Icarədarın hüquq və öhdəlikləri Nümunə Maddələri

Icarədarın hüquq və öhdəlikləri. Hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq icarə obyektini yalnız təsərrüfat və istehsalat təyinatı üzrə istifadə etmək; Icarə obyektini öz mülahizəsilə hazırkı Müqavilənin şərtlərinə uyğun şəxsən və ya üçüncü şəxslərin vasitəsilə istifadə etmək, işlətmək və ya idarə etmək; Texniki-təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət etməklə icarə obyektini öz mülahizəsilə təchiz etmək; Adi təsərrüfat fəaliyyətinin aparılması ilə bağlı icarə obyektinin istismara yararlı və qənaətbəxş vəziyyətdə saxlanması üçün vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icazə verilən xərclər üzrə xxxx təmir işlərini öz hesabına həyata keçirmək və icazə verilməyən xərclər üzrə isə təmir işlərinin həyata keçirilməsini Icarəyə verəndən tələb etmək; Icarə obyektinə təqsiri ucbatından dəymiş ziyanı öz hesabına aradan qaldırmaq və ya zərərin əvəzini Icarəyə verənə ödəmək; Icarə obyektinin dəyişdirilməsini, yenidən planlaşdırılmasını və tikinti işlərini yalnız Icarəyə verənin yazılı razılığı ilə həyata keçirmək. Bu təqdirdə icarə obyektinin yaxşılaşmasına səbəb xxxx ayrılmaz işlərin əvəzi Müqavilənin müddəti bitdikdən sonra Icarəyə verən tərəfindən ödənilməli, icarə obyektinə zərər vurulmadan ayrıla bilən qurğular isə Icarədarın mülkiyyətində qalmalıdır; Icarə obyektinin hazırkı Müqavilənin şərtlərinə uyğun şəkildə istismara yararlı və qənaətbəxş vəziyyətdə saxlanmasını yoxlamaq məqsədilə Icarəyə verənin nümayəndəsini maneəsiz icarə obyektinə buraxmaq; Icarə obyektinin maneəsiz istifadə və istismar hüquqlarını təsdiq edən zəruri sənəd və icazələrin Icarəyə verən tərəfindən təqdim olunmasını tələb etmək və ya həmin sənəd və ya icazələrin mövcudsuzluğu ucbatından icarə obyektindən istifadə etmək hüququndan məhrum olunduğu təqdirdə hazırkı Müqavilənin illik məbləğinin 5%-i həcmində Icarəyə verəndən cərimənin tutulması və satılmayan mallar üzrə faktiki ziyana görə təzminat hüququna malik olmaq; Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada icra olunduğu təqdirdə eyni şərtlərlə Müqavilə müddətinin uzadılması və ya digər şəxslər qarşısında yeni Müqavilənin bağlanması üzrə üstünlüyə malik olmaq.

Related to Icarədarın hüquq və öhdəlikləri

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.