S A Z İ Ş
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti,
dövlət pensiya təminatı (bundan sonra - pensiya təminatı) sahəsində əməkdaşlığın inkişaf etdirilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1
1. Bu Sazişin məqsədləri üçün istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:
1) vətəndaşlar:
Azərbaycan Respublikasında - Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan və Tərəflərdən birinin və ya hər ikisinin dövlətinin qanunvericiliyinin şamil olunduğu və ya olunan Tərəflərin dövlətlərinin vətəndaşları;
Belarus Respublikasında - Belarus Respublikası ərazisində daimi yaşayan və Tərəflərdən birinin və ya hər ikisinin dövlətinin qanunvericiliyinin şamil olunduğu və ya olunan Tərəflərin dövlətlərinin vətəndaşları;
2) qanunvericilik - bu Sazişin 2-ci maddəsində göstərilən sosial təminat sahələrini tənzimləyən qanunlar və digər normativ hüquqi aktlar;
3) yaşayış yeri:
Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla daimi və ya müvəqqəti yaşayış yeri kimi müəyyən edilən və ya hesab olunan yer;
Belarus Respublikasında - Belarus Respublikasının qanunvericiliyi ilə Belarus Respublikasının ərazisində qanuni əsaslarla daimi yaşayış yeri kimi müəyyən edilən və ya hesab olunan yer;
4) iş stajı (sığorta stajı) - Azərbaycan Respublikasında pensiya təminatı və Belarus Respublikasında pensiya sığortası üçün məcburi sığorta haqlarının ödənilməsi müddəti, eləcə də Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq iş stajına (sığorta stajına) bərabər tutulan istənilən digər müddətlər;
5) özüməşğul şəxslər - bu Sazişin 2-ci maddəsinin 1-3-cü bəndlərində göstərilən qanunvericiliyin şamil olunduğu fərdi (sərbəst) qaydada əmək fəaliyyəti ilə məşğul xxxx şəxslər;
6) səlahiyyətli orqanlar:
Azərbaycan Respublikasında:
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu - pensiya təminatına məcburi sığorta haqlarının yığımı, əmək pensiyalarının təyinatı, ödənilməsi, maliyyələşdirilməsi və Azərbaycan
Respublikasının hüdudlarından kənara pensiya ödənişlərinin həyata keçirilməsi məsələləri üzrə;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - əmək qabiliyyətinin itirilmə dərəcəsinin, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə tibbi müayinənin və təkrar müayinənin keçirilməsi sahəsində;
Belarus Respublikasında:
Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi - əmək pensiyalarının təyinatı və ödənilməsi məsələləri üzrə;
Belarus Respublikasının Səhiyyə Nazirliyi - əmək qabiliyyətinin itirilmə dərəcəsinin, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə tibbi müayinənin və təkrar müayinənin keçirilməsi sahəsində;
Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əhalinin Sosial Müdafiəsi Fondu
- pensiya sığortası üçün məcburi sığorta haqlarının yığımı, əmək pensiyalarının ödənişinin maliyyələşdirilməsi və Belarus Respublikasının hüdudlarından kənara pensiya ödənişlərinin həyata keçirilməsi məsələləri üzrə;
7) kompetent təşkilat (orqan) - vəzifələrinə əmək pensiyalarının təyinatı (hesablanması) və ödənilməsi və bu məqsədlər üçün məcburi sığorta haqlarının uçotunun aparılması daxil xxxx orqan və ya təşkilat.
2. Bu Sazişdə istifadə olunan digər terminlər müvafiq Tərəfin dövlətinin qanunvericiliyində müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2
1. Bu Saziş (bu maddənin 4-cü və 5-ci bəndlərində göstərilənlər istisna olmaqla) hər iki Tərəfin dövlətinin qanunvericiliyi ilə vətəndaşlara müəyyən edilmiş və ya müəyyən ediləcək pensiya təminatının bütün növlərinə şamil olunur;
2. Bu Saziş həmçinin Tərəflərin hər ikisinin dövlətlərinin qanunvericiliyi ilə tənzimlənən, Azərbaycan Respublikasında pensiya təminatı və Belarus Respublikasında pensiya sığortası üçün məcburi sığorta haqlarının ödənilməsi münasibətlərinə də şamil olunur.
3. Bu Saziş həmçinin yeni pensiya təminatı növü tətbiq edən və ya pensiyaları artımların, əlavələrin yeni növləri ilə tamamlayan Tərəflərin dövlətlərinin qanunvericiliyinə də şamil olunacaqdır. Göstərilən qanunvericiliyin qüvvəyə mindiyi gündən etibarən 3 (üç) ay müddətində səlahiyyətli orqanlar yeni növ pensiya təminatı və ya pensiyalara nəzərdə tutulan əlavələrin, artımların yeni növlərinin müəyyənləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə digər Tərəfin dövlətinin səlahiyyətli orqanlarını xəbərdar etməlidirlər.
4. Bu Saziş hərbi qulluqçular və Tərəflərin dövlətlərinin qanunvericiliyinə əsasən pensiya təminatında onlara bərabər tutulan şəxslərin, onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçilərin və onların ailə üzvlərinin pensiya təminatına şamil olunmur.
5. Azərbaycan Respublikasında sosial müavinətlər və Belarus Respublikasında sosial pensiyalar bu Sazişin predmeti deyildir.
Maddə 3
Tərəflər öz dövlətlərinin ərazisində daimi (Azərbaycan Respublikasında həmçinin müvəqqəti) yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən gəlmiş (köçmüş) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz vətəndaşları ilə eyni hüquqları verir.
Maddə 4
Bu Sazişə əsasən pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı həyata keçirən Tərəfin dövləti ödəyir.
II. QANUNVERİCİLİYİN TƏTBİQİ
Maddə 5
İşləyən və ya özüməşğul vətəndaşlara münasibətdə, onların yaşayış yerindən asılı olmayaraq, ərazisində iş və ya digər fəaliyyətin həyata keçirildiyi və həmin dövr ərzində Azərbaycan Respublikasında pensiya təminatı və Belarus Respublikasında pensiya sığortası üçün məcburi sığorta haqlarının ödənildiyi Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilir.
Bu maddənin birinci hissəsinin müddəalarına aşağıdakı istisnalar tətbiq olunur:
1) Bir Tərəfin dövlətinin qanunvericiliyi şamil olunan və digər Tərəfin dövlətinin ərazisinə müəyyən müddətə işləməyə göndərilən vətəndaşlara ezamiyyət müddəti 2 (iki) ildən xxx olmamaq şərti ilə birinci Tərəfin dövlətinin qanunvericiliyi şamil olunur. Səlahiyyətli orqanların fərdi qaydada qarşılıqlı razılaşmasına əsasən bu bəndin müəyyən etdiyi dövr 1 (bir) ildən xxx olmayaraq uzadıla bilər.
2) Diplomatik nümayəndəlik və konsulluqların işçilərinə, eləcə də nümayəndəliklərin şəxsi ev işçilərinə münasibətdə müvafiq olaraq 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası və 24 aprel 1963-cü il tarixli Konsul əlaqələri haqqında Vyana Konvensiyası tətbiq olunur.
3) Gəmi ekipajı üzvlərinə bayrağı altında üzdüyü Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilir. Yüklərin doldurulması və boşaldılması, gəmilərin təmiri və limanın mühafizə xidməti ilə bağlı işə qəbul olunan şəxslərə ərazisində limanın yerləşdiyi Tərəfin dövlətinin qanunvericiliyi şamil olunur.
4) Hər iki Tərəfin dövlətinin ərazisində beynəlxalq daşınmaları həyata keçirən hava nəqliyyatı, dəmir yolu və avtonəqliyyat şirkətlərində çalışan şəxslərə şirkətin ərazisində qeydiyyatda olduğu Tərəfin dövlətinin qanunvericiliyi şamil olunur.
III. PENSİYA TƏMİNATININ HƏYATA KEÇİRİLMƏSİ
Maddə 6
1. Hər bir Tərəfin dövləti bu Sazişin müddəalarını və özünün qanunvericiliyini tətbiq etməklə, yalnız öz ərazisində toplanmış iş stajına (sığorta stajına) görə əmək pensiyası təyin edir (hesablayır) və ödəyir.
Əmək pensiyası hüququ müəyyən olunarkən hər iki Tərəfin dövlətinin ərazisində əldə olunmuş iş stajı (sığorta stajı), eyni dövrə təsadüf etməsi halları istisna olmaqla, nəzərə alınır.
Xüsusi iş şəraitinə əsasən (Belarus Respublikasında həmçinin xidmət illərinə görə) əmək pensiyası hüququ müəyyən olunarkən, iş stajının qazanılma dövrlərinin üst-üstə düşməsi halları istisna olmaqla, Tərəflərin dövlətlərinin ərazilərində və qanunvericiliklərinə əsasən eyni şəraitdə, işlərdə, peşələrdə, vəzifələrdə, təşkilatlarda (idarələrdə) qazanılan iş stajı (sığorta stajı) nəzərə alınır.
2. Əmək pensiyalarının təyin olunması məqsədi ilə iş stajının (sığorta stajının) təsdiqlənməsi və hesablanması pensiya təyin edən Tərəfin dövlətinin qanunvericiliyinə əsasən həyata keçirilir.
3. Tərəflərin üçüncü dövlətlərlə imzaladıqları pensiya (sosial) təminatı haqqında müqavilələrdən (sazişlərdən) irəli gələn öhdəlikləri hər bir Tərəfin dövlətinin həmin müqavilələrdə
(sazişlərdə) pensiya hüququ üzrə iş stajının (sığorta stajının) uçotunun həmin Tərəfin dövləti üçün reqlamentləşdirilmiş həddində nəzərə alır.
Maddə 7
Əgər hər iki Tərəfin dövlətinin vətəndaşa təyin etdiyi əmək pensiyalarının ümumi məbləği vətəndaşın ərazisində yaşadığı Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq minimum pensiya məbləğinə çatmırsa, bu vaxt həmin Tərəfin dövləti öz qanunvericiliyinə uyğun minimum pensiya məbləğini təmin edən fərqi ödəyir. Pensiyanın minimal məbləğini təmin edən müvafiq fərq yalnız vətəndaşın bu fərqi ödəyən Tərəfin dövlətinin ərazisində yaşadığı halda ödənilir.
IV. KEÇİD MÜDDƏALAR
Maddə 8
Əmək pensiyalarının təyin olunması (hesablanması) və ödənilməsi bu Saziş qüvvəyə mindikdən sonra aşağıdakı qaydada aparılır:
1) 1991-ci il 31 dekabr tarixinədək keçmiş SSRİ dövlətləri ərazisində toplanmış iş stajına (sığorta stajına) görə əmək pensiyasını bununla bağlı müraciət olunan zaman vətəndaşın ərazisində yaşadığı Tərəfin dövləti öz qanunvericiliyinə uyğun olaraq təyin edir (hesablayır) və ödəyir;
2) 1991-ci il 31 dekabr tarixindən sonra Tərəflərin dövlətlərinin ərazilərində qazanılmış iş stajına (sığorta stajına) görə əmək pensiyasını hər bir Tərəfin dövləti milli qanunvericiliyinə əsasən öz ərazisində toplanmış iş stajına (sığorta stajına) uyğun olaraq təyin edir və vətəndaşın yaşayış yeri üzrə ödəyir.
Maddə 9
1. Bu Sazişin qüvvəyə minməsinə qədər təyin olunmuş pensiyalara bu Sazişin müddəalarına uyğun olaraq yenidən baxılmır.
2. Əgər bu Saziş qüvvəyə minənə qədər Tərəflərin dövlətlərindən biri digər Tərəfin dövlətinin ərazisində toplanmış iş stajı (sığorta stajı) nəzərə alınmadan (Azərbaycan Respublikasında fərdi uçot sisteminin tətbiqindən sonra əldə edilmiş iş stajı (sığorta stajı) əmək pensiyası təyin etmişdirsə, ərazisində həmin stajın toplandığı Tərəfin dövləti vətəndaşın yazılı müraciəti əsasında bu Sazişin müddəalarına və milli qanunvericiliyə uyğun olaraq ərizənin təqdim olunduğu aydan sonrakı ayın birindən, xxxxx Xxxxxxx qüvvəyə minməsindən əvvəl olmamaq şərti ilə pensiya təyin edir.
Maddə 10
1. Bu Saziş qüvvəyə mindikdən sonra onun tətbiqi ilə təyin olunmuş əmək pensiyasını xxxx pensiyaçı Tərəflərin dövlətlərinin əraziləri hüdudlarında köçdükdə:
1991-ci il 31 dekabr tarixinədək əldə edilmiş iş stajına (sığorta stajına) görə təyin edilmiş pensiyanın ödənişi pensiyaçının əvvəlki yaşayış yeri üzrə həmin Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş vaxtda dayandırılır. Pensiyaçının yeni yaşayış xxxx xxxx Tərəfin dövləti qeyd olunan iş stajına (sığorta stajına) görə pensiyanı pensiyaçının əvvəlki yaşayış yeri üzrə pensiya ödənişi dayandırıldığı aydan etibarən təyin edir.
Bu Sazişin 8-ci maddəsinin 2-ci bəndinə əsasən təyin edilmiş pensiyaların ödənişi dayandırılmır.
2. Bu Saziş qüvvəyə mindikdən sonra bu Sazişin qüvvəyə minməsindən əvvəl təyin olunmuş pensiya xxxx pensiyaçı Tərəfin dövlətlərinin əraziləri hüdudlarında köçdüyü halda, onun yeni yaşayış yeri üzrə pensiya təminatı olduğu Tərəfin dövlətinin qanunvericiliyinə uyğun həyata keçirilir.
V. TƏRƏFLƏRİN ƏMƏKDAŞLIĞI
Maddə 11
Pensiya təminatı üçün zəruri xxxx, Tərəflərin dövlətlərinin ərazilərində müəyyən olunmuş qaydada verilmiş sənədlər leqallaşdırılmadan qəbul edilir.
Tərəflərin dövlətlərinin dövlət dilində verilən sənədlərin tərcüməsinin təsdiqi qaydasını Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları müəyyən edirlər.
Maddə 12
Tərəflərin dövlətlərinin kompetent təşkilatları (orqanları) onların səlahiyyətli orqanları arasında razılaşma ilə müəyyən olunan qaydada bu Sazişin həyata keçirilməsi üçün əməkdaşlıq edirlər.
Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında razılaşdırılmayan məsələlər tərəflərarası danışıqların predmetidir.
Maddə 13
Bu Sazişin tətbiqi üçün Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları onun tətbiqinə dair razılaşma imzalayırlar.
Maddə 14
1. Əmək qabiliyyətinin itirilmə dərəcəsinin, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsi üçün keçirilən tibbi müayinə və təkrar müayinə vətəndaşların yaşadığı ərazi üzrə aparılır.
2. Əmək qabiliyyətinin itirilməsi dərəcəsi, əlillik qrupu və səbəbləri haqqında qərarı müvafiq pensiyanı ödəyən Tərəfin dövlətinin tibbi-sosial (tibbi-reabilitasiya) ekspert qurumu verir. Bu zaman Tərəflərin dövlətlərinin müvafiq orqanları tərəfindən verilən arayış, tibbi və digər sənədlər nəzərə alınır.
Maddə 15
1. Pensiyanın təyin edilməsi və ya onun məbləğinə yenidən baxılması haqqında bir Tərəfin dövlətinin qanunvericiliyinə əsasən verilmiş istənilən ərizə, həmçinin digər Tərəfin dövlətinin qanunvericiliyinə əsasən də verilmiş hesab edilir.
2. Bir Tərəfin dövlətinin qanunvericiliyinə əsasən müəyyən olunmuş vaxt ərzində həmin Tərəfin dövlətinin kompetent təşkilatına (orqanına) verilmiş ərizə və ya etiraz müəyyən olunmuş vaxt ərzində digər Tərəfin dövlətinin də kompetent təşkilatına (orqanına) verilmiş hesab edilir.
Maddə 16
Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları dövlətlərində qüvvədə xxxx qanunvericilik, ondakı dəyişikliklər barədə bir-birlərinə məlumat verirlər, həmçinin pensiya hüququ və onun məbləğinin müəyyənləşdirilməsi üçün zəruri xxxx xxxxxxxx müəyyən edilməsi məqsədi ilə tədbirlər görürlər.
Maddə 17
Bir Tərəfdən digər Tərəfə vətəndaşlar haqqında ötürülən istənilən məlumat məxfidir və yalnız bu Sazişin tətbiqi məqsədi ilə istifadə edilə bilər.
VI. YEKUN MÜDDƏALAR
Maddə 18
Bu Sazişin tətbiqi zamanı yaranan fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Maddə 19
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında onun ayrılmaz hissəsi xxxx və bu Sazişin 21-ci maddəsinin 1-ci bəndində müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 20
Tərəflərin dövlətlərinin birində səlahiyyətli orqan, kompetent təşkilat (orqan) və ya onların adları dəyişərsə, Tərəflər bu barədə diplomatik kanallar vasitəsilə bir-birlərini xəbərdar edirlər.
Maddə 21
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallarla sonuncu yazılı bildirişinin alınma tarixindən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.
3. Hər bir Tərəf digər Tərəfi yazılı şəkildə xəbərdar etməklə, bu Sazişi denonsasiya edə bilər.
Bu Sazişin müddəti bildirişdə göstərilən tarixdə, xxxxx bildirişin alınmasının növbəti günündən başlayaraq 6 (altı) aydan tez olmayaraq bitir.
4. Bu Saziş qüvvədə olarkən vətəndaşların əldə etdiyi hüquqlar Saziş denonsasiya olunduğu halda öz qüvvəsini itirmir.
Bu Saziş Bakı şəhərində 2013-cü il 21 noyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası | Belarus Respublikası |
Hökuməti | Hökuməti |