AVTONƏQLİYYAT VASİTƏSİNİN MADDİ ZƏRƏRDƏN SIĞORTASI Nümunə Maddələri

AVTONƏQLİYYAT VASİTƏSİNİN MADDİ ZƏRƏRDƏN SIĞORTASI. Sığorta haqqının ödənilməsi şərti ilə, sığortalanmış avtonəqliyyat vasitəsi sığorta müddəti ərzində və hazırkı Qaydaların 4.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində itirilərsə, məhv olarsa və ya zədələnərsə (bu Qaydaların şərtlərinə, müddəalarına, istisnalarına və təminatına müvafiq olaraq) Sığortaçı Sığortalıya həmin avtonəqliyyat vasitəsinin zədələnməsi, itirilməsi və ya məhv olması xxxxx xxxx bazar dəyərini və ya dəyən zərərin məbləğini ödəyəcək və ya sığortalanmış avtonəqliyyat vasitəsini və ya onun bir hissəsini bərpa və ya eyni tipli ehtiyyat hissəsi / avtonəqliyyat vasitəsi ilə əvəz edəcək (köhnəlməyə görə müvafiq məbləğin və, əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə, azadolma məbləğinin çıxılması şərti ilə).

Related to AVTONƏQLİYYAT VASİTƏSİNİN MADDİ ZƏRƏRDƏN SIĞORTASI

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.