Ziyanların aradan qaldırılması üçün əsas Nümunə Maddələri

Ziyanların aradan qaldırılması üçün əsas. Hər hansı itki və zərər baş verən zaman sığorta ödənişi aşağıdakı əsasda həyata keçiriləcək: qalıq dəyəri çıxılmaqla həqiqi dəyəri, xxxxx, yalnız sığortalının zərər çəkdiyi məbləğ miqdarında və sığorta məbləğində göstərilən miqdarda, bu şərtlə ki, sığorta şəhadətnaməsinin qeyd-şərtləri və şərtləri yerinə yetirilmiş olsun. Sığortaçı yalnız ona təqdim edilən lazımi hesabların və ya sənədlərin köməyilə təmirin həyata keçirilməsinə və əvəz edilməsinə əmin olandan sonra ziyanın əvəzini ödəyir. Bütün təmir edilə bilən zədələr təmir edilməlidir: xxxxx, sığorta hadisəsi baş verdikdə, təmir xərcləri sığortalanmış əşyaların dəyərindən yuxarıdırsa, itkilərin aradan qaldırılması b) bəndində göstərildiyi qaydada həyata keçirilir. Sığortaçı ilkin təmir xərclərini yalnız yekun təmirin bir hissəsi olduğu halda və ümumi təmir xərcləri artmadığı halda ödəyir. Bu sığorta şəhadətnamə çərçivəsində mümkün dəyişikliklər, əlavələr və/və ya təkmilləşdirmə ilə əlaqədar xərclərin əvəzi ödənilmir.

Related to Ziyanların aradan qaldırılması üçün əsas

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: