Sığorta ödənişinin verilməsi Nümunə Maddələri
Sığorta ödənişinin verilməsi. 40.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir:
40.1.1. əmlak tamamilə məhv olduqda – istifadə üçün yararlı ▇▇▇▇ qalıqların dəyəri çıxılmaq şərtilə, həmin əmlakın sığorta hadisəsinin baş verməsi ▇▇▇▇▇▇ mövcud olmuş bazar dəyəri məbləğində;
40.1.2. əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində.
40.2. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir:
40.2.1. zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməsəydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində;
40.2.2. zərərçəkənin sağlamlığının pozulması ilə bağlı çəkdiyi əlavə xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclər məbləğində, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı müəyyənləşdirilsin;
40.2.3. ailə başçısı ▇▇▇▇ zərərçəkənin öldüyü halda onun himayəsində ▇▇▇▇ şəxslərin itirdiyi qazanc məbləğində;
40.2.4. zərərçəkənin öldüyü halda 1000 (min) manatdan artıq olmamaq şərtilə onun dəfni ilə bağlı xərclər.
40.3. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin həyatına və sağlamlığına dəyən zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1117-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə ödənilir.
40.4. Eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.
Sığorta ödənişinin verilməsi. 11.1 Bu sığortaya görə ödəniş almaq üçün Sığortalının sığorta hadisəsi baş vеrdiyi andasığortalanmış predmetdə öz marağı olmalıdır.
11.2 Maddə 11.1-də göstərilənlərə uyğun olaraq Sığortalı zərərin, sığorta müqaviləsinin bağlanmasından əvvəl baş vеrməsinə baхmayaraq sığorta təminatı müddəti ərzində sığorta ödənişini almaq hüququ vardır. Sığortalı zərər haqqında məlumatı olub Andеrraytеrin məlumatı olmadığı hallar istisna olunur.
Sığorta ödənişinin verilməsi. 47.1. Sığorta hadisəsinin baş verməsi tarixindən 1 il müddətində sığorta olunanın ölməsi halında sığorta ödənişi sığorta məbləğinin 100 ▇▇▇▇▇ həcmində onun vərəsələrinə verilir.
47.2. Sığorta olunanın sağlamlığına zərər dəyməsi halında sığorta ödənişi aşağıdakı məbləğlərdə ödənilir:
47.2.1. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar:
47.2.1.1. Birinci dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 100 ▇▇▇▇▇;
47.2.1.2. ikinci dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 80 ▇▇▇▇▇;
47.2.1.3. üçüncü dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 60 ▇▇▇▇▇;
47.2.2. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması müəyyən olunduqda – sığorta məbləğinin 100 ▇▇▇▇▇.
47.3. Sığorta hadisəsi nəticəsində sığorta ödənişi almış sığorta olunana təyin edilmiş əlillik dərəcəsinin dəyişməsi, yaxud onun ölməsi ilə əlaqədar sığorta ödənişi növbəti dəfə verilərkən, həmin hadisə ilə bağlı bu Bölmə əsasında əvvəllər verilmiş sığorta ödənişi məbləğləri çıxılır.
Sığorta ödənişinin verilməsi. 8.1. Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
8.2. Sığortaçı tərəfindən sığorta ödənişi sığortanın valyutası ilə və ya tərəflərin razılaşdırdığı digər valyuta ilə Azərbaycan Respublikası Milli Bankının ödəniş tarixinə rəsmi valyuta məzənnəsi əsasında həyata keçirilir.
8.3. Sığorta ödənişi həyata keçirilərkən Sığortaçı Sığortalının ödəməli olduğu sığorta haqqlarını nəzərə almağa haqlıdır.
Sığorta ödənişinin verilməsi. 17.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq hər bir heyvanın bazar dəyəri əsas götürülməklə hesablanır.
17.2. Sığortalı sığorta hadisəsinin baş verməsi zamanı öz öhdəliklərini yerinə yetirmədiyindən zərərin miqdarı artarsa, yekun zərərin miqdarından ▇▇▇▇▇ hissə həmin həcmdə azalır.
Sığorta ödənişinin verilməsi. 19.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Şərtlərin 6-cı hissəsində müəyyən edilmiş sığorta məbləği əsas götürülməklə hesablanır.
19.1.1 .sığorta müqaviləsində məhsuldarlıq miqdarı faktiki məhsuldarlıq miqdarından az göstərildikdə sığorta hadisəsi nəticəsində müstəqil ekspert tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər ▇▇▇▇▇ sığorta müqaviləsində göstərilən məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə;
Sığorta ödənişinin verilməsi. 8.1. Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
Sığorta ödənişinin verilməsi. 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 ▇▇▇▇▇ həcmində dəbbə pulu ödəyir.
Sığorta ödənişinin verilməsi. 19.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Şərtlərin 6-cı hissəsində müəyyən edilmiş sığorta məbləği əsas götürülməklə hesablanır. 19.1.1.sığorta müqaviləsində məhsuldarlıq miqdarı faktiki məhsuldarlıq miqdarından az göstərildikdə sığorta hadisəsi nəticəsində müstəqil ekspert tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər ▇▇▇▇▇ sığorta müqaviləsində göstərilən məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə; 19.1.2.bu Şərtlərin 19.1.1-ci yarımbəndində göstərilmiş hal istisna olmaqla, digər hallarda isə sığorta hadisəsi nəticəsində müstəqil ekspertlər tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər ▇▇▇▇▇ müstəqil ekspert tərəfindən müəyyən olunan faktiki məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə;
Sığorta ödənişinin verilməsi. 1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir.
2. Müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər.
