Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə Nümunə Maddələri

Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə xxxx qeydiyyat şəhadətnaməsi verir.
Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə. Müvafiq icra hakimiyyəti orqanı qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə xxxx qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir. Kollektiv nişana dair şəhadətnaməyə nişandan istifadə hüququ olanlar (birliyin üzvləri) barəsində məlumatlar da daxil edilir. Coğrafi göstəricidən istifadə hüququna dair şəhadətnamə coğrafi göstərici kimi iddia edilmiş nişanın qeydə alınması faktını və şəhadətnamə sahibinin göstərilən əmtəə və ya xidmətdən istifadə hüququnu təsdiq edir. Coğrafi göstərici barədə şəhadətnamə, qeydə alınmış coğrafi göstəricidən istifadəyə müstəsna hüquq vermir. Şəhadətnamə onun sahibinə həmin göstəricidən qanunsuz istifadəni qadağan etməyə dair tələb irəli sürmək hüququ verir. Əmtəə nişanı və coğrafi göstərici barədə şəhadətnamə reyestrdə qeydə alındığı tarixdən 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.‌

Related to Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;