Common use of FORS-MAJOR Clause in Contracts

FORS-MAJOR. Tərəflər bu Standart Şərtlər və müvafiq Müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə müvafiq Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, epidemiya, epizootiya, moratorium, Tərəflər arasındakı mövcud münasibətləri bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Standart Şərtlərin və müvafiq Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Fors-major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Fors- major hallarında digər tərəfi vaxtında yazılı şəkildə xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

Appears in 3 contracts

Samples: Fiziki Şəxslərə Bank Xidmətlərinin Göstərilməsinə Dair Standart Şərtlər, Fiziki Şəxslərə Bank Xidmətlərinin Göstərilməsinə Dair Standart Şərtlər, Fiziki Şəxslərə Bank Xidmətlərinin Göstərilməsinə Dair Standart Şərtlər

FORS-MAJOR. Tərəflər bu Standart Şərtlər və müvafiq Müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə müvafiq Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, epidemiya, epizootiya, moratorium, Tərəflər arasındakı mövcud münasibətləri bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Standart Şərtlərin və müvafiq Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Fors-major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Fors- Fors-major hallarında digər tərəfi vaxtında yazılı şəkildə xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

Appears in 1 contract

Samples: Fiziki Şəxslərə Bank Xidmətlərinin Göstərilməsinə Dair Standart Şərtlər