XƏSTƏLİK VƏ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ Nümunə Maddələri

XƏSTƏLİK VƏ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ. Sığortalının sığorta müddəti ərzində xəstəlik və qəza nəticəsində ölümü halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə ödənilir. Bu sığorta növündə qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür. Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir: - Qəflətən və gözlənilmədən otağa xxxxx qazların tənəffüsündən baş verən ölüm hadisəsi; - Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması; - İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr; - Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.

Related to XƏSTƏLİK VƏ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;