştəridən daxil xxxx xxxxxx yenilənməsi və/ya uzadılması sorğusuna səbəbi, xüsusi və fors-major halları çıxma şərti ilə, müştəriyə açıqlanmaqla Bank tərəfindən imtina verilə bilər.
7.5 Müqavilə müddəti ərzində Bank Müştərinin şəxsi məlumatlarını yenidən yoxlaması hüququna malikdir.
7.6 Bank Müştəri ilə bağlanan müqavilənin müddəti ərzində öz hesablamalarının təkrar yoxlanılılmasını həyata keçirə bilər və xxx xxxxx müvafiq düzəlişləri edə bilər.
7.7 Müştəri xxxxxxxxx.xx saytında dərc olunan xxxx təlimata əməl etmədikdə hesablanmış Keşbeklər birtərəfli qaydada ləğv edilə bilər və Bankın qərarı ilə Müştəri ilə münasibətlər dayandırıla bilər.
7.8 Hər hansı şübhəli hal yarandığı halda (Keşbeklərin oğurlanması və s.) onun araşdırılması üçün Müştəri Bankın Fərdi Müştərilərə Dəstək qrupuna müraciət edə bilər, beləliklə, Keşbekdə düzəliş üçün müraciətlər Müştəri Sorğularının İdarəolunması komandasına yönləndiriləcək və müvafiq məsul bölmələrdə 4-göz prinsipi ilə yoxlanacaqdır.
Əlavə 1
MCC kodlar üzrə Keşbeklərin hesablanmasını istisna edən ödənişlər
MCC Code | Definition |
1100 | HÖP – ASAN |
4011 | Dəmiryolları - Xxx |
4111 | Nəqliyyat – Şəhərətrafı və Ölkədaxili Sərnişin Gediş-gəlişləri, Bərə Nəqliyyatı |
4112 | Sərnişin Dəmir Yolları |
4131 | Avtobus Xətləri, Tur Avtobusları |
4829 | Pul Köçürmələri |
4900 | Elektrik, Qaz, Sanitariya və Su Təsərrüfatı |
5993 | Siqar, Tütün Məhsulları |
6010 | Maliyyə Təşkilatları - Nağd Ödənişlər |
6011 | Maliyyə Təşkilatları - Avtomatlaşdırılmış Nağd Ödəmələr |
6012 | Maliyyə Təşkilatları – Ticarət və Xidmətlər |
6050 | Quasi Cash (Nağd bənzəri) — Üzv Maliyyə Təşkilatları |
6051 | MasterCard - Quasi Cash (Nağd bənzəri) – Satış, Visa – Qeyri-Maliyyə Təşkilatları - Xarici Valyuta, Pul Sifarişləri (köçürmələr aid deyil) və Səyahət Çekləri |
6211 | Qiymətli Kağızlar – Brokerlər və Satıcılar – Alış-satış |
6529 | Quasi Cash (Nağd bənzəri) — Müddəti Saxlanılmış Dəyər Yükü – Maliyyə İnstitutları |
6530 | Quasi Cash (Nağd bənzəri) — Müddəti Saxlanılmış Dəyər Yükü – Ticarət |
6531 | Ödəniş Xidməti Təchizatçıları |
6532 | Ödəniş Əməliyyatları – Üzv |
6533 | Ödəniş Əməliyyatları – Ticarət |
6536 | Pul Köçürmələri - Yerli MasterCard MoneySend |
6537 | Pul Köçürmələri – Beynəlxalq MasterCard MoneySend |
6538 | Pul Köçürmələri - MasterCard MoneySend Maliyyələşdirmələri |
6540 | POI Maliyyələşdirmə Əməliyyatları |
7273 | Yetkin Tanışlıq Xidmətləri |
7800 | Dövlətə məxsus Lotereya (yalnız ABŞ Bölgəsi) |
7801 | İnternet Qumar |
7802 | Hökumət Lisenziyalı At / İt Yarışı |
7841 | Video Əyləncə Xxxxxx Xxxxxxxxxx (böyüklər üçün məzmun) |
7995 | Lotereya Biletləri, Kazino Oyun Çipləri, Trek xarici və Yarış Treklərində Mərclər də daxil olmaqla Mərc Oyunları |
9211 | Aliment və Uşaq Pulu daxil olmaqla Məhkəmə Xərcləri |
9222 | Cərimələr |
9223 | Girov və İstiqraz Ödənişləri |
9311 | Vergi Ödənişləri |
9399 | Dövlət Xidmətləri (təsnif olunmayan növlər) |
9402 | Poçt Xidmətləri - Yalnız Hökumət |
9406 | Hökumətə məxsus Lotereya |
9754 | Qumar - At Yarışı, İt Yarışı |