Beynəlxalq müqavilələrin bağlanması qaydaları Nümunə Maddələri

Beynəlxalq müqavilələrin bağlanması qaydaları. 3. Beynəlxalq müqavilələrin hüquqi qüvvəsi, təfsiri, etibarlığı və xitam olunması. 1969-cu il Konvensiyasına görə, «hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir» (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər. Düzgür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (məsələn, bu, Avropa Şurasının Statutunda nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə hər hansı dövlət tərəf ola bilər (məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986- cı il Konvensiyasında deyilir: «beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir» (6-cı maddə). Göründüyü kimi, beynəlxalq təşkilatın hansı müqaviləyə ərə fola bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır. Beynəlxalq hüququn digər subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Məsələn, xarici işğaldan və ya müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə aparan xalqı rəsmi təmsil edən qurumlar beynəlxalq sazişlərdə iştirak edə bilərlər. Fələstin Azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.

Related to Beynəlxalq müqavilələrin bağlanması qaydaları

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;