Sığorta haqqının hesablanması və ödənilməsi Nümunə Maddələri

Sığorta haqqının hesablanması və ödənilməsi. 36.1. Sığorta haqqının məbləği sığorta tarifləri əsasında müəyyən edilir. Əgər sığorta haqqı Sığortalının təqdim etdiyi hallara (faktlara) əsasən hesablanırsa, Sığortalı risklə bağlı təqdim etdiyi detalların qeydini aparmalı və Sığortaçıya bu yazıları yoxlamaq imkanı verməlidir. Sığortalı hər sığorta müddətinin sonunda üç ay ərzində Sığortaçını bu detallarla təmin etməli və bunun əsasında sığorta haqqı həmin müddət üçün təshih edilir və fərq minimal sığorta haqqı tələbinə uyğun gəlməklə Sığortalı tərəfindən ödənilir və ya ödənişdən çıxılır. Sığortaçı bu müqaviləyə əsasən yenidən nəzərdən keçirilməli xxxx hesablamaları göstərən auditor rəyini Sığortalıdan tələb etmək hüququna malikdir.
Sığorta haqqının hesablanması və ödənilməsi. 28.1.Sığorta haqqının məbləği və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi ilə müəyyən edilir. 28.2.Sığorta haqqını nəğdsiz formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən sığorta müqaviləsinin, yaxud sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir. 28.3.Sığorta haqqının ödənilməsi qaydası və forması sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
Sığorta haqqının hesablanması və ödənilməsi. 30.1. Sığorta haqqının məbləği və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi ilə müəyyən edilir.

Related to Sığorta haqqının hesablanması və ödənilməsi

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15