Sığorta təminatının həcmi, sığorta riskləri Nümunə Maddələri

Sığorta təminatının həcmi, sığorta riskləri. Sığortalının mülki məsuliyyətinin həcmi qüvvədə xxxx beynəlxalq və milli nəqliyyat qanunvericiliyinin şərtlərinə müvafiq qaydada müəyyən olunur. Əgər tətbiq olunan qanunvericilikdə Sığortalının məsuliyyətinin yükün dəyəri elan olunduğu zaman, ya da daşıma/göndərilmə müqaviləsi üzrə tərəflərin razılığı əsasında arta biləcəyini nəzərdə tutan müddəa olarsa, onda məsuliyyətin bu cür artımı onun Sığorta müqaviləsində birbaşa göstərildiyi şərtlər daxilində sığortalanmış hesab olunur. Sığortaçı bu zaman əlavə sığorta haqqının ödənişini tələb etmək hüququna malikdir. Sığortalının məsuliyyətinin artması qanunvericiliyin tələblərinə uyğun olaraq, nəqliyyat sənədləri ilə rəsmiləşdirilməlidir. Bu Qaydalara müvafiq olaraq, aşağıdakı risklər bəyan olunur və sığorta təminatı ilə əhatə olunurlar:

Related to Sığorta təminatının həcmi, sığorta riskləri

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15