Kartdan istifadə Nümunə Maddələri

Kartdan istifadə. Kart, kredit kartının istifadəsinin məqsədinə uyğun olaraq ödəniş vasitəsi kimi qəbul edilən müəssisələrdə (müəssisə/sahibkar), “Bank”ın filial (şöbə) şəbəkələrində və ATM/POS-terminal aparatlarında, elektron bank əməliyyatlarında, İnternet/Mobil Bankçılıq xidmətində və “Bank”ın və/və ya beynəlxalq kart təşkilatlarının (beynəlxalq ödəniş sistemlərinin) səlahiyyət verdiyi şəbəkə və qurumlarda (müəssisə/təşkilat/sahibkar) malların, iş və/və ya xidmətlərin dəyərinin ödənilməsi əməliyyatlarının aparılmasında və nağd pul vəsaitinin alınmasında/çıxarılmasında (nağd vəsaitin əldə edilməsində) istifadə edilə bilər. - “Kart/əlavə kart sahibinin”, “Bank” tərəfindən etibarlı (nizamlı) tanınan ödəniş/ faktura ödənişləri üzrə (mobil telefon fakturası, hər hansı bir üzvlük haqqının ödənilməsi və s.) təlimatları qanunvericiliyin tələblərinə zidd olmamaq şərti ilə “Bank”a yazılı və ya şifahi qaydada (Telefon Mərkəzi, filial(şöbə) şəbəkələri və s.) verilməsi halında müvafiq qaydada təsdiq alınmaq şərti ilə, kart hesabında “Bank” tərəfindən borc kimi qeyd ediləcəyini və bu şəkildə “Bank” qarşısında borcun qəti olaraq yaranacağını “Kart/əlavə kart sahibi” bəyan, qəbul və təsdiq edir. - Kart ilə kartı ödəniş vasitəsi kimi qəbul edilən müəssisələrdə, satış və/və ya xidmət şəbəkələrində həyata keçirilən malların, iş və/və ya xidmətlərin dəyərinin ödənilməsi zamanı müvafiq xərcləmə sənədi, kart ilə “Bank”ın filiallarından (şöbələrindən) nağd pul vəsaitin alınması/çıxarılması (nağd vəsaitin əldə edilməsi) hallarında nağd ödəmə sənədi (qəbzi) təqdim edilir. Bu sənədlər (ATM-dən nağd pul vəsaitin alınması/çıxarılması (nağd vəsaitin əldə edilməsi) halları istisna olmaqla) kart/əlavə kart sahibi tərəfindən imzalanır. “Kart/əlavə kart sahibi” bununla bağlı hazırlanan və ona verilən sənədin nüsxəsini saxlamağı öhdəsinə götürür. “Bank”ın filiallarından (şöbələrindən) nağd pul vəsaitinin alınması/çıxarılması (nağd vəsaitin əldə edilməsi) zamanı nağd ödəmə sənədi yerinə “Bankın” filialı (şöbəsi) tərəfindən verilən müvafiq qəbz də etibarlıdır. - Qiymətli mədən (metal), daş və əşyaların satın alınması, valyuta alışları əməliyyatları, “Kart/əlavə kart sahibi”nin başqa bir kredit kartının borcunu bağlanması məqsədilə apardığı borc transferləri, şəxs və qurumlara (təşkilatlara) edilən ödənişlər, lotereya və mərc kuponları, daşınan qiymətli alışları, səyahət çekləri (qəbzləri), pul köçürməsi əməliyyatları, kart hesabından başqa kart hesabına və ya digər hesablara köçürmə əməliyyatları nağd vəsa...

Related to Kartdan istifadə

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: