Əlavələr və dəyişikliklər Nümunə Maddələri

Əlavələr və dəyişikliklər. Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edir və bu Anlaşma Memorandumunun 10-cu maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
Əlavələr və dəyişikliklər. Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 17-ci maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
Əlavələr və dəyişikliklər. Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan ayrıca Protokollar şəklində rəsmiləşdirilir və bu Sazişin 13-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

Related to Əlavələr və dəyişikliklər

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;