Common use of Subroqasiya hüququ Clause in Contracts

Subroqasiya hüququ. Sığortaçı sığorta ödənişi verdikdə, Sığortalının və ya ödəniş almış başqa şəxsin zərərin əvəzini tələb etmək hüququ ödənilmiş məbləğ həddində Sığortaçıya keçir. Sığortalı, Sığortaçının özünün bu hüququnu həyata keçirməsini təmin edə bilməsi məqsədilə özündə xxxx bütün sənəd və sübutları ona (Sığortaçıya) verməli və zəruri formallıqları yerinə yetirməlidir. Əgər Sığortalı zərər vuran şəxsə tələb irəli sürmək hüququndan imtina edərsə və ya onun təqsiri üzündən bu hüququn həyata keçirilməsi qeyri-mümkün olarsa, bu halda Sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir. Sığortaçı bu kimi hallarda sığorta ödənişi vermiş olduqda isə, Sığortalı (yaxud sığorta ödənişi xxxx şəxs) sığorta ödənişi məbləğini aldığı tarixdən hesablanmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada faizlərlə birlikdə Sığortaçıya qaytarmalıdır.

Appears in 4 contracts

Samples: www.xalqsigorta.az, Mali̇yyə Ri̇skləri̇ni̇n Siğortasinin Qaydalari, insure.az