AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
№ 401-IVQ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ MAKEDONİYA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA GÖMRÜK İŞİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ VƏ
QARŞILIQLI YARDIM HAQQINDA SAZİŞ
Bundan sonra Razılığa gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti,
Gömrük qanunvericiliyinin pozulmasının onların ölkələrinin iqtisadi, ticarət, maliyyə, ictimai, mədəni, sənaye və aqrar maraqlarına ziyan vurduğunu nəzərə alaraq;
Gömrük qanunvericiliyinin pozulmasına qarşı fəaliyyətin onların gömrük orqanları arasında sıx əməkdaşlıq yolu ilə daha səmərəli həyata keçirilə biləcəyinə əmin olaraq;
İdxal və ya ixrac zamanı toplanan gömrük rüsumları və digər vergilərin dəqiq müəyyən edilməsinin və qadağan, məhdudiyyət və nəzarət tədbirlərinin düzgün tətbiqinin, o cümlədən sonuncunun saxta xxxxxxx və qeydiyyata alınmış ticarət nişanlarına aid qanun və qaydaların həyata keçirilməsində təmin olunmasının əhəmiyyətini nəzərə alaraq;
Silahların, sursatların, partlayıcı maddələrin, zəhərli maddələrin, radioaktiv materialların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin əhalinin sağlamlığı və cəmiyyət üçün təhlükəli olduğunu nəzərə alaraq;
Birləşmiş Millətlər Təşkilatının himayəçiliyi ilə tərtib və düzəliş olunmuş 1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyanın və düzəliş olunmuş 1971-ci il tarixli Psixotrop maddələr haqqında Konvensiyanın, o cümlədən Birləşmiş Millətlər Təşkilatının düzəliş olunmuş 1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiyasının və onun Əlavəsinin müddəalarını nəzərə alaraq;
Həmçinin, Gömrük Əməkdaşlıq Şurasının müvafiq sənədlərini, xüsusilə də Qarşılıqlı İnzibati Yardım haqqında 5 dekabr 1953-cü il tarixli Tövsiyəsini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
ANLAYIŞLAR
Bu Sazişin məqsədləri üçün:
a) “Gömrük qanunvericiliyi” malların idxalı, ixracı, tranziti, saxlancı və dövriyyəsi, o cümlədən gömrük orqanlarının tətbiq etdiyi və topladığı gömrük rüsumlarına, vergilərə və ya digər yığımlara aid ödəmə vasitələri və ya qadağan, məhdudiyyət və ya nəzarət tədbirləri ilə bağlı Razılığa gələn Tərəflərin gömrük orqanlarının tətbiq etdiyi hüquqi və ya tənzimləyici müddəalarını;
b) “Gömrük orqanı” bu Maddənin “a” bəndində istinad edilən müddəaların həyata keçirilməsində səlahiyyəti xxxx Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini və Makedoniya Respublikasının Gömrük idarəsini;
c) “Gömrük qanunvericiliyinin pozulması” gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulmasını və ya pozulmasına cəhdi;
d) “Gömrük ödənişləri” göstərilən xidmətlərin təqribi dəyərinin məbləği ilə məhdudlaşan yığım və ödənişlər istisna olmaqla, gömrük qanunvericiliyinin tətbiqi ilə Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərində idxal və ixrac zamanı tətbiq olunan və toplanan bütün rüsumları, vergiləri, yığımlar və ya hər hansı digər ödənişləri;
e) “Məlumat” əsasən kompüterləşdirilmiş və ya kompüterləşdirilməmiş hesabatları, qeydləri, sənədləri, sənədləşmələri və onların təsdiq olunmuş surətlərini;
f) “Şəxs” kontekst başqa cür tələb etmirsə, hər hansı fiziki və ya hüquqi şəxsi;
g) “Şəxsi məlumat” müəyyən olunmuş və ya müəyyən oluna bilən şəxs barədə hər hansı məlumatı;
h) “Narkotik vasitələr” Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələr haqqında düzəliş olunmuş 1961-ci il tarixli Vahid Konvensiyasının I və II siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddəni və o cümlədən, milli qanunvericilikdə narkotik vasitələrə aid edilən hər hansı maddəni;
i) “Psixotrop maddələr” Birləşmiş Millətlər Təşkilatının Psixotrop maddələr haqqında düzəliş olunmuş 1971-ci il tarixli Konvensiyasının I, II, III və IV siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddəni və ya hər hansı təbii materialı, o cümlədən milli qanunvericilikdə psixotrop maddələrə aid edilən hər hansı maddəni;
j) “Prekursorlar” Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında düzəliş olunmuş 1988-ci il tarixli Konvensiyasının Əlavəsinə daxil edilmiş kimyəvi maddələri;
k) “Nəzarətli göndəriş” gömrük qanunvericiliyinin pozulması ilə əlaqəsi xxxx şəxslərin aşkarlanması və müəyyən edilməsi məqsədilə, qanunsuz və ya şübhəli bilinən narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının mal partiyalarının və ya onları əvəz edən digər maddələrin, o cümlədən qanunsuz olaraq daşınan digər malların Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərindən əvvəlcədən əldə edilmiş qarşılıqlı razılıq əsasında səlahiyyətli orqanların məlumatı daxilində və onların nəzarəti altında aparılmasını, keçirilməsini və ya gətirilməsinə icazə verilməsi metodunu;
l) “Sorğu göndərən gömrük orqanı” gömrük məsələlərində yardım üçün Razılığa gələn Tərəfin sorğu edən gömrük orqanını;
m) “Sorğu xxxx gömrük orqanı” gömrük məsələlərində yardım üçün Razılığa gələn Tərəfin sorğu xxxx gömrük orqanını bildirir.
Maddə 2
ƏMƏKDAŞLIĞIN MƏQSƏDİ
Razılığa gələn Tərəflər bu Saziş çərçivəsində və öz dövlətlərinin qanunvericiliklərinə və qoşulduqları beynəlxalq müqavilələrə uyğun olaraq, gömrük qanunvericiliyinə düzgün riayət olunmasını təmin etmək, gömrük qanunvericiliyinin pozulmasının və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, o cümlədən digər malların qanunsuz dövriyyəsinin qarşısını almaq, eləcə də araşdırmaq və onlara qarşı mübarizə aparmaq məqsədilə əməkdaşlıq edəcəklər.
Maddə 3
SAZİŞİN ƏHATƏ DAİRƏSİ
1. Razılığa gələn Tərəflər öz gömrük orqanları vasitəsilə və bu Sazişdə göstərilən müddəalara müvafiq olaraq:
a) gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsinin təmin edilməsi məqsədilə;
b) gömrük rüsumları, vergilər və digər ödənişlərin düzgün təyin edilməsini, həmçinin malların tarif kodlarının, dəyər və mənşəyinin düzgün müəyyənləşdirilməsini təmin etmək məqsədilə;
c) gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, araşdırılması, onunla mübarizənin və təhqiqatının aparılması məqsədilə;
d) gömrük qanunvericiliyinin tətbiqinə dair sənədlərin çatdırılması/bildirilməsi ilə bağlı hallarda bir-birinə yardım göstərirlər.
2. Bu Saziş çərçivəsində yardım, sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq və sorğu xxxx gömrük orqanının səlahiyyətləri və mövcud imkanları çərçivəsində təmin edilir. Zəruri olduğu təqdirdə, sorğu xxxx gömrük orqanı yardımın başqa səlahiyyətli orqan tərəfindən onun səlahiyyətlərinə və sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq təmin edilməsini təşkil edə bilər.
3. Bu Saziş gömrük rüsumlarının, vergilərin və digər hər hansı ödənişlərin qaytarılmasını nəzərdə tutmur.
4. Bu Saziş Razılığa gələn Tərəflərin qoşulduqları cinayət məsələlərində hüquqi yardım haqqında beynəlxalq konvensiya və sazişlər də daxil olmaqla, gömrük əməkdaşlığı haqqında beynəlxalq sazişlərin tətbiqinə təsir etmir.
Maddə 4
YARDIMIN ƏHATƏ DAİRƏSİ
1. Razılığa gələn Tərəflərin gömrük orqanları milli qanunvericiliklərinə uyğun olaraq, sorğu olunduğu təqdirdə, araşdırmadan sonra və ya əvvəl zərurət yaranarsa, gömrük rüsumlarının və vergilərinin düzgün toplanmasının təmin olunmasına imkan verən və xüsusilə aşağıdakıların həyata keçirilməsini sadələşdirən məlumatları mübadilə edirlər:
a) malların gömrük rüsumuna cəlb olunan dəyərinin, tarif kodlarının və mənşəyinin müəyyən edilməsi;
b) qadağan, məhdudiyyət və nəzarətlə bağlı müddəaların həyata keçirilməsi;
2. Sorğu xxxx gömrük orqanı sorğu əsasında, gömrük qanunvericiliyinin pozulmasına dair araşdırmalarla əlaqəli xxxx və həmin Razılığa gələn Tərəfin dövlətinin milli gömrük qanunvericiliyi və prosedurlarla bağlı bütün məlumatları təmin edir.
3. Gömrük orqanları sorğu əsasında və ya öz təşəbbüsləri ilə gömrük qanunvericiliyinin düzgün tətbiq olunmasına və gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınmasına, araşdırılmasına və aradan qaldırılmasına yardım
edən məlumat və sənədlərlə bir-birini təmin edirlər.
4. Hər hansı bir gömrük orqanı digər gömrük orqanının adından araşdırma apararkən o, bu araşdırmaları özü üçün və ya həmin Razılığa gələn Tərəfin digər orqanının sorğusu əsasında həyata keçirdiyi kimi hərəkət edir.
5. Sorğu xxxx gömrük orqanının sorğunu icra etmək üçün müvafiq orqan olmadığı halda o, onu dərhal müvafiq orqana ötürür və həmin orqanla əməkdaşlıq etməyə səy göstərir.
Maddə 5
YARDIM GÖSTƏRİLMƏSİ HALLARI
Gömrük orqanları öz təşəbbüsləri ilə və ya sorğu əsasında bir-birini aşağıdakı məlumatlarla təmin edirlər:
a) Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisinə idxal edilmiş malların digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindən qanuni ixrac olunub-olunmaması və əgər mövcuddursa, malların yerləşdirildiyi gömrük proseduru;
b) Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisindən ixrac olunmuş malların digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə qanuni idxal olunub- olunmaması və əgər mövcuddursa, malların yerləşdirildiyi gömrük proseduru;
Maddə 6
XÜSUSİ NƏZARƏT
1. Sorğu əsasında, sorğu xxxx gömrük orqanı öz səlahiyyətləri və imkanları daxilində aşağıdakılar barədə məlumatları təmin edir və onlar üzərində xüsusi nəzarət aparır:
a) sorğu göndərən gömrük orqanına gömrük qanunvericiliyini pozması məlum xxxx və ya bunu etməkdə şübhəli bilinən şəxslərin, xüsusilə sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil xxxx və həmin ərazini tərk edən şəxslərin hərəkəti;
b) sorğu göndərən gömrük orqanı tərəfindən həmin Razılığa gələn Tərəfin dövlətinin ərazisinə və ya ərazisindən qanunsuz dövriyyədə olmasının şübhə doğurduğu bildirilən malların hərəkəti;
c) sorğu göndərən gömrük orqanına hər hansı Razılığa gələn Tərəfin dövlətinin gömrük qanunvericiliyinin pozulmasında istifadə edildiyi məlum xxxx və ya bunda şübhəli bilinən nəqliyyat vasitələri;
d) sorğu göndərən gömrük orqanı tərəfindən hər hansı Razılığa gələn Tərəfin dövlətinin gömrük qanunvericiliyinin pozulmasında istifadəsi şübhəli bilinən malların saxlancı üçün istifadə olunan yerlər.
2. Razılığa gələn Tərəflərin gömrük orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakıların qarşısını alır:
a) Razılığa gələn Tərəflər arasında qanuni ticarətdə nəzərdə tutulmuş məqsədlərdən kənar istifadə olunması üçün digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə ixrac olunacağı bilinən və ya buna əsaslı şəkildə şübhə doğuran malların ixracı;
b) digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə idxalı qadağan xxxx malların ixracı.
Maddə 7
XÜSUSİ ƏHƏMİYYƏTLİ MALLARIN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI FƏALİYYƏT
Gömrük orqanları öz təşəbbüsləri və ya sorğu əsasında və gecikdirmədən, Razılığa gələn Tərəflərdən birinin dövlətinin gömrük qanunvericiliyini pozan, yaxud pozduğu xxxxx edilən törədilmiş və ya planlaşdırılan fəaliyyətlər barədə, xüsusilə aşağıdakıların hərəkəti sahəsində bütün müvafiq məlumatlarla bir-birini təmin edirlər:
a) silahlar, sursatlar və partlayıcı maddələr;
b) Hər iki Razılığa gələn Tərəfin dövlətinin üzv olduğu müvafiq beynəlxalq müqavilələrə və çoxtərəfli razılaşmalara və ya rejimlərə və/yaxud yayılmama haqqında razılaşdırılmış öhdəliklərə uyğun olaraq nəzarət altında xxxx həssas və strateji mallar;
c) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları;
d) Razılığa gələn Tərəflərdən biri üçün mühüm tarixi, mədəni və ya arxeoloji dəyərə malik incəsənət və əntiq əşyaları;
e) zəhərli maddələr, radioaktiv materiallar, o cümlədən ətraf mühit və ya sağlamlıq üçün təhlükəli mallar və maddələr;
f) yüksək rüsumlara və ya vergilərə cəlb olunan mallar, xüsusilə spirtli içkilər və tütün məhsulları;
g) əqli mülkiyyət hüquqlarmı pozan mallar.
Maddə 8
NƏZARƏTLİ GÖNDƏRİŞ
1. Gömrük orqanları silahların, sursatların, partlayıcı maddələrin, zəhərli maddələrin, radioaktiv materialların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, o cümlədən qanunsuz daşınan digər malların qanunsuz dövriyyəsi ilə əlaqədar şəxslərin müəyyən edilməsi və onlara qarşı hüquqi tədbirlərin görülməsi məqsədilə nəzarətli göndərişin müvafiq istifadəsinə icazə vermək üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görürlər. Nəzarətli göndərişin istifadəsinə dair qərarın qəbul edilməsi gömrük orqanının səlahiyyətləri daxilində deyilsə o, bu səlahiyyətə malik milli orqanlarla əməkdaşlığa başlayır və ya işi həmin orqana ötürür.
2. Nəzarətli göndərişin istifadəsinə dair qərarlar hər bir hal üzrə və zərurət yarandıqda, xüsusi halla əlaqədar olaraq əldə edilmiş hər hansı razılıq və ya müqavilələrə uyğun olaraq qəbul edilir. Onlar zərurət yarandıqda, səlahiyyətli milli orqanları arasında əldə edilmiş maliyyə razılaşmalarını və anlaşmalarını, milli qanunvericiliklərinə uyğun olması şərti ilə nəzərə ala bilərlər.
3. Nəzarətli göndərişi razılaşdırılmış qanunsuz xxx partiyaları səlahiyyətli orqanların qarşılıqlı razılığı ilə dayandırıla və silahların, sursatların, partlayıcı maddələrin, zəhərli malların, radioaktiv materialların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, o cümlədən digər malların toxunulmaz olaraq
və ya şərtlər təmin olunarsa, yerindən götürülmüş, yaxud tam və ya qismən yeri dəyişdirilmiş halda davam etdirilməsinə icazə verilə bilər.
Maddə 9
YARDIM ÜÇÜN SORĞULARIN FORMASI VƏ MAHİYYƏTİ
1. Bu Sazişə uyğun olaraq sorğular yazılı şəkildə verilir. Onlar sorğunun icrasına imkan yaratmaq üçün xxxxx xxxx sənədlərlə müşayiət edilir. Təxirəsalınmaz hallarda tələb olunduqda şifahi sorğular da qəbul edilə bilər, xxxxx onlar dərhal yazılı şəkildə təsdiq edilməlidir.
2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq sorğulara aşağıdakı məlumatlar daxil edilir:
a) sorğu edən gömrük orqanı;
b) sorğu olunan tədbir;
c) sorğunun obyekti və səbəbi;
d) müvafiq qanunlar, qaydalar və digər hüquqi elementlər;
e) araşdırmaların obyekti xxxx şəxslər barədə mümkün qədər dəqiq və müfəssəl məlumatlar;
f) 9-cu maddədə nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq faktların və artıq həyata keçirilmiş sorğuların qısa məzmunu.
3. Yardım üçün sorğular ingilis dilində təqdim edilir.
4. Əgər sorğu bu maddənin 2-ci və 3-cü bəndlərinin formal tələblərinə cavab vermirsə, onun düzəlişi və ya tamamlanması tələb edilə bilər, buna baxmayaraq, ehtiyat tədbirlərinin görülməsi tələb oluna bilər.
Maddə 10
ÇATDIRILMA/SƏNƏDLƏR BARƏDƏ BİLDİRİŞ
1. Bir Razılığa gələn Tərəfin gömrük orqanının sorğusu əsasında digər Razılığa gələn Tərəfin gömrük orqanı onun dövlətinin ərazisində yaşayan və ya qeydiyyatda xxxx əlaqədar şəxslərə gömrük qanunvericiliyinin tətbiqində inzibati orqanlar tərəfindən həyata keçirilən tədbirlər və qərarlarla bağlı sənədlər haqda bildiriş verir,
2. Sənədlər barədə bildiriş sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə uyğun verilir. Buna baxmayaraq, sənədlər barədə bildiriş, sorğu xxxx Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd hesab edilməməsi şərtilə sorğuda xxxx forma və ya xxxxx xxxxx olaraq da verilə bilər.
3. Bildiriş barədə sübut, əlaqədar şəxs tərəfindən tarix qoyulmuş və imzalanmış təsdiq sənədi və ya sorğu xxxx Razılığa gələn Tərəfin səlahiyyətli orqanının, üzərində bildirişin üsulu və tarixi qeyd edilmiş sertifikatı formasında ola bilər.
Maddə 11
ARAŞDIRMALAR
1. Əgər bir gömrük orqanı sorğu göndərərsə, digər gömrük orqanı sorğu
göndərən gömrük orqanının dövlətinin gömrük qanunvericiliyinə xxxx xxxx, yaxud zidd olduğu xxxxx edilən əməliyyatlar barədə araşdırmalara başlayır və o, belə araşdırmaların yekunları barədə sorğu göndərən gömrük orqanına məlumat verir.
2. Bu araşdırmalar sorğu xxxx gömrük orqanının dövlətinin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Sorğu xxxx gömrük orqanı öz adından fəaliyyət göstərdiyi kimi hərəkət edir.
3. Yazılı sorğu əsasında, sorğu göndərən gömrük orqanı tərəfindən xüsusi olaraq təyin olunmuş əməkdaşlar sorğu xxxx gömrük orqanının razılığı ilə və sonuncunun tətbiq edə biləcəyi şərtlər əsasında gömrük qanunvericiliyinin pozulmasının araşdırılması məqsədilə:
a) gömrük qanunvericiliyinin pozulması ilə bağlı məlumatı sorğu xxxx gömrük orqanının ofislərindən əldə edə bilər;
b) sorğu xxxx gömrük orqanının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində apardığı və sorğu göndərən gömrük orqanına aid xxxx araşdırmada iştirak edə bilər.
4. Sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin gömrük orqanının əməkdaşı sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisində bu Sazişə müvafiq olaraq yalnız məsləhətçi qismində çıxış edir və heç bir halda təhqiqatda fəal şəkildə iştirak etmir və ya sorğu xxxx Razılığa gələn Tərəfin milli qanunvericiliyinə əsasən sorğu xxxx gömrük orqanının əməkdaşlarına verilmiş hüquqi və təhqiqat səlahiyyətlərinə malik olmur.
Maddə 12
İŞ VƏ SƏNƏDLƏR
1. Bir Razılığa gələn Tərəfin gömrük orqanı öz təşəbbüsü ilə və ya sorğu əsasında, digər Razılığa gələn Tərəfin gömrük orqanını həmin Razılığa gələn Tərəfin dövlətinin gömrük qanunvericiliyini pozan və ya pozması şübhə doğuran, tamamlanmış və ya planlaşdırılan əməliyyatlara dair bütün mümkün məlumatları əhatə edən hesabatlarla, dəlillər haqda qeydlərlə və ya sənədlərin təsdiq olunmuş surətləri ilə təmin edir.
2. Bu Sazişdə nəzərdə tutulan sənədlər eyni məqsəd üçün istənilən formada hazırlanan kompüterləşdirilmiş məlumat ilə əvəz edilə bilər. Məlumat və sənədlərin şərhi və ya istifadəsi üçün bütün müvafiq materiallar eyni zamanda təqdim edilməlidir.
3. İş və sənədlərin əsli yalnız təsdiq olunmuş surətlər kifayət olmadığı hallarda sorğu edilir.
4. Bu Sazişə əsasən alınmış iş və sənədlərin əsli mümkün xxxx ən qısa zamanda xxxx qaytarılır.
Maddə 13
EKSPERTLƏR VƏ ŞAHİDLƏR
1. Sorğu xxxx gömrük orqanı, gömrük qanunvericiliyinin pozulması ilə bağlı Razılığa gələn Tərəflərdən birinin dövlətinin səlahiyyətli orqanının sorğusu əsasında, mümkün olduqda, öz vəzifəli şəxslərinə onların razılığı ilə, sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində törədilmiş hüquqpozmalara dair məhkəmələrdə və ya inzibati işlərdə səlahiyyətli məhkəmə və ya inzibati orqanlar qarşısında rəsmi
vəzifələrinin icrası zamanı müəyyən etdikləri faktlarla bağlı ekspert və ya xxxxx qismində iştirak etmək və ifadə vermək üçün səlahiyyət verə bilər. İştirak üçün sorğuda vəzifəli şəxsin hansı işdə və hansı qisimdə iştirak etməli olduğu dəqiq göstərilməlidir.
2. Sorğunu qəbul edən gömrük orqanı, tələb olunduqda, öz vəzifəli şəxslərinin dəqiq olaraq hansı çərçivədə şahidlik edə biləcəklərini verilmiş icazədə qeyd edir.
3. Gömrük əməkdaşlarının ekspert və xxxxx qismində çıxış etmələri üçün sorğular Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliklərinə və hər iki dövlətin iştirakçısı olduğu beynəlxalq saziş və konvensiyalara uyğun olaraq edilir.
Maddə 14
VƏZİFƏLİ ŞƏXSLƏRİN SƏFƏRLƏRİNİN TƏŞKİL OLUNMASI
Bu Sazişdə nəzərdə tutulan hallarda, bir Razılığa gələn Tərəfin gömrük orqanının vəzifəli şəxsləri digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olarkən hər zaman öz vəzifə səlahiyyətlərinin sübutunu təqdim etmək iqtidarında olmalıdırlar. Onlar xidməti geyimdə olmamalı və silah daşımamalıdırlar. Sorğu göndərən Razılığa gələn Tərəf öz dövlətinin ərazisində olduqları müddətdə vəzifəli şəxslərin şəxsi təhlükəsizliyinin müdafiəsi üçün zəruri xxxx bütün tədbirləri görməkdə məsuliyyət daşıyır. Bu vəzifəli şəxslərin nəqliyyat və gündəlik xərcləri sorğu göndərən gömrük orqanı tərəfindən qarşılanır.
Maddə 15
MƏLUMAT VƏ SƏNƏDLƏRİN İSTİFADƏSİ
1. Əldə olunmuş məlumatlar, sənədlər və digər yazışmalar bu Sazişin məqsədləri üçün istifadə olunur və yalnız məlumatı təqdim edən gömrük orqanından əvvəlcədən alınmış yazılı razılıq əsasında və bu orqan tərəfindən müəyyən edilən məhdudiyyətlərə əsaslanaraq başqa məqsədlər üçün istifadə oluna bilər. Bu müddəalar narkotik vasitələrə və psixotrop maddələrə aid hüquqpozmalarla bağlı məlumatlara, sənədlərə və digər yazışmalara münasibətdə tətbiq olunmur. Belə məlumatlar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə birbaşa iştirak edən digər orqanlara ötürülə bilər. Bununla belə, bu məlumatlar sorğu xxxx gömrük orqanının əvvəlcədən yazılı razılığı olmadan üçüncü ölkələrə ötürülmür.
2. Bu Sazişə uyğun olaraq istənilən formada ötürülən hər hansı məlumat konfidensial xarakterlidir. Bu məlumata konfidensiallıq təminatı verilir və o, məlumatları xxxx Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə müvafiq olaraq eyni xarakterli məlumatlara və sənədlərə şamil olunan mühafizəyə malikdir.
3. Bu maddənin 1-ci bəndi, gömrük qanunvericiliyinə riayət edilmədiyinə görə sonradan başlanan hər hansı təhqiqat prosesində, məhkəmə və ya inzibati işlərdə hüquqpozmalara dair məlumatlardan istifadəyə maneə olmur.
4. Şəxsi məlumatlar bu Sazişə əsasən mübadilə olunduqda, Razılığa gələn Tərəflər bu Sazişin ayrılmaz hissəsi xxxx və onun Əlavəsinin prinsiplərinin tətbiqindən irəli gələn məlumatı mühafizə standartlarına ən azı ekvivalent xxxx məlumatı müdafiə standartı ilə təmin edirlər.
Maddə 16
MƏLUMAT VƏ SƏNƏDLƏRİN DƏLİL KİMİ İSTİFADƏSİ
1. Gömrük orqanları bu Sazişin məqsədlərinə uyğun olaraq və onun tətbiq dairəsi çərçivəsində dəlil haqda qeydlərində, hesabatlarında, xxxxx ifadələrində və məhkəmə qarşısına çıxanları işlərində bu Sazişə uyğun olaraq əldə edilmiş məlumat və sənədlərdən dəlil kimi istifadə edə bilər.
2. Belə məlumat və sənədlərin məhkəmələrdə dəlil kimi istifadə olunması və onlara veriləcək əhəmiyyət Razılığa gələn Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Maddə 17
YARDIM GÖSTƏRMƏK ÖHDƏLİYİNDƏN İSTİSNALAR
1. Əgər bir Razılığa gələn Tərəfin sorğu xxxx gömrük orqanı ondan sorğu edilən yardımın yerinə yetirilməsinin həmin Razılığa gələn Tərəfin dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə, ictimai asayişinə və ya digər mühüm maraqlarına zərər gətirəcəyini, yaxud sənaye, kommersiya və ya peşə sirrinin pozulmasına səbəb olacağını, yaxud onun daxili hüquq sisteminin əsas prinsiplərinə zidd olacağını hesab edirsə, o, bu Saziş əsasında tələb olunan yardımı təmin etməkdən imtina edə və ya onu qismən təmin edə, yaxud onu müəyyən şərtlər və ya tələblər əsasında təmin edə bilər.
2. Əgər sorğu göndərən gömrük orqanı, sorğu xxxx gömrük orqanı tərəfindən oxşar sorğunun göndərildiyi halda onu həyata keçirə bilməzsə, o öz sorğusunda bu fakta diqqət çəkir. Belə sorğunun yerinə yetirilməsi sorğu xxxx gömrük orqanının ixtiyarındadır.
3. Sorğu xxxx gömrük orqanı tərəfindən yardımın göstərilməsi həmin yardımın davam edən araşdırma, təhqiqat və ya prosesə maneə olması səbəbindən təxirə salına bilər. Belə halda, sorğu xxxx gömrük orqanı, özünün müəyyən etdiyi şərtlər və ya tələblərə uyğun olaraq sorğu göndərən gömrük orqanı ilə yardım edilməsinin mümkünlüyü barədə məsləhətləşir.
4. Gömrük orqanları yardımın göstərilməsindən imtina edildiyi və ya yardımın təxirə salındığı hallarda, imtina və ya təxirə salma səbəblərini qeyd etməklə bir-birini məlumatlandırırlar.
Maddə 18 XƏRCLƏR
l. Gömrük orqanları hökumət məmurları olmayan ekspertlərə və şahidlərə, o cümlədən şifahi və yazılı tərcüməçilərə çəkilən xərclər istisna olmaqla, bu Sazişin həyata keçirilməsində çəkilmiş və sorğu göndərən gömrük xxxxxx tərəfindən ödənilməli xxxx xərclərin əvəzinin ödənilməsi ilə bağlı bütün iddialardan imtina edir.
2. Sorğunun icrası üçün əlavə və ya əvvəlcədən nəzərdə tutulmamış xərclər tələb olunur və ya olunarsa, Razılığa gələn Tərəflər sorğunun icra edilmə şərtlərini, o
cümlədən xərclərin hansı qaydada ödəniləcəyini müəyyən etmək üçün məsləhətləşirlər.
Maddə 19
SAZİŞİN HƏYATA KEÇİRİLMƏSİ
1. Bu Sazişə əsasən yardım, Razılığa gələn Tərəflərin gömrük orqanları arasında birbaşa olaraq mübadilə edilir.
2. Gömrük orqanları bu Sazişin tətbiqini asanlaşdırmaq üçün müfəssəl hazırlıq tədbirləri barədə qərar qəbul edir.
3. Gömrük orqanları gömrük qanunvericiliyinin pozulmasının araşdırılması və ya aradan qaldırılmasında məsul xxxx vəzifəli şəxslərinin bir-biri ilə şəxsi və birbaşa əlaqələrini daxili inzibati prosedurlara uyğun şəkildə qurmaları üçün müvafiq tədbirlər görə bilər.
4. Bu Sazişin həyata keçirilməsi və şərhi ilə bağlı bütün mübahisəli məsələlər Razılığa gələn Tərəflərin gömrük orqanları arasında danışıqlar yolu ilə həli olunur. Qarşılıqlı həlli tapılmayan mübahisələr diplomatik kanallar vasitəsilə həll edilir.
5. Bu Sazişdə nəzərdə tutulan məlumatlar hər bir gömrük orqanı tərəfindən bu məqsəd üçün xüsusi təyin olunmuş vəzifəli şəxslərə ötürülür.
Maddə 20
ƏRAZİ ÜZRƏ TƏTBİQ EDİLMƏ
Bu Saziş Azərbaycan Respublikasının gömrük ərazisində və Makedoniya Respublikasının gömrük ərazisində tətbiq olunur.
Maddə 21
ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında, bu Sazişə ayrı-ayrı protokollarla rəsmiləşdirilən və onun ayrılmaz hissəsi xxxx əlavə və dəyişikliklər edilə bilər. Həmin protokollar, bu Sazişin 22-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 22
QÜVVƏYƏ MİNMƏ VƏ LƏĞV EDİLMƏ
1. Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsi üçün bütün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə bir- birinə məlumat verirlər. Saziş sonuncu bildiriş alındıqdan altmış gün sonra qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Hər bir Razılığa gələn Tərəf diplomatik kanallar vasitəsilə göndərilən yazılı bildirişlə bu Sazişi ləğv edə bilər.
3. Ləğv etmə, digər Razılığa gələn Tərəfin belə bildirişi almasından altı ay sonra qüvvəyə minir.
4. Sazişin ləğv edilməsi zamanı davam edən işlər bu Sazişin müddəalarına uyğun olaraq, mümkün olduğu qədər sona çatdırılır.
Buna təsdiq olaraq, müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edən nümayəndələr bu Sazişi imzaladılar.
Bakı şəhərində 12 aprel 2012-ci il tarixdə, iki əsl nüsxədə, hər biri Azərbaycan, makedon və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
AZƏRBAYCAN RESPUBLİKASI | MAKEDONİYA RESPUBLİKASI |
HÖKUMƏTİ ADINDAN | HÖKUMƏTİ ADINDAN |
ƏLAVƏ
Razılığa gələn Tərəflərin gömrük orqanları tərəfindən şəxsi məlumatların ötürülməsi ilə əlaqədar yerinə yetirilən müddəalar
1. Gömrük orqanları əldə edilmiş şəxsi məlumatı yalnız həmin məlumatı verən gömrük idarəsinin müəyyən etdiyi məqsədlər və şərtlər əsasında istifadə edə bilər. Bu cür məlumatlar digər orqanlara yalnız məlumatı verən gömrük orqanının ilkin razılığı ilə ötürülə bilər.
2. Sorğu əsasında, məlumatı xxxx gömrük orqanı məlumatı verən gömrük orqanını bu cür məlumatlardan istifadə və belə istifadənin nəticələri barədə məlumatlandırır.
3. Gömrük orqanı ötürüləcək məlumatın düzgünlüyündən cavabdehdir. Əgər məlumat səhv və ya məxfi xarakterli olarsa, sorğu göndərən gömrük orqanı bu barədə dərhal məlumatlandırılır. Tələb olunarsa, Sorğu göndərən gömrük orqanı həmin məlumata düzəliş edir və ya onu məhv edir.
4. Gömrük idarəsi şəxsi məlumatların verilməsi və qəbul edilməsi ilə bağlı qeydiyyat aparır.
5. Gömrük orqanı qəbul edilmiş məlumatı icazəsiz əldə edilmədən, həmin məlumatı verən gömrük orqanının razılığı olmadan dəyişdirilmədən, həmçinin sonradan icazəsiz ötürülmədən müdafiə edir.
6. Məlumatı verən gömrük orqanı həmin məlumatın silinməsi üçün son müddət təyin edir. Şəxsi məlumat, təyin edilmiş son müddətdə və ya ondan istifadəyə artıq ehtiyacın olmadığı zaman silinir.
7. İstənilən halda bu Sazişin tətbiqi, şəxsi məlumatların istifadəsi Razılığa gələn Tərəflərin dövlətlərinin milli qanunvericiliyində təmin edildiyi kimi şəxslərin hüquqları və fundamental azadlıqları, o cümlədən onların özəl həyatı və şəxsiyyətinə hörmət əsasında həyata keçirilir.