Ekspeditorun məsuliyyətinin sığortalanmasının əlavə şərtləri Nümunə Maddələri

Ekspeditorun məsuliyyətinin sığortalanmasının əlavə şərtləri. 32.1. Ekspeditor qismində çıxış edən Sığortalının fəaliyyətinə yükün daşınması ilə bağlı xidmətlərin təşkil olunması və (yaxud) yerinə yetirilməsi daxildir. Sığortalının həyata keçirdiyi fəaliyyəti barəsində məlumat sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) göstərilir. Bu zaman mal-nəqliyyat qaiməsində ekspeditor qismində sığortalı, daşıyıcı qismində isə Sığortalının daşıyıcı-kontragenti göstərilməlidir. Sığorta təminatı nəqliyyatla göndərmə müqaviləsi üzrə cəlb olunmuş, daşıma fəaliyyətini həyata keçirməyə dair lisenziyası xxxx Sığortalı və (yaxud) daşıyıcılar tərəfindən həyata keçirilən daşımalara şamil olunur (əgər lisenziyalaşdırma tələbi qanunvericiliklə müəyyən olunmuşdursa). Yuxarıda göstərilən lisenziya dayandırıldığı, ləğv edildiyi və ya qüvvədə olma müddəti başa çatdığı zaman ekspeditor qismində çıxış edən Sığortalının məsuliyyət sığortası lisenziyanın dayandırıldığı, ləğv edildiyi və ya qüvvədə olma müddəti başa çatdığı andan həyata keçirilən daşımalara şamil edilmir.

Related to Ekspeditorun məsuliyyətinin sığortalanmasının əlavə şərtləri

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.