II Fəslə aid xüsusi istisnalar Nümunə Maddələri

II Fəslə aid xüsusi istisnalar. 10.1. Əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
II Fəslə aid xüsusi istisnalar. 10.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir: 10.1.1.Sığortalının işcisinin Avtonəqliyyat vasitəsinin sərnişini olarkən Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti xxxxxx nəticəsində yaranan məsuliyyət; 10.1.2.Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyət; 10.1.3.Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması halında yarana bilməyən hər hansı məsuliyyət; 10.1.4.Avtonəqliyyat vasitəsinin altında xxxx hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan. 10.1.5.Əldən cıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət; 10.1.6.Cərimələr və ya mənəvi zərərlər ücün təzminat ödəmək öhdəliyi ; 10.1.7.Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri xxxx başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət.

Related to II Fəslə aid xüsusi istisnalar

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;