SIĞORTA HADİSƏSİ Nümunə Maddələri

SIĞORTA HADİSƏSİ. 6.1. Sığorta hadisəsi Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydalarda nəzərdə tutulmuş, mülki qanunvericiliyin normalarına uyğun olaraq üçüncü şəxslərin onlara dəymiş zərərin əvəzinin ödənilməsi üzrə Sığortalıya və ya Sığorta olunmuş şəxsə qarşı tələb irəli sürməsi üçün əsas xxxx haldır.
SIĞORTA HADİSƏSİ. 5.1. Bu Qaydalara əsasən aşağıdakı hallar sığorta hadisəsi hesab edilir:
SIĞORTA HADİSƏSİ. 6.2.1. Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq, sığortalanmış avtonəqliyyat vasitəsinin istifadə olunması nəticəsində üçüncü şəxslərin və sərnişinlərin həyatına, sağlamlığına və/və ya əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı həmin avtonəqliyyat vasitəsi sahibinin mülki qanunvericiliyə müvafiq olaraq məsuliyyətinin yaranması sığorta hadisəsidir.
SIĞORTA HADİSƏSİ. 4.1 Sığorta olunanın səhhətinin pisləşməsi, kəskin xəstəliklər, xroniki xəstəliklərin kəskinləşməsi, zəhərlənmə və digər bədbəxt hadisələr ilə əlaqədar müqavilədə nəzərdə tutulan tibbi müəssisələrə müqavilədə göstərilən tibbi xidmətlərin çərçivəsində məsləhət, müayinə, müalicə və digər tibbi yardımın alınması məqsədi ilə müraciət etməsi sığorta hadisəsi hesab olunur. Həmin müraciət sığorta müqaviləsi qüvvədə xxxx müddətdə baş verdiyi halda etibarlıdır.
SIĞORTA HADİSƏSİ. Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta olunana məxsus xxxx baqajın sığorta müddəti ərzində tam və ya onun bir hissəsinin nəqliyyat şirkəti və ya onun nümayəndəsi (agenti) tərəfindən səhvən ayrı istiqamətdə göndərilməsi və / və ya onların təqsiri üzündən oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması hadisəsidir.
SIĞORTA HADİSƏSİ. Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi sığorta müddəti ərzində hava nəqliyyatı vasitəsinin reysinin aşağıda göstərilənlərin nəticəsində 3 saatdan xxx xxxx müddətə ləngiməsi hadisəsidir: • hava şəraitinin təsiri • nəqliyyat şirkətinin və ya hava limanının işçilərinin tətil elan etməsi • nəqliyyat şirkətinin təqsiri üzündən, o cümlədən nəqliyyat vasitəsinin texniki nasazlığı • xarici dövlətin hökümət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hərbi qüvvələrinin, və yaxud siyasi təşkilatlarının siyasi və digər tədbirlərin görməsi • xarici dövlətin ərazisində baş verən ictimai ixtişaşlar.
SIĞORTA HADİSƏSİ. Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta olunanın hava limanına gedərkən yol-nəqliyyat hadisəsinə uğraması nəticəsində hava nəqliyyatı vasitəsinin reysinə gecikməsi ilə əlaqədar həmin reysə xxxx biletinin qüvvədən düşməsi hadisəsidir.
SIĞORTA HADİSƏSİ. Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta olunana məxsus xxxx xarici pasportun,sürücülük vəsiqəsinin və digər yol sənədlərinin sığorta müddəti ərzində oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması hadisəsidir.
SIĞORTA HADİSƏSİ. Bu Qaydalar əsasında inşaat, tikinti, quraşdırma işlərində və istehsal prosesində istifadə olunan sığorta predmetlərinə aşağıdakı hadisələr nəticəsində vurulan zərərlər sığorta hadisəsi hesab olunur: Kənar təsir nəticəsində yaranan yanğın, partlayış. Kənar təsir nəticəsində yaranan yanğın və partlayış dedikdə sığorta predmetindən kənarda baş vermiş yanğın və partlayış başa düşülür. Yol-nəqliyyat hadisəsi; Sığorta predmetinin üzərinə digər predmetlərin düşməsi, belə predmetlərlə toqquşma; İnşaat, tikinti, quraşdırma işlərinin görülməsi zamanı və istehsal prosesində baş verən istehsalat qəzaları; Üçüncü şəxslərin qərəzli hərəkətləri, o cülmədən (terror əməlləri istisna olmaqla), onlar tərəfindən törədilən yanğın və partlayış (Qeyd: Bu halda sığorta ödənişi həmin hal qanunvericiliklə müəyyən olunmuş qaydada istintaq və ya məhkəmə orqanı tərəfindən təsdiq olunduğu halda verilir); İnşaat, tikinti və quraşdırma işlərinin görülməsi zamanı və istehsal prosesində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq sığortalının üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yaranmasına səbəb xxxx xxxxxx.
SIĞORTA HADİSƏSİ. 5.1. Sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 5.2.Sığortaçı, Sığortalıya onun hüquqi məsuliyyət daşıdığı, üçüncü şəxslərə dəymiş zərərlərin əvəzini ödəmək üçün (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür o halda ki, yaranan hüquqi məsuliyyət aşağıdakı tələblərə cavab vermiş olsun: - Təminata daxil edilən zərərlər üçün olmalıdır (iddiaçının xərcləri və Sığortalının qəbul edilmiş müdafiə xərcləri və məsrəfləri də daxil olmaqla); - Sığorta müddəti ərzində ilkin olaraq, Sığortalıya qarşı qaldırılmalıdır; - Sığortalının xidmətçiləri və ya işçilərinin səhlənkar əməli, səhvi və ya qüsuru nəticəsində yaranan maliyyə xərcləri üçün ortaya çıxmalıdır; - Şəhadətnamədə göstərilən qaydada Sığortalı tərəfindən xidmətlərin göstərilməsinin gedişində yaranmalıdır.